Tarakan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarakan
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Epifəsilə:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Tarakan
Beynəlxalq elmi adı

Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.

Sağlamlıq riskləri

[redaktə | mənbəni redaktə et]

Nəzərə alınmalı olan ilk məqam tarakanların insanlarla təmasda ola bilməsidir. Onlar gecələr ortaya çıxa və ayaqları ilə dərinizi cızaraq kiçik qızartılara səbəb ola bilərlər. Bu cür qızartılar yaxşıca sabunla təmizlənməlir ki, daha ciddi problemə çevrilməsin. Qara tarakanlar, eləcə də digər tarakan növləri, ilk növbədə bakteriyaların daşıyıcısı olduqları üçün təhlükəlidirlər.[3] Tarakanlar heç vaxt getməyəcəyimiz çirkli, iyrənc yerlərdə vaxt keçirirlər. Onlar sizin mətbəxinizdə bir meyvə parçasının üstündə olduğu kimi, meşədə çürüyən heyvan leşinin üstündə də rahatdırlar. Bu faktor onları təhlükəli zərərvericilər edir. Tədqiqatlar təsdiq etmişdir ki, tarakanlar 33-dən çox bakteriya növü daşıya və yaya bilir. Onlardan bəziləri arasında Salmonella və E. coli kimi bakteriyalar var.[4] Tarakanlar evə daxil olduqda, çox sayda zərərli bakteriyaları və mikrobları özləri ilə gətirirlər. Onlar qablar və açıqda qalan qidalarla təmasda olurlar. Tarakanlar hərəkət etdikcə toxunduqları hər yerə bakteriya yayırlar. Qida zəhərlənməsinə və digər xəstəliklərə səbəb olmaq potensialına malikdirlər.[5]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Tarakanlar inanılmaz dərəcədə uyğunlaşa bilən canlılardır. Onlar tropik meşələrdən tutmuş buzlu Arktikaya qədər müxtəlif mühitlərdə yaşaya bilirlər. Onların yüksək radiasiyaya, hətta bəzi təbii fəlakətlərə də tab gətirə bildiyi məlumdur.
  • Tarakanlar seçici deyillər və sabun, yapışqan və hətta saç da daxil olmaqla demək olar ki, qarşılarına çıxan hər şeyi yeməkdədirlər.
  • Tarakanlar evlərdəki elektrik naqillərini çeynəməklə qısaqapanmaya və yanğına səbəb ola bilərlər.
  • Tarakanlar 100 milyon ildən çoxdur ki, mövcuddurlar, bu onları planetin ən qədim həşərat növlərindən biri edir.
  • Tarakanlar başsız həftələrlə yaşaya bilərlər. Bunun səbəbi bədənlərindəki kiçik dəliklərdən nəfəs almalarıdır. Onlar başsız qaldıqları zaman susuzluqdan ölürlər.
  • Pinti kimi tanınmalarına baxmayaraq, tarakanlar əslində olduqca təmizkar böcəklərdir. Onlar özlərinə baxım üçün çox vaxt sərf edirlər və daim antenalarını və ayaqlarını təmizləyirlər.
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. https://biodiversity.org.au/afd/taxa/Blatta.
  3. Services, Department of Health & Human. "Cockroaches". www.betterhealth.vic.gov.au (ingilis). 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  4. "Cockroaches and disease: The truth about diseases that cockroaches carry –pestworld". www.pestworld.org (ingilis). 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  5. hicare_admin. "6 Major Health Problems Caused by Cockroaches in India | HiCare". Blogs on Pest Control Treatments, Home Cleaning Tips & Ideas | HiCare (ingilis). 2023-01-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.