Tevton ordeni
Tevton ordeni | |
---|---|
Deutscher Orden | |
Növü | Dini orden |
Yaranma tarixi | 1190 - indiyədək |
Ölkə |
|
Tabedir | Vatikan, Müqəddəs Roma imperiyası |
Qərargah |
Akra (1192–1291) Venesiya (1291–1309) Malbork Qalası (1309–1466) Königsberg (1466–1525) Mergentheim (1525–1809) Vyana (1809 – indiyədək) |
Himayədarı | Müqəddəs Məryəm, Macarıstanlı Yelizaveta, Müqəddəs Georgi |
Şüarı | Helfen, Wehren, Heilen |
Rəngləri | Ağ və qara |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | Bruno Platter |
Məşhur komandirləri | Henrix Valpot von Bassenheim |
deutscher-orden.at deutscher-orden.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Tevton ordeni (lat. teutonicus — almanlara məxsus) — XII əsrin sonlarında yaranmış dini cəngavər ordenidir. Təriqət, Katolik hacılara, həcc yolunda kömək etmək, xəstə və yaralı Katoliklərin baxımlarını təmin etmək üzrə xəstəxana qurmaq məqsədiylə yaradılmışdır. Adlarını xüsusilə Orta əsrlərdə Səlib yürüşlərinə qatılaraq eşitdirdilər. Əslində üzvlərin sayı həmişə məhdud idi, ancaq ehtiyac vəziyyətində istər könüllülərin, istərsə də muzdlu əsgərlərin iştirakı ilə sayları artırdı. Avropada səkkiz əsrə yaxın müddət varlığını qorumuş bir cəngavər təşkilatıdır. Əsasən Alman cəngavərlərdən ibarət idi. Polşa üzərində böyük nüfuzları var idi. Orta əsrlərdə III Səlib yürüşü vaxtında (1190), Müqəddəs Roma imperiyasına bağlı idilər. Papa III İnnokenti tərəfindən cəngavər olaraq qəbul edildilər və hələ də fəaliyyətdədirlər.
Yaxın Şərq və Macarıstan
[redaktə | vikimətni redaktə et]XII əsrin sonunda Akrada qurulan təriqət, Səlib yürüşləri dövründə dənizaşırı torpaqların müdafiə olunmasında əhəmiyyətli rol oynamışdır. Xüsusilə Akra Limanının qorunması və vergi toplanması mövzusunda çox işə yaramışdır. Xristian qüvvələrinin məğlub olub, Yaxın şərqdən çəkilməsindən sonra təriqət, Transilvaniyaya köçdü. Burada 1211-ci ildən etibarən, Macarıstanın Qıpçaqlara qarşı mübarizəsinə qoşuldular. Papanın əmrini, Macar hegemonluğundan üstün görəndə isə Macarıstandan qovuldular.
Tevtonların Rusiyaya yürüşləri
[redaktə | vikimətni redaktə et]13-cü əsrin ortalarında Roma Papası katolik Tevton ordeninin pravoslav Rusiyaya qarşı yürüşünə xeyir dua verdi. Səlibçilər Rusiyaya qarşı yürüşə başladılar. Onlar Pskovu tabe etdilər və Novqorod üzərinə yeridilər. 1242-ci ildə Novqorod knyazı Aleksandr Nevskinin komandası altındakı rus qoşunları cənagavərləri Çud gölündə Buz döyüşündə darmadağın etdilər və onları Rusiya ərazisindən qovdular.
1410-cu ildə Böyük Litva knyazlığı və Polşanın birləşmiş qoşunları ilə Tevton ordeninin qoşunları arasında Qrünvald döyüşü baş verdi. Cəngavərlər məğıub oldular və nəticədə onlar qaliblərə öz torpaqlarının bir hissəsini güzəştə getdilər. 19-cu əsrin əvvəlində Prussiyanın işğalından sonra Tevton ordeninin varlığına son qoyuldu.
