Tüvik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tüvik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Tüvik
Beynəlxalq elmi adı

Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.

Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur.

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib.

Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır. Azərbaycanda öyrənilməyib. Arealının başqa yerlərindən əldə edilmiş məlumata görə gec gəlib, tez köçür. Aprel ayının axırında gəlir, sentyabrda uçub gedir. Ağacda yerdən 5–12 m hündürdə yuva tikir. Mayın axırında 3-4 ədəd yaşıl çalarlı süd kimi ağ yumurta verir. Dişi quş 33-35 gün kürt yatır. Avqustun əvvəlində pərvaz balaları müşahidə olunur. Yemini adətən açıq sahədə yerdən götürür: iri həşərat, sürünənlər, siçanabənzər gəmiricilər, bəzən quş ovlayır.

Həmişə nadir olub. XX əsrin axırında 5 cüt qeyd edilib. Lakin son 10 ildə 1 dəfə görünüb. Nəslinin kəsilməsi ehtimal olunur.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.