The Last of Us
The Last of Us | |
---|---|
Hazırlayanlar | Naughty Dog[d] |
Yayımlayanlar | Sony Interactive Entertainment[4] |
Lokalizatorlar | Softclub |
Seriya | The Last of Us[d] |
Buraxılış tarixləri | 14 iyun 2013, 29 iyul 2014, 30 iyul 2014, 1 avqust 2014 |
Sonuncu versiya | |
Sonuncu beta-versiya | |
Janr | döyüş-macəra oyunu[6], survival horror, Apokaliptika və postapokaliptika |
Rejissor | |
Prodüser |
|
Ssenarist |
|
Texniki məlumat | |
Platforma | PlayStation 3, PlayStation 4 |
Oyun rejimi | çoxnəfərli oyun[3], birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[4][5], rus dili |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya |
İdarəetmə | geympad, DualShock 4[d] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
The Last of Us — Naughty Dog tərəfindən hazırlanmış və 2013-cü ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyundur. Oyun postapokaliptik ABŞ-də keçir, burada oyunçular bacarıqlı qaçaqmalçı olan Coeli idarə edirlər. Coelin missiyası yeniyetmə qız Ellini təhlükəsiz bölgəyə aparmaqdır. "The Last of Us" üçüncü şəxs baxış bucağından oynanılır. Bu oyunda oyunçular həm düşmən insanlardan, həm də göbələyə yoluxmuş adamyeyən canlılarlardan özlərini müdafiə edirlər. Onlar bu düşmənləri "stealth" adlanan gizli taktikalarla da məhv edə bilərlər. Oyunda bununla yanaşı səkkiz nəfərin iştirak etdiyi multipleyer rejimi də var. Burada oyunçular həm birlikdə çalışa, həm də bir-birilərinə qarşı rəqabət apara bilərlər.
Naughty Dog 2009-cu ildə "Uncharted 2: Among Thieves" oyunu buraxıldıqdan qısa müddət sonra növbəti böyük layihəsi olan "The Last of Us" üzərində işləməyə başlamışdır. Şirkət eyni anda iki fərqli layihə üzərində işləmələri üçün ayrı-ayrı komandalar yaratmışdır. Komandalardan biri maraqla gözlənilən "Uncharted 3: Drake's Deception" oyununu yaratmağa, digər yarısı isə öz səylərini "The Last of Us" adlı yeni layihəni inkişaf etdirməyə həsr etdi. Oyunun əsas diqqət mərkəzində Coel və Elli arasındakı münasibətlər yer alır. Oyunda Coel rolunu Troy Beyker, Elli rolunu isə Eşli Conson ifa edib. Onlar həm səsləndirmə etmiş, həm də personajlara hərəkət vermək üçün "motion capture" həyata keçirmişdirlər.
"The Last of Us" 2011-ci ilin dekabrında elan edildikdən sonra çox sayda insan tərəfindən maraqla gözlənilirdi. Oyun 2013-cü ilin iyun ayında yalnız PlayStation 3 konsolu üçün satışa çıxarıldı. Oyun buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı. Oyunun ən çox sevilən cəhətləri səs dizaynı, hekayəsi, qeympleyi və musiqisi oldu. "The Last of Us" ən çox satılan videooyunlardan biri kimi yadda qaldı. Təkcə ilk həftəsində 1,3 milyondan çox satmağı bacarmış və 2018-ci ilin aprel ayına qədər 17 milyon satmağa nail olmuşdur. Oyun "İlin Oyunu" daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. Oyun üstəlik "Bütün zamanların ən yaxşı videooyunları" siyahısında da öz yerini tutmuşdur.
Naughty Dog "The Last of Us" üçün əlavə yüklənə bilən məzmun buraxmışdır. Bu əlavələrdən biri "The Last of Us: Left Behind" adlanır. Bu məzmun Elli və onun yaxşı dostu olan Raylinin hekayəsinə fokuslanır. Oyunun təkmilləşdirilmiş versiyası "The Last of Us Remastered" PlayStation 4 üçün 2014-cü ilin iyulunda satışa çıxarılmışdır. Oyunun yenidən hazırlanmış versiyası "The Last of Us Part I" 2022-ci ilin sentyabrında PlayStation 5 oyun konsolu üçün buraxılmışdır. Oyunun sonralar Windows üçün versiyası 2023-cü ilin martında işıq üzü gördü. Oyunun davamı "The Last of Us Part II" 2020-ci ildə satışa çıxarıldı. Naughty Dog o vaxtdan bəri oyunun yeni çıxacaq multipleyer seriyası üzərində işləməkdədir. "The Last of Us" franşizasına həmçinin daxildir: 2013-cü ildə buraxılmış komiks kitabı "The Last of Us: American Dreams", HBO tərəfindən çəkilmiş eyniadlı teleserial və stolüstü kart oyunu olan "The Last of Us: Escape the Dark".
Oynanış
[redaktə | vikimətni redaktə et]"The Last of Us" üçüncü şəxs baxış bucağından oynanılan döyüş-macəra oyunudur. Oyunçu postapokaliptik dünyada keçən hekayədə irəliləmək üçün, şəhərləri, binaları, meşələri və kanalizasiyaları gəzir. Oyunçu düşmən insanlardan və göbələyə yoluxmuş zombi bənzəri adamyeyən varlıqlardan qorunmaq üçün silahlardan və alətlərdən, əlbəyaxa döyüşlərdə və gizlicə (ing. stealth) yaxınlaşaraq istifadə edə bilər. Oyunçu oyunun böyük bir hissəsində Coeli idarə edir. Bu şəxsə Elli adlı gənc qızı qorumaq və ABŞ-də yerləşən bir bölgəyə aparmaq tapşırılıb. Oyunçu oyunun qış hissəsində Ellini idarə etmək imkanına malikdir. Həmçinin oyunun əvvəllərində Coelin qızı Saranı da qısa müddətdə idarə etmək də mümkündür.
Döyüşlərdə oyunçu tüfəng, ov tüfəngi və yay kimi uzaq mənzilli silahlardan, həm də tapança və qısa lüləli ov tüfəngi kimi qısa mənzilli silahlardan da istifadə edə bilər. Uzaq mənzilli silahlar uzaqda yerləşən düşmənləri vura bilən silahlardır, qısa mənzilli silahlar isə yaxın məsafələrdə döyüşmək üçün nəzərdə tutulub və yaxın döyüş vəziyyətlərində çox işə yarayır. Oyunçu döyüşdə istifadə etmək üçün borular və beysbol çubuqları kimi silahlar tapa bilər. Oyunçu bununla yanaşı düşmənlərin diqqətini dağıtmaq üçün şüşə və kərpic kimi əşyaları onlara ata bilər. Oyunçu oyun boyu topladığı əşyalardan (itemlər) istifadə edərək silahlarını təkmilləşdirmək imkanına malikdir. Onlar bunu adətən oyunun müəyyən yerlərində mövcud olan iş dəzgahlarından edirlər. Oyunçular silahlarını təkmilləşdirməklə onların effektivliyini və imkanlarını artıra bilər, bu da onlara döyüşdə və ya oyunda qarşılaşdıqları digər çətinliklərdə daha yaxşı uğur qazanmaq imkanı verir. Oyunda ilk yardım çantaları, şivlər (əllə hazırlanmış bıçaq) və molotov kokteylləri kimi əşyalar var, onlar oyun zamanı kəşf edilə bilir, bu əşyaları həm də oyundakı müxtəlif yerlərdən tapılmış əşyaları birləşdirərək də hazırlamaq mümkündür. Oyunda sağlamlıq göstəricisi və kraftinq (əşya hazırlama) sürəti kimi atributları, həblər və dərman bitkiləri toplamaqla yüksətmək olur. Oyunçu həbləri toplayaraq, personajın sağlamlığını və dözümlülüyünü artıra bilər ki, bu da oyun zamanı daha çox zədələrə tab gətirməyə imkan verir. Eynilə, dərman bitkilərinin toplanması Coelin kraftinq sürətini artıra bilər, bu oyunçuya tez bir zamanda əşyaları hazırlama imkanı verir. Bu atributları təkmilləşdirməklə, oyunçu oyunda uğur qazanmaq şansını artıra bilər. Oyunda həmçinin yemək yeyərək və ya sağlamlıq dəstlərindən istifadə edərək Coelin sağlamlığını yaxşılaşdıemaq da mümkündür.
