Tommi Teylor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tommi Teylor
ing. Tommy Taylor
Ümumi məlumatlar
Doğum tarixi 29 yanvar 1932(1932-01-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 6 fevral 1958(1958-02-06) (26 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
Smitiz Yunayted
Klub karyerası[* 1]
1949–1953 Barnsli 44 (26)
1953–1958 Mançester Yunayted 166 (112)
Cəmi 210 (138)
Milli yığma[* 2]
1953–1957 İngiltərə 19 (16)

}


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Teylor (ing. Thomas Taylor; 29 yanvar 1932[1][2], Barnsli[d], Yorkşir və Hamber[d]6 fevral 1958, Münxen), daha çox Tommi Teylor kimi tanınır ― hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. "Barnsli" və "Mançester Yunayted" kimi ingilis klubların və İngiltərə milli futbol komandasının şərəfini qoruyub. Fiziki cəhətdən güclü və hündür boylu Teylor çoxlu qol vuran klassik Britaniya "mərkəz-forvardı" idi. "Yunayted"də o, Denis Vayollet ilə hücum duetini qurmuşdur. Alfredo Di Stefano onu "möhtəşəm" (isp. magnifico) kimi təsvir etmişdir.

Teylor 1958-ci ildə baş verən Münhen aviasiya qəzasında "Mançester Yunayted"in ölən 8 oyunçudan biri idi.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Taylor işlədiyi yerli kömür mədəninin futbol komandasında oynamağa başladı. Tommi 16 yaşında olarkən "Barnsli" skautların diqqətini cəlb etmişdir və 1949-cu ilin iyul ayında Teylor klubla müqavilə imzaladı. Klubun əsas heyətində debütu "Qrimsbi Taun" klubu ilə oyuna təsadüf etdi və oyun 3:1 qələbə hesabı ilə bitdi. 4 noyabr 1950-ci ildə baş tutan artıq növbəti oyunda het-trik edərək "Kuinz Park Reyncers"in 7:0 hesablı məğlubiyyətinə öz töhfəsini verdi.[3]

"Barnsli"nin ikinci divizyonda çıxışı skautların diqqətini cəlb etdi və 1953-cü ilin mart ayında Teylor Birinci divizyonun çempionu "Mançester Yunayted" klubuna 29 999 funt qiymətinə transfer olundu (Mett Basbi istəmirdi ki, Teylor özünü 30.000 dəyərində futbolçu hiss edərək lovğalansın. Buna görə transfer pulunun köçürülməsi zamanı Basbi cüzdanından 1 funtluq əskinas çıxardaraq "xidmət haqqı" kimi ofisiant xanıma uzatdı).

Teylor ilk oyununda 2 qol vuraraq yeni klubda karyerasına əla başladı. 1952/53 mövsümünün sonunda 11 matçda 7 qol vurdu. Teylor, "Yunayted"in 1955–56 ve 1956–57-ci illərdə çempionluq titulunu qazanmasına kömək etdi və 1957-ci ildə İngiltərə Kubokunda qol vurdu, lakin "Mançester" "Aston Villa"'ya 2–1 məğlub oldu.

Teylor komanda üçün o qədər dəyərli idi ki, Mett Basbi 1957-ci ildə "İnter"in rekord 65.000 funt təklifini rədd etdi. Transfer baş versəydi, bir futbolçuya görə ödənilən transfer məbləğinə görə dünya rekordu qırılacaqdı.

Teylor İngiltərənin o dövrün ən böyük mərkəz hücumçusu idi. O, həm də bütün zamanların ən az qiymətləndirilən futbolçularından biri sayılır, çünki qol göstəriciləri istənilən dövr üçün yüksək sayılır. "Yunayted"də o, ortalama olaraq hər 3 oyuna 2 qol vurudu və ya meydandakı hər 2 saatda 1 qol vururdu. Buna baxmayaraq, onun adı "Mançester Yunayted"in tarixindən xəbərsiz olanlar üçün çox da tanış gəlmir.

Bir çoxları Teyloru İngiltərə millisində Net Lofthausun mükəmməl əvəzi olaraq görürdü. Tommi millinin heyətində 19 oyuna 16 qol vurmuşdur.

Teylor 1958-ci ildə baş verən Münhen aviasiya qəzası zamanı həmən ölmüşdür. Həmin vaxtı o, Kerol adlı xanımla nişanlı idi.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Tommy Taylor // FBref (çd.).
  2. 1 2 Tommy Taylor † // Transfermarkt (çd.). 2000.
  3. Tommy Taylor. Oakwell Review, № 19 (2007/2008). C. 14–17.