Slovakiya Respublikası (1939-1945)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Peyk dövlət
Slovakiya Respublikası
Slovenská republika
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
1942-ci il Slovakiyası
1942-ci il Slovakiyası
 
 

Paytaxt Bratislava
Dilləri Slovak dili
Rəsmi dilləri Slovak dili
Dövlət dini katolisizm
Ərazisi 38055 km²
İdarəetmə forması parlamentli respublika, təkpartiyalı sistem
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Slovakiya Respublikasının Macarıstana və Üçüncü Reyxə güzəştə getdiyi ərazilər

Slovakiya Respublikası (slovak. Slovenská republika; tarixi ədəbiyyatda «Birinci Slovakiya Respublikası» slovak. prvá Slovenská republika) — 19391945-ci illərdə, indiki Slovakiya ərazisinin böyük hissəsini əhatə edən respublika. Üçüncü Reyxin təsir dairəsində olan, Klient dövlət. İkinci Dünya müharibəsi başladıqdan sonra Slovakiyanın müstəqilliyini ancaq Berlin-Roma-Tokio oxu və bir neçə neytral ölkə tanımışdır. SSRİ isə Slovakiyanın müstəqilliyini 1941-ci ilə kimi tanıyır.

Qlinkova Slovak Xalq Partiyası Hitlerlə əməkdaşlığa Çexoslovakiyaya hücumdan öncə başlamışdır. Onların qarşıya qoyduqları hədəf Slovakiyanın Çexoslovakiya tərkibindən çıxaraq müstəqil olması olur. Bu səbəbdən Almaniya Slovakiyaya öz müttəfiqi kimi baxırdı.

9 mart 1939-cu ildə Çexoslovakiya ordusu Sloveniyaya daxil olaraq Yozef Tisonu hakimiyyətdən uzaqlaşdırır. 14 mart 1939-cu ildə Slovakiya parlamenti ölkənin müstəqilliyini elan edir. Bu anda isə Almaniya ordusu Çexiyanı işğal edir. 18 mart tarixində Voytex Tuka Ferdinant Dyurçanski ilə birlikdə «Almaniya ilə Slovak dövlət arasında təhlükəsizlik əlaqələri haqqında müqavilə» imzalanır. 3 gündən sonra Slovakiya-Macarıstan müharibəsi baş verir. Konflikt macarların taktiki qələbəsi ilə nəticələnir. Nəticədə Slovakiya cənub hissəində macarların üstünlük təşkil etdiyi əraziləri Macarıstan krallığına güzəştə gedir.

Qalinkova Slovakiya Xalq Partiyasının mülayim lideri Yozef Tiso prezident olur. Bunun qarşılığında, Almaniyanın «israrla tövsiyəsi» üzərinə, Baş nazir və Daxili İşlər Nazirliyininnə partiyaların radikal qanadının liderləri olan Voytex Tuka və Aleksandr Max təyin edilir.

Slovakiya Respublikası Üçünçü Reyx, bir çox müttəfiqlər və neytral ölkələr tərəfindən tanınır: İtaliya Krallığı, Yaponiya imperiyası və Çinin tarixi Mancuriya ərazisində yaradılmış kukla dövlət (Mançjou-qo), Xorvatiya, İspaniya, SSRİ (1941-ci ilə kimi.), Litva, Estoniya, İsveçrə, SalvadorVatikan.

1 sentyabr 1939-cu ildə saat 5:00 radələrində Slovakiya «Bernolak» ordusu Ferdinad Çatloşun rəhbərliyi altında Polşa ərazisinə daxil olur. Nəticədə Slovakiya 1920-ci illərdən 1938-ci ilə qədər itirdii ərazilərin bir qismini geri qaytarır. 7 oktyabr tarixində «Bernolak» ordusunun demobilizasiyası elan edilir.

İki ildən sonra Slovakiya ekspedisiya ordusu təşkil edilir. Bu ordu SSRİ ərazisinə göndərilir. Daha sonra İkinci qoruma ordusu və «Sürətli diviziya» təşkil edilir. Bu ordunun 2000 əsgəri 30 oktyabr 1943-cü ildə Melitopol yaxınlığında SSRİ tərəfə keçir. 2-ci mühafizə diviziyası isə Minsk rayonu yaxınlığında partizanlara qoşulur və almanlara qarşı vuruşur.

