T-72

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
T-72
T-72B3 modeli. 2016-cı il. (Başqa adı ilə B3M)
T-72B3 modeli. 2016-cı il. (Başqa adı ilə B3M)
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1973 - davam edir
İstismara başlanması 1973
İstismar edənlər İstifadəçilər
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Leonid Kartsev - Valeri Venediktov
Konstruksiya tarixi 1967-1973
İstehsalçı Uralvaqonzavod
İstehsal illəri 1973-davam edir
İstehsal sayı 25,000+
Xüsusiyyətləri
Ağırlığı 41.5 ton (44.5 ton T-72B)
Zireh Polad və kompozit zireh. Ön 550mm RHA T-72M1 Kompozit Zireh, Polad Zireh
Sürət 60 km/saat
Güc nisbəti 18.8 ag/ton
Əsas silah 125 mm 2A46M/2A46M-5 yivsiz top
Köməkçi silah 7.62 mm PKT pulemyotu
12.7 mm NSVT pulemyotu
Uzunluğu 9.53 m
Eni 3.59 m
Hündürlüyü 2.23 m
Ekipaj 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-72sovet istehsalı olan əsas döyüş tankı.

İstehsalına ilk dəfə 1971-ci ildə başlanmışdır. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır, istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20,000 ədəd bu tankdan istehsal edilmişdir. T-72 tankları ilk dəfə 1973-cü ildə istifadəyə verilib. İlk dəfə olaraq 1977-ci ildə görülmüşdür. T-64 ilə eyni zamanda hazırlanıb. T-64 ilə aralarında aşkar mexaniki və dizayn fərqləri vardır. T-64 ardıcıllığı bu gün T-80 ilə davam edərkən T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir.

Körfəz müharibəsi zamanı İraqın bütün T-72 tankları ABŞ-nin termal kameralı M1 Abrams tankları tərəfindən məhv edilmişdir. Buna görə də sonradan bu tanklar daha da inkişaf etdirilərək, daha müasir T-90 tankları hazırlanmışdır.

2016-cı ildə keçirilmiş olan Beynəlxalq Tank Oyunları (Biatlon) zamanı Azərbaycan Respublikasını təmsil edən T-72B3 modeli

Hal-hazırda, T-72 tankları 40-dan çox ölkədə öz xidmətini davam etdirir və bir çox müharibələrdə də aktiv şəkildə istifadə olunmuşdur. 1970-ci illərdən başlayaraq SSRİ-nin süqutuna qədərki dövrdə bu tanklar Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrin ordularında ən çox istifadə olunan tank olmuşdur. Lisenziya ilə istehsal olunan modelləri və ixrac üçün nəzərdə tutulan modelləri PolşaÇexoslovakiya da (müasir ÇexiyaSlovakiya dövlətləri onun varisidir) Varşava Müqaviləsi Təşkilatına daxil olan ölkələrin orduları və SSRİ-yə yaxın olan ölkələrin orduları üçün istehsal edilib. Bu lisenziyalı modellər daha keyfiyyətli istehsal olunmalarına baxmayaraq Sovet standartlarına görə daha zəif idi və mürəkkəb (kompozit) zirehə sahib deyildi. Varşava Müqaviləsi Təşkilatı xaricindəki SSRİ-yə yaxın və dost olan ölkələr üçün buraxılmış T-72M modeli Yaxın ŞərqAfrika ölkələrinə ixrac edilmişdi. Bu modellərdən İraq, keçmiş Yuqoslaviya kimi ölkələr bu modelləri inkişaf etdirib seriyalı surətdə özləri istehsal etməyə başlamışdırlar. Bu variantlardan biri olan M-84 tankı (keçmişYuqoslaviya istehsalı) istehsal olunan 1980-ci illərdən başlayaraq dünya miqyasında yüzlərlə ədəd satıldı. İraqlıların parçalarını SSRİ-dən alıb birləşmə işlərini Əl-Taci zavodunda etdikləri Əsəd-əl-Babil tankları hədəfi lazer işığı ilə tapırdı. İraqlılar bu tankı 1980-ci illərdən başlayaraq 1991-ci ilə qədər istehsal etmişlər. Sovetlər birliyinin dağılması ilə bu tankların da seriyalı istehsalına son qoyulsa da hələ də Rusiya bu tankların ixrac məqsədi ilə istehsalını davam etdirir. Rusiya həmçinin ziyan görmüş tankların təmirini də həyata keçirmişdir. Maksimum sürəti 60 km/saat (son modellərdə 75 km/saat) olan bu tankların maksimum yürüş məsafəsi-hərəkət mənzili 460 kilometrdir (son modellərdə tam (full) yanacaq olduqda 620 kilometrə kimi bu məsafə arta bilir).