Prussiya yürüşü
[redaktə | vikimətni redaktə et]Sonrakı illərdə hörmət və hədiyyə gördülər, gücləndilər. Vaxt keçdikcə Avropanın ən güclü cəngavərləri halına gəldilər. Türklərin və Ərəblərin müqəddəs torpaqları bir-bir fəth etməsi ilə sonunda bütün səlibçilər bu torpaqlardan qovuldular. Bu vaxtı Polşalılar bölgədəki qədim dinlərə inanan xalqları, xüsusilə Litvanı katolikləşdirmək istəyirdi. Bunun üçün Tevton Ordenindən kömək istədilər. Müqəddəs Torpaqlardan qovulan, yersiz qalan Tevtonlar üçün yaxşı bir təklif idi. Yurd əldə edə biləcəkdilər. Prussiya bölgəsinə yerləşən Tevtonlar bölgədəki xalqı katolikləşdirmək üçün çox ağır şərtlər tətbiq etdilər. Bölgə xalqı yenə eyni dinə inanan Litvaya sığındı.
1230-cu ildə, Böyük Usta Hermann von Salza (Tevton Cəngavərlərinin Lideri) və Hersoq I Konrad birlikdə, Baltik Ölkələrinə qarşı Prussiya Səlib yürüşünü başlatdılar. Bu səfərin sonunda təriqət, işğal edilən Baltik Ölkələrinin torpaqlarında müstəqil bir monastır dövləti qurdu. Daha sonra, Kurlandiya, Livoniya və Estoniyanı işğal etdilər. Polşa Kralı isə təriqəti, özlərinə aid torpaqları işğal etməklə günahlandırdı. Təriqət, Litvanın da xristianlaşdırılmasının ardından əsl məqsədini yəni səlibçi idealını itirdi. Çünki ətraflarında, xristianlaşdırılması ya da yox edilməsi lazım olan kafirlər qalmamışdı. Bu vəziyyətdə artıq xristian qonşularıyla çəkişmələri lazım olacaqdı.
Dövlət fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Polşa Krallığı, Böyük Litva knyazlığı və Novqorodlular (Livoniyalıların assimilyasiya olmasından sonra ortaya çıxan birlik) ən böyük rəqibləri oldular. İqtisadi baxımdan güclü bir bölgəyə hakim idilər və feodal krallıqlarına dəstək olmaq üzrə Avropanın müxtəlif bölgələrindən muzdlu əsgərlər yığdılar. Beləliklə, Baltik Dənizi ətrafında, əhəmiyyətli bir yerli güc halına gəldilər. 1410-cu ildə, Reç Pospolita koalisiya ordusu, Qrünvald müharibəsində təriqət qüvvətlərini məğlubiyyətə uğratdı və təriqətin hərbi gücünü demək olar ki, yox etdilər.
Dövlətin dağılması və indiki fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1515-ci ildə, Müqəddəs Roma İmperatoru I Maksimilian, Reç Pospolita kralı I Sigizmund ilə nikah qohumluğu əldə etdi. Bundan sonra Müqəddəs Roma imperiyası, Polşaya qarşı təriqəti dəstəkləməkdən imtina etdi. Bir zaman sonra 1525-ci ildə, təriqətin başçısı olan Brandenburqlu Albert Lüteranizmi qəbul etdi və Prussiya Hersoqluğunun ilk hersoqu oldu. Estoniya, Litva və ayrıca təriqətin Almaniya sərhədləri içində qalan hissəsi də Lüteranizmi seçdi. Napoleonun ordularının hücumu ilə, təriqət son torpaqlarını da itirdi. Bundan sonra varlığını xeyriyyəçi olaraq davam etdirdi. Təriqət, 1938-ci ildə Hitler tərəfindən dağıdıldı, ancaq 1945-ci ildə yenidən quruldu. İndi isə xeyriyyəçi məqsədlər istiqamətində Avropada fəaliyyət göstərməkdədir.