Oyunçu düşmənləri bir-başa və ya aşkar edilmədən (ing. stealth) hücum köməyilə məhv edə bilər. "Stealth"-a nümunə kimi arxadan gizlicə yaxınlaşıb qəfil hücumları göstərmək olar. Oyundakı lazımi özəlliklərdən biri də "Eşitmə rejimi"dir (ing. Listen Mode). Oyunçu bu rejimi aktivləşdirdikdə, divarlar və digər maneələr arasından yaxınlıqdakı düşmənlərin konturlarını görə bilər. Bu, oyunçuya düşmənlərin hərəkətlərini və mövqelərini təxmin etmək və strategiyasını buna uyğun planlaşdırmaq imkanı verməklə üstünlük verir.
Haqqında
[redaktə | vikimətni redaktə et]Bu məqalə Azərbaycan dilinə düzgün tərcümə edilməyib. |
Oyun bütün dünyanı qucaqlayan və yoluxanları bir neçə saat içərisində insanlara hücum edən varlıqlara çevirən epidermiya xəstəliyinin başlamasından iyirmi il sonrasını, 2033-cü ili mövzu alır. Xəstəlik səbəbiylə mədəniyyət böyük ölçüdə məhv olmuş və fərqli qruplar halında yaşamaq məcburiyyətində qalan insanlar, həyatda qala bilmək üçün bir-birləri və xəstəliklilərə qarşı mübarizə etmək məcburiyyətində qalmışdır. Bu post apokaliptik mühitdəki Amerika Birləşmiş Ştatları'nda keçən oyun, orta yaşlardakı kişi xarakter Joel'un (Troy Baker'ın səsləndirməsi və canlandırması ilə), xəstəliyə qarşı immuniteti olan gənc qız Ellie'yi (Ashley Johnson'ın səsləndirməsi və canlandırması ilə) işıldaquş adlı separatçı bir qrupa çatdırması əsnasında ikilinin başından keçənləri mövzu alır. Oyunun böyük bir qismində Joel, oyunçular tərəfindən nəzarət edilir və qarşılaşılan müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışır.
Ümumi olaraq müsbət reaksiyalarla qarşılaşan The Last of Us; müxtəlif oyun araşdırmalarını yığan və orta bir bal təyin edən veb saytlarından Metacritic'də 100 üzərindən 95, GameRankings'də isə %95,04'lik orta tutdu. Bu ortalamalarla birlikdə PlayStation 3 platforması üçün ilin və bütün zamanların ən yaxşı on oyunu arasında sadalandı. İlk həftəsində 1,3 milyondan üzərində nüsxə sataraq Grand Theft Auto V 'in ardından, 2013-cü ildə nümayiş olunan oyunlar arasında ilk həftəsində ən çox satılan ikinci oyun oldu. The Last of Us yanvar 2015 etibarilə dünya səviyyəsində 5,43 milyon üzərində, The Last of Us Remastered isə eyni tarix etibarilə 2,75 milyon nüsxə üzərində satmağı bacardı. 2013 VGX'də "İlin Oyunu" da daxil olmaq üzrə namizəd göstərildiyi yeddi kateqoriyadan dördündə mükafatın sahibi oldu.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Award | Date of ceremony | Category | Recipient(s) and nominee(s) | Result | |
---|---|---|---|---|---|
MTV Movie & TV Awards | 2023 MTV Movie & TV Awards|May 7, 2023 | Best Show | The Last of Us | Qazandı | |
Best Hero | Pedro Pascal | Qazandı | |||
Best Duo | Pedro Pascal and Bella Ramsey | Qazandı | |||
Rockie Awards | Program of the Year | Qazandı |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 The Last of Us Patch 1.11 and 1.06 - New MP Add-Ons. 2014.
- ↑ 1 2 Самитов А. Для ремастера The Last of Us вышло обновление, уменьшающее время загрузок в несколько раз (rus.): «Новая игра +», к примеру, запускается примерно втрое быстрее. // DTF 2020.
- ↑ The Last of Us multiplayer revealed. 2013.
- ↑ 1 2 THE LAST OF US // (unspecified title).
- ↑ The Last of Us // NZ Register of Classification Decisions.
- ↑ The Last of Us (kor.).