Bu tanklardan ilk dəfə olaraq döyüş meydanlarında 1982-ci il İsrail-Suriya müharibəsində istifadə edilmişdir. Bu müharibədə, öz dövrünə görə kifayət qədər böyük kalibrə malik olan 125 mm çapındakı toplarının sayəsində İsrail tanklarına qarşı təsirli olmağı bacarmışdır.

Digər SSRİ mənşəli tanklarda olduğu kimi, T-72 tankları da enli, qısa və bəstədirlər.

Ayrıca olaraq tankın sursat deposunun (anbarının), tankın tank qülləsinə (taret) və motor qisminə yaxın olması səbəbi ilə tək bir atəş ilə tankı bütün ekipajı ilə bərabər sıradan çıxartmaq mümkündür. Tankın daxili çox balaca olduğundan tankın ekipajı, əsasən 170 sm-ə qədər boya və az çəkiyə sahib olan insanlardan seçilirlər.

T-72 tanklarının quruluşu
T-72 tanklarında ekipajın tutduğu mövqe: Sürücü (1) texnikanın önündə yerləşir, tank komandiri (2) və topçu (3), həmçinin avtomatik yükləmə mexanizminə sahib olan digər rus tankları kimi bu tanklarda sursatlar ilə bərabər dönən karterin yuxarısında, tank qülləsində yer alırlar
T-72B3 modelinin tank qülləsinin əlavə zirehlər ilə təchiz edilmiş versiyasının yandan görünüşü (2016)
T-72B3 modelinin tank qülləsinin və arxasının yandan görünüşü (2016)
T-72B3 modelinin arxa görünüşü (2016)
Əlavə zirehlər ilə təchiz edilmiş T-72B3 modeli (2016)

T-72 tanklarının yaradılmasına ehtiyac T-62 tanklarının 1967 və 1973-cü illərdə baş verən müharibələrdə zəif nəticələr göstərməsindən sonra meydana gəlib. 1982-ci ildə Livandakı T-72 tanklarının döyüş tarixçəsi hələ də mübahisə mövzusu olaraq qalır. Ümumiyyətlə zamanına görə T-72 tankları çox da zəif hesab edilmirdi, buna görə də mütəxəssislər burada Livan ordusunun zirehli texnikaların tətbiqində nəzərə almadıqları müəyyən məqamların mövcudluğunu önə sürməyə çalışıdılar. Sonradan isə Birinci Körfəz müharibəsi zamanı ABŞ ordusunun M1 "Abrams" tankları və "Bradley" PDM-ləri ilə keçirdiyi əməliyyatlardan birində İraq ordusuna aid 37 ədəd T-72 tankını məhv etməsi qarşılığında yalnız 1 ədəd "Bradley" PDM-ni itirməsi SSRİ tanklarının bir çox zəif nöqtələrini praktiki olaraq sübut etdi. Nəticədə bu günə qədər davam edən çoxsaylı T-72 modernləşdirmələrinə start verildi.[1]

Object 172 Kubinka Tank Muzeyində

1967-ci ildən etibarən Nijni Tagildə yerləşdirilmiş olan Uralvagonzavod zavodunda köhnə dizaynlı V46 güc mənbəyi ilə (motorun adı belədir: V46) bir “iqtisadi” (yəni iqtisadi cəhətdən sərfəli) tank layihəsi inkişaf etdirilərək yaradılmağa başlanıldı. Baş mühəndis Leonid Kartsev əsas layihə olan “Object 172”yi yaratdı fəqət, prototip “Object 172M” olaraq adlandırılan tank, Valeri Venediktov tərəfindən yaradıldı və tamamlandı. Tankın çöl şəraitində aparılmış testləri 1971-ci ildən 1973-cü ilə qədər davam etdirilmişdir. Çelyabinsk Tank Zavodunun bu tankların istehsalını qəbul etməsindən sonra T-55T-62 tanklarının istehsalı dərhal dayandırılmışdır və istehsal xətti yeni T-72 tanklarının istehsalına uyğun hala gətirilmişdir.

T-72B3 modelinin tank qülləsinin və ön gövdəsinin yandan görünüşü (2016)
T-72 ATE versiyası Şimali Afrikada
T-72B3 modelinin yan zirehlər ilə təchiz edilmiş versiyası (2016)

Bu tankın ən xarakterik xüsusiyyətlərindən biri də budur ki, bu tanklar hələ istehsal edildikləri ilk vaxtlardan etibarən öz “Qərbli rəqib”indən çəkilərinin az olması ilə seçilmişdirlər. Bu tanklar hal-hazırda da dünyanın ən yüngül tanklarından biri hesab olunurlar. Bu tankların çəkisinin az olması onlara bir sıra üstünlüklər qazandırmışdır. Bu tankların ən böyük üstünlüklərindən biri də budur ki, bu tankların yüksək ərazilərə dırmanma gücü ağırlığının az olması səbəbiylə çox yüksək səviyyədədir. Bu tankların ən böyük üstünlüklərindən biri də budur ki, bu tankların ağırlığının az olması səbəbiylə körpülərdən keçmə ehtimalı çox yüksəkdir və bu tanklar körpülərin keçilməsi zamanı heç bir problem yaşamırlar. Tankların çəkilərinin çox olması onların körpülərin üzərindən keçməsi zamanı bir sıra problemlərin yaranmasına səbəb olur. Bu tankın ən müsbət cəhətlərindən biri olan, çəkisinin az olması, həm də bu tankın mənfi cəhətidir. Belə ki, bu tankın çəkisinin az olması səbəbiylə, bu tankın zirehi də öz qərbli rəqibləri ilə müqayisədə çox zəifdir.

T-72

Tank gücünü V tipli və dizel yanacağı ilə işləyən 786 at gücü olan mühərrikdən alır. T-72-nin mühərriyi T-34 tankında istifadə edilmiş mühərriyin təkmilləşdirilmiş formasıdır.

SSRİ istehsalı olan bir T-72A modeli

Bu tankın əsas silahı avtomatik olaraq doldurulan 125 mm-lik yivsiz bir tank topudur. Əsas silahı o dövrdə Qərbli tankların istifadə etdiyi NATO standartı 105 mm-lik L7 yivsiz topu ilə müqayisədə çox güclü, uzun və təsirli idi. Ayrıca mərmi çapı NATO standartı 120 mm olan Rheinmetall topundanda böyükdür, amma uzaq mənzilə atəş zamanı təsir gücü Rheinmetall yivsiz topundan daha zəifdir. Əsas silahının çapının daha böyük olması səbəbi ilə bu tank qərbli rəqiblərindən daha üstündür və istənilən bir qərbli rəqibini zərərsizləşdirib məhv edə bilər, amma bu üstünlüyünə baxmayaraq qərbli rəqiblər ilə döyüşlərdə bu tank istənilən nəticəni əldə edə bilməmişdir. 1991-ci ildə baş vermiş olan Körfəz müharibəsində İraq ordusunun əlində olan 300-ə qədər T-72 tankının məhv edilməsi bu tankın üzərində mütəxəssislərin ciddi surətdə işləməsinə və bu da öz növbəsində bu tankın yeni modelinin (T-90) tanklarının yaranmasına gətirib çıxarmışdır.