1941-ci ilin payızında Slovak-Macarıstan münasibətləri Almaniyanın təzyiqi altında normallaşdırıldı 25-26 noyabr 1941-ci ildə Slovakiya və Macarıstan hökumətlərinin rəhbərlərinin Berlində baş tutan görüşündə, Voytex Tuk və Laslo Bardoşi arasındakı görüşdə əvvələr qadağan edilmiş milli azlıqlara aid siyasi və mədəni təşkilatların bərpasına icazə verilir.

15 may 1942 Yozef Tiso yəhudilərin şərqə, ölüm düşərgələrinə deportasiya edilməsi haqqında qanun imzaladı. Bu qanun altı ay müddətində fəaliyyətə başlamış olsa da, 1944-cü ilə qədər deportasiya bərpa edilmədi. 1942-ci ildə Slovakiyadan 57 628 yahudi deportasiya edilir. Onlardan cəmi 280 - 800 nəfər arası sağ qala bilir.

1943-cü ilin iyun ayında Vatikanda olan Slovakiya səfiri Karol Sidor ABŞ hökumətinə ölkəsinin memarandumunu təqdim edir. Burada Slovakiyanın Berlinin diktəsi ilə hərəkət etmək məcburiyyətində olması qeyd edilir. Bununla yanaşı daha sonra Slovakiyanın müstəqilliyinin qorunub saxlanılması və ya Polşa, Çexoslovakiya ilə ittifaqda mövcudluğuna ümid bəslənilirdi.

1944-cü ildə Qırmızı ordunun gəlişi ilə Slovakiya ilə sərhəddə Şərqi Slovakiya ordusu təşkil edilir. 29 avqustda ölkədə slovak milli üsyanları başlayır. Nəticədə Almaniya bura ordu göndərmək məcburiyyətində qalır. İlk həmlə ilə üsyançı ordu məğlub eilir. İlk əvvəllər almmanların burada 40 min ordusu vardı. Üsyanın kəskinləşməsi ilə ordu sayı 83 minə çatdırılır. 28 oktyabrda üsyan tamamən yatırılır. Bununla belə 20 min slovak əsgəri Qırmızı ordunun tərəfinə keçir. 1944-cü ilin sonları bəzi kiçik ərazilərin istisnası ilə ölkə almanların əlinə keçir. Bununlada o demək olar ki, müstəqilliyini itirir.

Üsyançıların maşın karvanı

21 sentyabr 1944-cü ildə Qırmızı ordu Slovakiya sərhəddini keçir. 4 aprel 1945-ci ildə Bratislava azad edilir. Bununlada Birinci Slovakiya Respublikası süquta uğrayaraq Çexoslovakiyanın tərkibinə keçir. 8 may 1945-ci ildə slovakiyanın baş naziri Ştefan Tiso Kremsmünster abbadlığında danışıqsız təslim aktına qol çəkir. 1947-ci ilin noyabrında Bratislava məhkəməsi Ştefan Tisoya 30 il həbs qərarı verir. Ancaq o, 28 mart 1956-cı ildə həbsxanada ikən vəfat edir..

1945-ci ildə Yozef Tiso Bavariyada 6 iyun 1945-ci ildə amerika ordusu tərəfindən tutulur və Çexoslovakiyaya təhvil verilir. O, 18 aprel 1947-ci ildə Dövlətə xəyanətdə ittiham edilərək asılır. Voytex Tuka həbs edilərək Çexosolovakiyaya verilmişdir. Bratislava məhkəməsi ona ölüm hökmü çıxarsada, icra edilməzdən öncə həyatını itirir.

İnzibati bölgü

[redaktə | vikimətni redaktə et]

Ölkə ərazisi juplara bölünür (Župa):

Dövlət quruluşu

[redaktə | vikimətni redaktə et]

Qanunverici orqan — Slovak Torpağının Seymi (Snem Slovenskej krajiny), Dövlət başçısı — Prezident (Prezident), icraedici orqan — Hökumət (vláda), baş nazir (predseda vlády) və nazirlər.