Türkiyədə dövlət çevrilişi (1980)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
12 sentyabr çevrilişi
Tarix 12 sentyabr 1980
Yeri Ankara, Türkiyə
Səbəbi sui-qəsdlər; qətliamlar; prezident seçkiləri; siyasi, sosial və iqtisadi qeyri-sabitlik
Birinci məruzəçi Kənan Evrən
İştirakçılar Kənan Evrən, Nürəddin Ərsin, Tahsin Şahinqaya, Nicat Tümər, Sədat Celasun, Bülənd Ulusu
Nəticəsi
  • İnflyasiya düşdü
  • 1981-ci il "Atatürk ili" elan edildi
  • Siyasi partiyalar ləğv edildi
  • Konstitusiya hazırlandı və qüvvəyə mindi
  • Abort qadağan edildi
Qurbanlar
Ölənlərin sayı 300 nəfər öldü. 48 nəfər edam edildi.
İstintaq 650.000 nəfər nəzarət altına alındı, 230.000 nəfər məhkəməyə verildi, 1.683.000 nəfər qeydiyyata alındı.

12 sentyabr çevrilişi və ya 12 sentyabr hərbi müdaxiləsi Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi dövlət çevrilişi.

12 sentyabr 1980-ci il gecəsi Türkiyə SQ tərəfindən yerli saatla saat 03:00-da TRT, PTT və digər kommunikasiya idarələri üzərində nəzarəti ələ keçirərək başlayan hərbi müdaxilə Daxili İşlər Nazirliyi, Polis Müdirlüyü, Baş nazir Süleyman Dəmirəlin ofisi və digər hədəflər də ələ keçirildikdən sonra saat 04:00-da radio vasitəsilə bütün ölkəyə bildirildi. İlk bildirişdə "Bu müdaxilənin məqsədi ölkənin bütövlüyünü qorumaq, milli birlik və bərabərliyi təmin etmək, ola biləcək vətəndaş müharibəsi və qardaş qırğınının qarşısını almaq, dövlət hakimiyyətini və mövcudluğunu yenidən təsis etmək və demokratik quruluşun fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmaqdır." deyə bildirilmişdir.

Müdaxilə nəticəsində Türkiyə Böyük Millət Məclisi və Baş nazir Süleyman Dəmirəl hökumətinin fəaliyyəti sona çatdı, parlament üzvlərinin toxunulmazlığı ləğv edildi, ölkənin hər yerində hərbi vəziyyət elan edildi və xarici ölkələrə çıxış qadağan edildi. Baş Qərərgah rəisi general Kənan Evrən dövlət başçısı oldu. Qanunvericilik səlahiyyətindən istifadə etmək üçün Kənan Evrenin sədrliyi ilə qüvvələr komandirlərindən ibarət Milli Təhlükəsizlik Şurası yaradıldı. Siyasi partiyalar ləğv edildi, pariya liderləri əvvəlcə hərbi bazalarda nəzarət altında saxlanıldı, sonra sərbəst buraxıldı, bir müddət sonra isə bəziləri ittiham olundu. 1961-ci il Konstitusiyası ləğv edildi və Türkiyə siyasətində hərbi dövr başladı. Yeni konstitusiya hazırlandı, 7 noyabr 1982-ci ildə referendum keçirildi və 91,37% səslə 1982-ci il Konstitusiyası və Kənan Evrənin hakimiyyəti qəbul edildi.

Çevrilişdən sonra rəsmi qeydlərə əsasən, 650.000 nəfər nəzarət altına alındı, 230.000 nəfər məhkəməyə verildi, həbsxanalarda edilən işgəncə nəticəsində ölən 171 nəfər daxil olmaqla 300 nəfər öldürüldü, 48 nəfər edam edildi, 1.683.000 nəfər isə qeydiyyata alındı.

Çevrilişdən sonra

[redaktə | mənbəni redaktə et]