  • Tankın əsas silahının maksimum təsir məsafəsi 9100 metrdir. Maksimum nişan alma mənzili 4000 metrdir.
  • TPD-2-49 optik nişangahın vasitəsilə tank 1000 metr ilə 4000 metr arasında olan hədəfləri nişan ala bilir. Bu tankdan digər müasir tanklar kimi HEAT, Sabot, Anti-personal mərmilərindən də istifadə etməyi bacarır.
SSRİ istehsalı olan T-72B tankları 1983-cü ildə Leninin başçılığı altında baş vermiş olan bolşevik inqilabı münasibətilə təşkil edilmiş olan paraddan keçiş zamanı
Qarabağ müharibəsi zamanı yəhudi əsilli olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Qaqik Avşaryan adlı erməni tank komandirinin idarə etdiyi və Şuşaya ilk daxil olmağa cəhd edərkən vurduğu tank. Bu tankı müharibədən sonra ermənilər bərpa etmişlər və üzü Şuşa istiqamətində təpənin üzərində yerləşdirmişdirlər

İkinci tank nəslinə aid T-72 adından da göründüyü kimi, sovet tankları ailəsinə məxsus ən birinci, yəni ən sadə və primitiv modeldir. T-72 döyüş vasitəsi sonradan modernləşmələrə məruz qalaraq, T-72A, T-72AB, T-72AK, T-72M, T-72M1, T-72M1M, T-72AV, T-72B, T-72BK, T-72S, T-72S1, T-72BM, T-72B3, T-72B3M və T-72B4 modellərinə qədər inkişaf etdirilib. Xüsusiyyətlərinə görə, T-72B tankları digərlərinə nisbətən daha yüksək nəticələr nümayiş etdirməyə nail olub. T-72A tankları əvvəlki T-72 tankının ilk modernləşməsi hesab edilir və baza modelindən əsas fərqləri aşağıdakılardan ibarətdir:

  • TPDK-1 lazerli məsafə ölçən;
  • L-4 işıqlandırıcısı ilə birlikdə TNP-3-49 tuşlayıcının gecə nişangahı,
  • Yan tərəfin tamamilə kumulyativ mərmi əleyhinə ekranları;
  • 2A26M2 topu əvəzinə 2A46;
  • 902B tüstü qumbaralarının atəş sistemi;
  • Sürücünün TVNE-4B gecə görmə cihazı;
  • Çarxların artan dinamikası;
  • B-46-6 mühərriki.

1991-ci ildə “Uralvagonzavod” zavodu T-72 tankının “B” seriyası səviyyəsində inkişafını həyata keçirməyə başlayır. SSRİ-nin dağılması ilə ölkədə tank istehsalı dayanır, digər T-72B istehsalçısı olan Çelyabinsk Tank Zavodu isə bundan sonra ümumiyyətlə heç vaxt zirehli vasitə istehsal etmir. “Uralvagonzavod” isə 1998-ci ilə qədər yalnız tankların təmiri ilə məşğul olmuşdur.

Zavod rəhbərliyinin dəyişikliyindən sonra bir neçə tank modernləşdirildi. İlk modernləşmə Rusiya Müdafiə Nazirliyinin büdcəsinə uyğun gəlmədi. Nəticədə 1999-cu ildə zavod təmir edilərək modernləşdirilən tankı T-72BA modeli adı altında dövlət sınaqlarına təqdim etdi. Uğurlu sınaqlardan sonra tank T-72BA adı altında silahlanmaya qəbul edildi. Sonralar T-72B tankı "C" seriyası adı ilə digər ölkələrə ixrac edildi.

