Süleyman Rəhimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Süleyman Rəhimov
1954 – 1958
ƏvvəlkiMirzə İbrahimov
SonrakıMehdi Hüseyn
1944 – 1945
ƏvvəlkiSəməd Vurğun
SonrakıSəməd Vurğun
1939 – 1940
ƏvvəlkiRəsul Rza
SonrakıSəməd Vurğun
Şəxsi məlumatlar
Doğum tarixi 9 (22) mart 1900
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 1983(1983-10-11) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, siyasətçi, şair
Uşaqları

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1975
"Lenin" ordeni — 1946 "Lenin" ordeni — 1970 "Lenin" ordeni — 1975 "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Xalqlar dostluğu" ordeni — 1980 "Şərəf nişanı" ordeni — 1942
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 1960 "Qızıl qələm" mükafatı — 1972

Süleyman Hüseyn oğlu Rəhimov (9 (22) mart 1900, Əyin, Zəngəzur qəzası11 oktyabr 1983, Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Mənşəcə kürddür.[1][2][3] İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.

1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.

Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.

1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

S. Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçıdır. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir. Bu romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani keyfiyyətlərini göstərmişdir. S. Rəhimov "Şamo" romanı ilə ədəbiyyata gəlmiş və 50 ilə yaxın bu əsərin üzərində işləmişdir.[4]

  1. "Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika". Yeni Müsavat (az.). 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  2. Аламдар Шахвердиев. Азербайджанские курды Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
  3. "KÜRD XALQININ DƏYƏRLİ OĞLU, AZƏRBAYCAN NƏSRİNİN QARTALI SÜLEYMAN HÜSEYN OĞLU RƏHİMOVUN VƏFATINDAN 28 İL ÖTÜR". Diplomat (az.). 138 (27). 8–14 oktyabr 2011. səh. 3.
  4. Nəbiyev, Bəkir; Salmanov, Şamil. Ümumtəhsil məktəbləri üçün dərslik, Ədəbiyyat, 11-ci sinif (5-ci). Bakı: Maarif. 2003. (#accessdate_missing_url)
  5. Yazıçı S. H. Rəhimovun Xalqlar dostluğu ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 mart 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]