Serj Tankyan
Serj Tankyan | |
---|---|
ing. Serj Tankian q.erm. Սերժ Թանգեան | |
Ümumi məlumatlar | |
Doğum adı | Սերժ Թանգեան |
Doğum tarixi | 21 avqust 1967[1] (57 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, şair, esseist, mahnı yazarı[d], pianoçu, sülh aktivisti, klavişçi[d], gitaraçı, bas gitaraçı[d], söz yazıçısı[d], musiqi prodüseri, skripkaçı, ətraf mühit fəalı |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janrlar | alternativ rok, nyu-metal, pop musiqisi, opera, texno[d] |
Musiqi alətləri | klavişli alət[d], piano, gitara, sempler[d], bas-gitara, termenvoks, melodika[d] |
Albom şirkətləri | Reprise Records[d], American Recordings[d], Columbia Records |
Üzvlüyü | |
Mükafatları | |
serjtankian.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Serj Tankyan (erm. Սերժ Թանգյան; 21 avqust 1967[1], Livan) — erməni əsilli ABŞ musiqiçisi. 1994-cü ildə formalaşmış System of a Down qrupunun vokalisti və söz yazarıdır.[2]
Həyatı və fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Serj Tankyan 21 avqust 1967-ci ildə Livanda, İsrail-Livan münaqişəsinin qızğın vaxtlarında anadan olub.[3] [4][5] Həmin vaxt Fələstin Azadlıq Təşkilatı (FAT) Livanda Ərəb–İsrail münaqişəsi zamanı İsraildən qaçan fələstinli qaçqınlardan istifadə edərək İsrailə qarşı vuruşurdu. 1975-ci ilə qədər vəziyyət daha da gərginləşdi. Livanda vətəndaş müharibəsi başladı. Bu vətəndaş müharibəsi Fələstin Azadlıq Təşkilatının döyüşləri və həmçinin Livan daxilində xristianlar və müsəlmanlar arasında fikir ayrılıqları nəticəsində yaranıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) zorakılığın azaldılmasına kömək etmək və münaqişədən zərər çəkənlərə dəstək olmaq üçün oraya cəlb olunanda Serj səkkiz yaşında idi. Bu müddət ərzində Serj və ailəsi, o cümlədən 1915-ci ildə Erməni Soyqırımından qaçan babası və nənəsi ABŞ-də təhlükəsiz yaşayış yeri ilə təmin olundular.[6] Serj 1975-ci ildə ailəsi ilə birlikdə Los-Ancelesə, Hollivuda köçür.
Serj və qardaşı Sevaq yeni evlərində "Rose & Alex Pilibos School"a getməyə başladılar. Bu məktəb Şərqi Hollivudda, “Kiçik Ermənistan”da yerləşən erməni əsilli amerikalılar üçün nəzərdə tutulmuş kiçik, özəl məktəb idi.[7] O, məktəb illərində nailiyyətli şagird olub. Özünü məktəb yoldaşlarının əksəriyyətindən daha çox “anti-konformist” hesab edirdi. O, yeniyetmə ikən şeirə (xüsusilə Tomas Eliotun əsərləri), erməni və Afrika musiqisinə, eləcə də 1980-ci illərin məşhur qruplarına həvəs göstərib. O, həmçinin erməni maraqlarının qorunmasına yönəlmiş təşkilat olan "Daşnaksutyun"a üzv olmuşdur.[8] Serj 17 yaşında ikən "Iron Maiden" konsertinə baxmağa getmiş və ağır metal musiqisini orada kəşf etmişdir.
Serj orta məktəbi bitirdikdən sonra Nortridc Kaliforniya Dövlət Universitetinə (CSUN) daxil olur. O, pul qazanmaq üçün ən təsirli seçim olduğuna inanaraq biznes və marketinq üzrə bakalavr dərəcəsi əldə etdi.[9] Serj məzun olduqdan sonra müxtəlif şirkətlərdə istehsal, pərakəndə satış və mühasibatlıq sahəsi kimi işlərlə məşğul idi. Sonralar "Propriety Vertical Industry Modular Accounting Software" adlı öz kiçik biznesinə başlayır. Orada o, öz işini görürdü və öz qrafiki üzrə işləmək və asudə vaxtını istədiyi kimi keçirmək azadlığına malik idi. Serj deyir ki, o, kiçik bir komanda ilə Kaliforniyada zərgərlik sənayesi üçün xüsusi mühasibat proqramı yaradıb. Onlar həmçinin zərgərlər üçün tam uçot sistemi və metal sənayesi üçün bir sistem yaratdılar. Eyni zamanda, o, iyirmi yaşlarının əvvəlindən ortalarına qədər yavaş-yavaş klaviatura çalmağı və oxumağı öyrənirdi.