2000-ci ilə qədər təkmilləşdirilən tanklar aşağıdakı avadanlıqlarla təchiz edilirdi:

"Kontakt" dinamik mühafizə dəsti və əlavə olaraq "Kontakt-5"dən bəzi detallar;

  • 1A40-1 atəşi idarəetmə sistemi (AİS);
  • 2E42-4 sabitləşdiricisi;
  • V-84MS mühərriki.

2002-ci ilədək həyata keçirilən tankların modernləşdirilməsində aşağıdakı avadanlıqlarla təchizat həyata keçirildi:

  • 1A40-1M AİS;
  • "Kontact-5" dinamik mühafizə dəsti.

2003-cü ildən etibarən modernləşdirmə tankları aşağıdakı avadanlıq və yeniliklərlə təmin etdi:

  • Mühərrik-transmissiya avadanlığı birləşdirildi;
  • V-92S2 mühərriki tətbiq edildi;
  • Transmisiya yeniləndi;
  • Alüminium radiator tətbiq edildi;
  • Hava təmizləyici sistem yeniləndi;
  • İR maskalanma tətbiq edildi;
  • Çarxlar (katoklar) təkmilləşdirildi;
  • SU 3ET13-1 ilə yanğın əleyhinə avadanlıq tətbiq edildi;
  • "Abzas"rabitə kompleksi ilə təchiz edildi.[1]

Son dəfə, 2016-cı ildə keçirilən modernləşmə T-72B tanklarının T-72B3 səviyyəsinə yüksəlməsini tamamladı. Tankların 2017-ci ilin mayın 9-da keçirilən Qələbə Paradında iştirak etməsi modernləşmənin məhdud miqyasının əsas səbəbi olduğu ehtimal edilir. Son modernləşmə hər bir tank üçün 80 milyon rubl dəyərində qiymətləndirildi. Bu isə hardasa tankın mövcud dəyərinə ekvivalent rəqəm deməkdir. T-72B tanklarının B3 səviyyəsində modernləşdirilməsinin bütün mərhələləri:

  • "Sosna-U" AİS və 1A40-4 nişangahının;
  • Avtomatik hədəf izləmə sisteminin;
  • R-168-25U-2 radiostansiyası və AVKSU proqram kompleksinin;
  • 125 mm-lik 2A46M-5-01 topunun;
  • 6P50 "Kord" tipli zenit pulemyotunun;
  • 1130 at gücünə malik V-92S2F mühərriki və onun fəaliyyətini təmin edən sistemlərin;
  • Sürücü-mexanikin displey kompleksinin və arxa görünüş kamerasının;
  • Torpağa bucaq altında toxunaraq daha yaxşı təmas yaradan və özünü təmizləyən təkmil tırtıl lentasının;
  • Mühərrik-transmisiya hissəsini və korpusunu yan tərəfdən qoruyan ekranlara malik "Relikt" dinamik mühafizə kompleksinin tətbiqi kimi yeniliklərin həyata keçirilməsi ilə nəticələndi.

Modelləri:

  • T-72 Ural(1973) T-72 tanklarının modellərinin yaradıldığı orijinal modeldir. Bu tankın əsas xüsusiyyəti sol tərəfində işığının (farasının) olmasıdır.
  • T-72A (1979-cü ilin may ayından istehsal olunur) Hədəfin lazer işığı vasitəsilə tapılması və elektron atəşə nəzarət sistemi ilə təchiz edilmiş modeldir. Bundan əlavə tankın qüllə hissəsi və ön hissəsi kompozit III nəsil zirehlə möhkəmləndirilmişdir.
T-72 tankları 2013-cü ildəki Bakıdakı hərbi parad zamanı
  • T-72AV
  • T-72G
  • TOS-1
  • T-72M4CZ. T-72 tankının keçmiş Çexoslovakiya variantıdır.
  • Əsəd-əl-Babil tankları. Bu tank 1989-1991-ci illər arasında İraq ordusu tərəfindən istehsal edilib. Bu tank T-72M tankının İraq modelidir, daha doğrusu, həmin tankın kopyasıdır.
  • BMR 2/3. Mina təmizləmək üçün nəzərdə tutulmuş müharibə maşınıdır.
2016-cı ildə keçirilmiş olan Beynəlxalq Tank Oyunları (Biatlon) zamanı Ermənistanı təmsil etmiş T-72B3
  • T-72S. T-72B modelinin ixrac üçün nəzərdə tutulmuş versiyasıdır.
  • T-72M. T-72 Ural modeli ilə xüsusiyyətləri tamamilə eynidir (Zireh qalınlığı NBC qorunması) Bu tanklarda ancaq atəşə nəzarət sistemi, lazer vasitəsilə hədəfin müəyyənləşdirilməsi kimi xüsusiyyətlər yoxdur. Yaxın ŞərqAfrika ölkələri üçün nəzərdə tutulmuş bir modeldir. Keçmiş ÇexoslovakiyaPolşa da istehsal olunmuşdur.
  • T-72B. (1985-ci ilin yanvar ayından istehsal olunur) T-72 Uralın təkmilləşdirilmiş versiyasıdır. Tankın gövdəsində zirehin qalınlığı 550 mm-dir. Gövdə təkmilləşdirilmiş 3 nəsil kompozit zireh ilə təchiz edilmişdir. Tankın gövdəsində alüminium, volfram+poladdan istifadə edilmişdir. Zirehin qalınlığı qüllədə 240 mm-dir.
  • T-72M1. Bu tankın Çexoslovakiya variantıdır. Gövdə də zirehin qalınlığı 550 mm-dir. Daha da inkişaf etdirilmiş olan atəşə nəzarət sistemi ilə təchiz olunmuşdur.
  • T-72M2. Bu tankın Bolqarıstan variantıdır. Bolqarıstan istehsalı olan lazer hədəftapan və II nəsil atəşə nəzarət sistemi ilə təchiz olunmuşdur.
  • T-72M2/ Bu tankın müasir Slovakiya variantıdır. M1 modeli əsas götürülərək inkişaf etdirilmiş bir variantdır, yerli istehsal olan ERA lazer hədəftapan və termal görünüş cihazları ilə təchiz olunmuşdur.
  • BMPT. T-72 şassisi üzərində qurulmuş bir Piyadanın döyüş maşınıdır.
  • BREM 1. Piyadaları döyüş meydanlarına aparmaq və onları döyüş meydanlarından çıxartmaq üçün nəzərdə tutulmuş bir zirehli döyüş maşınıdır.
  • T-72BM. T-72B modelli tankın Kontakt 5 ERA ilə təchiz edilmiş versiyasıdır.
  • T-72BV. T-72B modelli tankın Kontakt 1 ERA ilə təchiz edilmiş versiyasıdır.
  • MTU-72. Məxsusi olaraq çətin coğrafi xüsusiyyətlərə malik olan ərazilərdə, dağlıq bölgələrdə əməliyyatlar apara bilmək yuxarı çıxa bilmək xüsusiyyətinə malik olan bir modifikasiyadır.

İstifadə olunduğu yerlər

[redaktə | mənbəni redaktə et]

T-72 tankları heç vaxt Əfqanıstan müharibəsində istifadə olunmayıb. Əfqanıstanda döyüşən 40-cı Sovet ordusunda yalnız T-54T-62 tankları var idi.

Ermənistan ordusuna məxsus olan T-72B
Ermənistan ordusuna aid T-72B

Rusiya Silahlı Qüvvələri hal-hazırda 5,000-dən çox T-72 tankına sahibdir. Bu tanklardan 2,000-i hazırda xidmətini dava etdirir, qalan 3,000 tank isə ehtiyatda saxlanılır. T-72 tankları Rus ordusu tərəfindən Birinci, İkinci Çeçen-Rus müharibələrində və Rusiya-Gürcüstan müharibələrində istifadə olunub.

