Silloqomaniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silloqomaniya
MeSH D000067836
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silloqomaniya — yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq kimi tanınan psixi pozuntu.

Bu pozuntu insanı digərlərinin dəyərli hesab etmədiyi və ya az əhəmiyyət verdiyi əşyalardan belə qurtulmağa qoymur.

Bu psixoloji xəstəlik köhnə əşyalarla vidalaşa bilməməkdən qaynaqlanır. Kasıblıqdan tutmuş, tənbəlliyə, qənaətcilliyə qədər xeyli səbəbləri sadalanır. Əsas səbəb kimi köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji sakitliyidir. İnsanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən zibilliyə çevirirlər.

Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss edir. Nə yazıq ki, fərdin silloqomaniyası kəllə-çarxa çıxanda ev köhnə əşyaların zibilliyinə çevirilir.

Bu sindromdan əziyyət çəkən şəxslərin qarşısına çıxan lazımlı və ya lazımsız nə varsa götürüb evinə aparmaq halıdır. Bu şəxslər daha çox zibilliklərə atılmış əşyaları götürməklə məşğuldurlar. Sindromun adı bəzənolan qədim yunan filosofu Diogenin adı ilə da yanaşı çəkilir. Diogen gündəlik həyatda özünün asketizmi və iddiasızlığı ilə məşhur idi. Bu səbəbdən bu pozğunluğun adı bir qədər qeyri-dəqiqdir. Getdikcə sindrom "Plyuşkin"xəstəliyi və ya "qocalıq" sindromu da adlandırılır.[1]

Bu sindromun inkişafına aşağıdakılar səbəb ola bilər.

  • inkişaf etmiş ensefalit və ya beynə təsir edən digər xəstəliklər;
  • güclü stress;
  • baş zədəsinin nəticələri;
  • qohumların diqqətinin olmaması;
  • təklik;
  • ağır itki;
  • baş bölgəsində hər hansı cərrahi müdaxilələr;
  • alkoqolizm.
  1. "DİOGEN SİNDROMU VƏ YA PLYUŞKİN XƏSTƏLİYİNİN SİMPTOMLARI: NECƏ TƏZAHÜR EDİR VƏ MÜALİCƏ ÜSULLARI". 2024-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]