56°36′09″ şm. e. 26°29′55″ ş. u.HGYO

Teyçi qoruğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teyçi qoruğu
latış. Teiču dabas rezervāts
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 19779 hektar[1].
Mütləq hündürlüyü 105 m
Yaradılma tarixi 1982[2]
Faunası Qaz, qu quşu, durna, əsl zöhrəçiçəyi, mamırlar
Yerləşməsi
56°36′09″ şm. e. 26°29′55″ ş. u.HGYO
Ölkə  Latviya
teici.lv
Teyçi qoruğu xəritədə
Teyçi qoruğu
Teyçi qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teyçi (latış. Teiču dabas rezervāts‎) — Latviyanın şərqində yerləşən, xüsusi qorunan təbiət ərazisi. Qoruq Madonas, Varaklyan və Krustpiles vilayətlərinin ərazisində yerləşir.[3]. Teyçi ərazisinə əsasən geniş bataqlıq daxildir.

Qoruq 1982-ci ilin 26 mayında təşkil olunub.[2] Bataqlıq, həmçinin, Avropa İttifaqının Natura 2000 qorunan ərazilər şəbəkəsinə daxildir. Qoruğun ümumi sahəsi 19 779 hektardır, bundan 13 681 hektarı bataqlıq ərazinin payına düşür.[1] Bataqlıqlaşmış ərazidə 18 göl və torpaq örtüyünə malik yüksəklik mövcuddur.

Qoruq ərazisinin 3729 hektarı meşələrdir.[3] Teyçi Baltika regionunda ən böyük ekosistemlərdən biridir. Bataqlıq isə Latviya və Pribaltika ərazisində olan ən böyük bataqlıqlardan biridir.[1][3]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ərazi yüksək qorunma statusuna malikdir. Latviyada olan 683 qorunan ərazidən ancaq dördü bu tip yüksək qorunma xüsusiyyətinə malikdir.[4][5]. Qanunvericiliyə əsasən qoruq ərazisində hər hansı təsərrüfat işlərinin görülməsi qadağandır, qoruq ərazisinə daxil olmaqda məhdudlaşdırılmışdır.[4]. 2004-cü ildə Teçi "Natura 2000" şəbəkəsinə daxil olub.[6]

Qoruq iki zonaya bölünüb: nizmlanan giriş zonası və qadağan olunan zona. İkincisinə ancaq elmi araşdırma məqsədi ilə daxil olmaq mümkündür. Digər ərazilərə il ərzində 1 iyundan 31 oktyabra kimi daxil olmaq olar. Giriş zamanı ziyarətçiləri gid müşayiət edir.[3] Bəzi yerlərdə müşahidə qüllələri quraşdırılıb.[1]

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Qoruqda 688 növ sporlu bitki növü qeydə alınıb. Onlardan 37-si ölkənin Qırmızı kitabına daxil edilib. 6 növ isə xüsusi statusa malikdir. Bunlar aşağıdakılardır: tüklü gücotu (Agrimonia pilosa), enliyarpaq qırtıc (Cinna latifolia), əsl zöhrəçiçəyi (Cypripedium calceolus), Liparis loeselii (Liparis loeselii), yuxu gülü (Pulsatilla patens) və səndəlkimilər (Thesium ebracteatum). Mamırların 212 növünə rast gəlinir və onlardan 16-sı nadir növ hesab olunur.

Qoruq müxtəlif heyvan və quşların da məkanı hesab olunur. Bataqlıq ərazi köçəri quşların çoxalma zonasıdır. Burada qaz, qu quşu, durna və s. üstünlük təşkil edir.[3]

  1. 1 2 3 4 ""Teiču Nature Reserve"– the largest moss marsh in the Baltics". Madona Municipality. 2016-03-04 tarixində arxivləşdirilib.
  2. 1 2 "Teiču dabas rezervāts" (Latvian). Latvian Nature Conservation Agency. 2012-06-04 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 "Teici Nature Reserve". Visit Latvia. 3 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 May 2015.
  4. 1 2 "Protected areas". Latvian Nature Conservation Agency. 26 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 May 2015.
  5. "Specially Protected Nature Territories". Ministry of Environmental Protection and Regional Development of the Republic of Latvia. 2015-11-13 tarixində arxivləşdirilib.
  6. "Заповедник Тейчи Teicu dabas rezervats". Pribalt.info. 2017-03-23 tarixində orijinalından arxivləşdirilib.