İstifadə olunduğu müharibələr

[redaktə | mənbəni redaktə et]

1982-ci il Livan müharibəsində, Suriya ordusuna məxsus T-72 tankları İsrail Silahlı Qüvvələrinə aid M60A1 tankları ilə qarşılaşmışdır. 9 iyun 1982-ci ildə Suriya ordusuna məxsus T-72 tankları sərhədi keçmiş və İsrail Silahlı Qüvvələrinin sağ cinahında yerləşən mövqelərinə zərbələr endirmiş, İsrail Silahlı Qüvvələri nə aid bəzi texnikaları sıradan çıxarmışdır. Müharibədən sonra, Suriya prezidenti Hafiz Əsəd T-72-ləri “dünyanın ən yaxşı tankı adlandırmışdır”.

2011-ci ildən etibarən Suriya vətəndaş müharibəsində hökumət qüvvələri tərəfindən istifadə olunmağa başlanmışdır. Bəzi hallarda Azad Suriya Ordusu və digər qruplaşmalarla döyüşlərdə bu tanklar ələ keçirilmiş və hökumət qüvvələrinə qarşı istifadə olunmuşdur.

Suriya vətəndaş müharibəsində yenidən test edilmiş tanklar özlərinə yeni alıcılar tapmağa başlamışdırlar. Məhz bu uğurların sayəsində bir sıra ölkələrdən hələ də, bu tanklar üçün sifarişlər gəlir.

Suriya dövlətinin ən böyük silah və tank idxalatçısı olan Rusiya T-72 tanklarının müharibədə qabiliyyətlərini bir daha yoxlamış və texnikanın çatışmayan cəhətlərini aradan qaldırmağa səy göstərmişdir. Artıq bu tanklar üzərlərinə əlavə edilmiş olan radarların sayəsində RPG və ATGM mərmilərinin zərbələrindən daha yaxşı qorunmağı bacarır, həmin mərmiləri onlar tanka yaxınlaşıb zərər vermədən hələ havadaykən məhv edə bilir. Bu texnologiya tanklar üçün köhnə bir layihə olsa belə, xüsusilə də Rusiyanın peşəkar olduğu radar və tank texnologiyasının Suriyada uğurla işləməsi və bu texnologiya sayəsində çoxsaylı T-72 tanklarının həyatda qalması bu texnologiya ilə təchiz olunmuş olan tanklara olan marağı yenidən artırmışdır.

İran-İraq müharibəsinin əvvəllərində İraq ordusu tərəfindən istifadə olunan T-72 tankları CESR-Şirin yaxınlığında baş verən döyüşdə, heç bir itki vermədən, İran ordusuna məxsus Chieftain tanklarını məğlub etmişdir. Həmçinin, döyüşün növbəti günlərində də İraq ordusuna aid T-62 və T-72 tankları, M47 Patton tanklarını itkilərə məruz qoymuş, hətta bir neçə M47 tankı İraq tərəfindən ələ keçirilmişdir.

Birinci Körfəz müharibəsi ərzində əməliyyatlardan birində, Amerikan M1 Abrams tankları və Bradley PDM-ləri İraq ordusuna aid 37 ədəd T-72 tankını məhv etmiş və yalnız 1 ədəd Bradley PDM-i sıradan çıxmışdır.

