Siciliya müdafiəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
abcdefgh
8
a8 black rook
b8 black knight
c8 black bishop
d8 black queen
e8 black king
f8 black bishop
g8 black knight
h8 black rook
a7 black pawn
b7 black pawn
d7 black pawn
e7 black pawn
f7 black pawn
g7 black pawn
h7 black pawn
c5 black pawn
e4 white pawn
a2 white pawn
b2 white pawn
c2 white pawn
d2 white pawn
f2 white pawn
g2 white pawn
h2 white pawn
a1 white rook
b1 white knight
c1 white bishop
d1 white queen
e1 white king
f1 white bishop
g1 white knight
h1 white rook
8
77
66
55
44
33
22
11
abcdefgh
Siciliya müdafiəsi

Siciliya müdafiəsiŞahmatda "e4 c5" gedişləri ilə başlayan debüt.

Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır.

Qrosmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar."

Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio PolerioCiaoçino Qrekonun oyunlarında rast gəlinir.

Açıq Siciliya: 2.Af3 və 3.d4

[redaktə | mənbəni redaktə et]

1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır. Bu qaraların mərkəz piyada üstünlüyünün tarazlaşdırılmasıdır, ağların d-piyadası, qaraların c-piyadası ilə dəyişdirilir və beləliklə də qaraların c şaquli xətti piyadasız qalır, bu isə vəzir cinahında qaralar üçün zəiflik yaradır.