Tüklü sumaq
Tüklü sumaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Tüklü sumaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur.
Məlumat mənbəsi
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine