75°35′ şm. e. 89°31′ ş. u.HGYO

Tillo adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tillo adaları
rus. Острова Тилло
Ümumi məlumatlar
Adaların sayı 5
Hündür nöqtəsi 14 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
75°35′ şm. e. 89°31′ ş. u.HGYO
Ölkə  Rusiya
Region
  • Krasnoyarsk diyarı
Akvatoriya
Tillo adaları xəritədə
Tillo adaları
Tillo adaları
Tillo adaları xəritədə
Tillo adaları
Tillo adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tillo adalarıKara dənizində yerləşən 5 adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir.

Qrupa daxil olan iki ada Şimal Həqiqəti adasıÜç Ayı adası adı ilə adlandırılsada digər üçünün adı yoxdur. Adalar Taymır yarımadasından bir qədər aralıda yerləşir.

Şimal Həqiqəti adası qrupun ən böyük adasıdır. Onun uzunluğu 5,7 km, maksimal eni isə 2 km təşkil edir. Adanın qərbində kiçik göl vardır. Göl dənizdən dillə ayrılır. Ucqar nöqtələri: Proşaniya (qərb) və Qranatovıy (şərq). Ada sahilində Voskresenski buxtası yerləşir. Adanın hündürlüyü 14 metrə çatır.

Üç Ayı adası Şimal Həqiqəti adasından 1 km şimalda yerləşir. Adanın hündürlüyü 7 m təşkil edir.

Adalar tundra bitkiləri ilə örtülmüşdür. İlin böyük qismi buzla örtüldüyündən materiklə birləşir. Böyük Arktik qoruğu ərazidinə daxildir.

Adalar 19001902-ci illərdə Zarya gəmisində Eduard Toll tərəfindən araşdıtılmışdır. Adalar məşhur rus coğrafiyaçısı, kartoqrafı və geodeziyaçısı Aleksey Tillonun[1] şərəfinə adlandırılmışdır.

  1. "20120801104749/www.gpavet.narod.ru/tillo.htm Тилло Алексей Андреевич (1839—1899/1900)". 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.