Tənzərə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Şərur rayonunun Çərçiboğan, Çomaxtur və başqa kəndlərində daha çox inkişaf tapan folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilərək müntəzəm rəqs edilən rəqs hərfi mənada “Qızılı tənbətən” deməkdir. Qızıl bəzək-düzəkdən – boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxıb oynayan qadınlar əsasən gözəllik və parlaqlığı ifadə edirlər.

Azərbaycan xalqının qədim rəqslərindən sayılan “Tənzərə”nin adı da məhz buradan götürülmüşdür. “Tənzərə” – yarı zər, yarı bəzək-düzək deməkdir. Babək rayonunun Vayxır kənd mədəniyyət evində fəaliyyət göstərən folklor rəqs kollektivlərinin repertuarında özünə yer alan iki hissəli rəqsi ifaçılar çeçələ barmaqları ilə birləşərək ifa edirlər. Üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər.[1]

  1. "Arxivlənmiş surət". 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-21.