Tüpürcək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tüpürcək və ya ağız suyutüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir.

Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır.

Maddə Tərkibi
Su 994 q/l
Zülallar 1,4—6,4 q/l
Selik 0,9—6,0 q/l
Xolesterin 0,02—0,50 q/l
Qlükoza 0,1—0,3 q/l
Amonium 0,01—0,12 q/l
Sidik turşusu 0,005—0,030 q/l
Natrium duzları 6—23 mmol/l
kalium duzları 14—41 mmol/l
Kalsium duzları 1,2—2,7 mmol/l
Maqnezium duzları 0,1—0,5 mmol/l
Xlorid 5—31 mmol/l
Hidrokarbonatlar 2—13 mmol/l
Sidik cövhəri 140—750 mmol/l

Tüpürcək vəziləri

[redaktə | vikimətni redaktə et]

İnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır.

Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.