Yeni İraq Silahlı Qüvvələrinə məxsus olan T-72M tankı

Çeçenistan döyüşləri

[redaktə | mənbəni redaktə et]

Birinci Çeçen döyüşləri zamanı Rusiya Silahlı Qüvvələri 225 ədəd T-72 və T-80 tankı istifadə etmişdir. Çeçenlər tərəfindən döyüşlərdə effektiv atəş mənzili 4 km olan, Kobra TƏİR istifadə olunmuşdur. Döyüşlərin ilk 3 ayı ərzində, 15 ədəd T-72B və 5 ədəd T-72A tankı sıradan çıxarılmışdır. Dudayevin qoşunları bir neçə ədəd T-62 və T-72 tankına sahib idi. 1994-cü ilin yayında olan əməliyyatlar zamanı Rusiya HHQ-nə aid təyyarələr, Dudayevin qoşunlarına aid 15 tankı məhv etmişdir. 1994-cü ilin qışından sonra çeçenlərə aid 30 tank məhv edilmiş və ya ələ keçirilmişdir. 7 ədəd ələ keçirilmiş T-72 döyüşlərdə Ruslar tərəfindən istifadə olunmuşdur. İkinci Çeçen müharibəsi zamanı, Rusiya Silahlı Qüvvələrinə aid yalnız 1 tank vurulmuşdur.

Rusiya-Gürcüstan müharibəsi (2008)

[redaktə | mənbəni redaktə et]

Müharibə ərzində Rusiya 2 ədəd T-72B tankı itirmişdir. Tskhinvali ərazisində baş verən döyüş zamanı, Rusiya ordusuna aid 4 ədəd T-72 tankından ibarət taqım Gürcüstan ordusuna aid 15 ədəd zirehli maşını sıradan çıxarmışdır. 5 günlük döyüşlər zamanı ruslar Gürcüstan Silahlı Qüvvələrinə aid bir neçə ədəd İsrail tərəfindən modernizasiya edilmiş T-72SIM tankını da ələ keçirmişdir.

İkinci Qarabağ Müharibəsi

[redaktə | mənbəni redaktə et]

27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı keçirdiyi yeni təxribat aktından sonra Azərbaycan əks-hücuma keçdi. Əsasən Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə edilən tankların böyük bir qismi kamikadze dronlardan və artilleriya qurğularından istifadə edilməklə məhv edilmişdir. Azərbaycan Silahlı Qüvvələri 8 noyabr tarixinədək Ermənistan silahlı qüvvələrinin 260-dən çox T-72 tipli tankını məhv edib, 50-dən çox tankı isə hərbi qənimət kimi ələ keçirmişdir.

Gələcək istifadəçilər

[redaktə | mənbəni redaktə et]

2009-cu ilin sentyabr ayında Venesuela 92 ədəd T-72B1V tankını satın almaq barədə Rusiya Federasiyası ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən ilk T-72 tankları 2011-ci ilin may ayında Venesuelaya çatdırılıb. 2012-ci ilin iyun ayında imzalanmış müqaviləyə əsasən daha 100 ədəd T-72 Venesuelaya verilməlidir.

Hal-hazırkı istifadəçilər açıq-qırmızı rəngdə, keçmiş istifadəçilər isə tünd-qırmızı rəngdə göstərilmişdir

İndiki istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Rusiya:Rusiya
    • T-72 istifadəçiləri (Hazırkı istifadəçilər mavi, keçmiş istifadəçilər qırmızı rənglə təsvir edilib).
      Rusiya Quru Qoşunları — VDZ-li "Kontakt-5" və DZ-li "Kontakt-1"li 9500 T-72B və T-72BA, 3000 T-72 ehtiyatdadır, 2010-cu ilin hesablamalarına görə.
    • Rusiya HDD-nın sahil qoşunları — 160 T-55M, T-72 və T-80, 2010-cu ilin hesablamalarına görə.
  • AzərbaycanAzərbaycan — 600+ T-72 ASLAN modeli, 2019-cu ilin hesablamalarına görə
2011-ci ildə təşkil edilmiş Beynəlxalq Tank Oyunları (Biatlon) zamanı Azərbaycan azarkeşləri

Keçmiş istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "T-72-lərin modern...| Hələ də "B3" və "B4"ü müəyyən edə bilmirsiz? - HƏRBİ EKSPERT (ANALİZ)". 2019-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]