Serj biznesini idarə edərkən bir neçə amerika ermənisi olan dostları ilə birlikdə ilk qrupuna qatılır. O, qrupun klaviatura ifaçısı idi və böyüdüyü Şərq musiqisindən, xüsusən də erməni xalq mahnılarından güclü təsirlənmişdi. Bu qrupun adı "Forever Young" idi. Onlar başqa bir yerli erməni qrupu olan "Soil" ilə eyni məkanda məşq edirdilər. "Soil" qrupunda vokalistdən başqa hər şey var idi – gitaraçı Daron Malakyan, bas-gitaraçı Deyv Hakopyan və zərb ifaçısı Dominqo. Serj bu qrupun üzvləri ilə dostlaşmışdı. Hər iki qrup eyni məşq məkanında birlikdə çox vaxt keçirdikləri üçün, "Soil" üzvləri tez-tez Serj-in güclü musiqi istedadını görürdülər. Onlar onun təkcə klaviatura məharətini deyil, həm də özünəməxsus ifa tərzini, o cümlədən erməni xalq musiqisinin yaradıcılığına təsirini görüblər. "Soil" tezliklə Serji öz aralarına qoşur.
Serj, ilk qrupu olan "Forever Young"dan ayrılaraq "Soil"ə solist kimi qoşulur. O, yeni qrupunun ağır metal səsinə özünəməxsus üslubunu və erməni musiqisindən təsirlərini də əlavə etdi. 1995-ci ildə "Soil" qrup kimi fəallaşdıqca, onların erməni dostu Şavo Odadciyan onları menecerliyinə başlayır. O, tez bir zamanda qrupun ilk konsertlərini təşkil edir. Qrupun ilk konserti Dauntaun Los-Ancelesdəki "Café Club Fais Do-Do"da baş tutur. Konsert yaxşı keçsə də, qısa vaxt sonra fikirləri üst-üstə düşməyən iki üzv – Deyv və Dominqo qrupdan ayrılır. Beləcə qrup əks qütblər olan Serj və Darona qalır. Onlar gitara çalmağı az da olsa bacaran Şavonun basçı kimi qrupa qoşulmasını xahiş edirlər. Qrupda bircə zərb ifaçısı çatışmırdı. Nə yaxşı ki, təbilçi Endi Xaçaturyan qrupa qatılır və sonra qrulun adını "System of a Down" olaraq dəyişdirirlər. 1997-ci ildə Xaçaturyan əlini zədələdikdən sonra qrupdan çıxır və onun yerinə Con Dolmayan gəlir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Serj Tankian // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ McKenna, Dave. "System of a Down: Some Very Heavy Metal". The Washington Post. May 13, 2005. February 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2013.
- ↑ "'Talking About Myself Is Fucking Boring as Shit': Serj Tankian on His 'Memoir (of Sorts)'". Spin. May 20, 2024. 13 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2024.
- ↑ "Serj Tankian". MTV. 5 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
- ↑ McIntosh, Gregory. "Serj Tankian". Allmusic. December 9, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2010.
- ↑ Myers, Ben. System of a Down: Right Here In Hollywood. Disinformation Company. 2007. səh. 14. ISBN 978-1-932857-88-7. 2024-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-11.
- ↑ Brennan, Carol. "System of a Down Biography". NotableBiographies.com. January 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2010.
- ↑ Tankian, Serj. "Let me add that my activism started in my AYF days, then onto Shant Student Org -ARF". Twitter. June 9, 2022. 10 June 2022 tarixində arxivləşdirilib.
- ↑ Osborne, Carry. "Power Serj". Csun.edu. 2017.