Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur.[1] Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır.[1] Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir.
"Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi.
Tarixi
[redaktə | vikimətni redaktə et]Orta əsrlər
[redaktə | vikimətni redaktə et]Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir.
Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir.[1] Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi.[1] Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.[1] Bu qartal Alman qartalından olduqca fərqli idi. Alman qartalında əsasən iki boyun, yarpaqşəkilli quyruq, qanadlardan aşağı başlar, dörd barmaqlı ayaqlar təsvir edilirdi.
14-cü əsrdən başlayaraq, ikibaşlı qartal daha çox yazılarda, orta əsr freskalarında və Serbiya kraliyyətinin geyimlərindəki naxışlarda görülür.[2] Serbiya Kilsəsi bunu qəbul edir, 1219–1253-cü illərdə Serb arxiyepiskopunun oturacağı olan İça-nın girişinə və ənənə olaraq Serbiya padşahlarının taxt-tac kilsəsinə ikitərəfli qartal həkk edilir.[2] Kraliça Teodoranın sağ qalan qızıl üzüyü (1321-1322) həkk olunmuş simvola malikdir.[2] İmperator Stefan Düşanın (1331-1355) dövrünə aid gündəlik əşyalarda, şam möhürləri və fərmanlar kimi dövlətə aid sənədlərdə ikibaşlı qartal görülə bilər.[2] 1339-cu ildə xəritə istehsalçısı Angelino Dulkert Serbiya İmperiyasını üzərində qırmızı ikibaşlı qartal olan bayraqla qeyd etdi.[2]
Digər Serb sülalələri də simvoldan istifadə etməyə dəvam edir. Şahzadə Lazar (1371–89) Afon dağındakı Hilandar monastırını təmir etdirərkən şimal divarında ikibaşlı qartal həkk etdirir. [3] Stefan Lazarevic 1402-ci ilin avqustunda Konstantinopol müşavirəsində ikinci ən yüksək Bizans ünvanı olan despot adını aldıqdan sonra ikibaşlı qartal rəsmi olaraq qəbul edilir.[4]
Erkən müasir dövr
[redaktə | vikimətni redaktə et]İkibaşlı qartal erkən müasir dövrdə tərtib edilmiş bir neçə gerbdə istifadə edilmişdir. Qırmızı qalxandakı ağ ikibaşlı qartal Nemaniçi sülaləsi və Stefan Lazareviçin dövündə istifadə edildi. Mrnyabçeviçi sülaləsində yarı-ağ, yarı-qırmızı qartal istifadə edilərkən, Lazareviçin ordusunun dəbilqəsində "Nemaniçi qartalı" istifadə edilirdi.
Müasir çağdaş dövr
[redaktə | vikimətni redaktə et]Osmanlı istilasından və 19-cu əsrin əvvəllərinə qədər davam edən işğaldan sonra Serbiya suverenliyinin və dövlətçiliyinin rəmzi olduğu üçün cüt başlı qartalın istifadəsi qadağan edildi. Serb xaçı orta əsrlərdə də istifadə edildiyi üçün serblərin başqa bir simvolu olaraq daha çox istifadəyə verildi. Emblem, əsasən, 1804-cü ildən bəri Qavriloviçin Stemmatoqrafiyada Nemanyid qartalına əsaslanan inqilab bayrağı qaldırdığı vaxtdan bəri ağ qartal kimi təsvir edilmişdir.[5]
Serbiya İnqilabı Nemaniçi ənənəsini diriltdi və Osmanlı İmperiyasından müstəqillik qazandıqdan sonra ağ ikibaşlı qartal Serbiya gerbi oldu. Serb xaçından isə Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq, Serbiya gerbinin müasir dizaynında qalxan kimi istifadə edilmişdir.
1882-ci il gerbində Nemaniçinin irsini simvollaşdırmasına baxmayaraq Nemaniçi tipli deyil, alman ağ ikibaşlı qartalı var. Səhvin səbəkarı gerblərin illüstratoru Stoyan Novakoviçi (serbiyalı bir tarixçi və xadim) "aldatmış" və Nemaniçi qartalının əvəzinə alman tərzindəki qartaldan istifadə edən Von Schtrel (alman) idi.[6]
"Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Qraf Miroslavın gerbi (1198) [7]
-
I Stefanın dövründə qartal emblemi (1230s-ci)
-
Freskalarda təsviri (1306-07)
-
Angelino Dulkert tərəfindən tərtib olunmuş xəritədə Serbiya bayrağını göstərən detal (1339)
-
Stefan Lazareviçin cübbəsindəki detal (1406–1418)
-
Serbiya imperiyasının bayrağı və gerbi (1439).
-
Lazareviçin möhürü (1483)
-
Serb Despotluğu (1576)
-
Nemaniçi sülaləsinin gerbi (17 əsrin əvvəlləri)
-
Nemaniçi sülaləsinin gerbi (1987)
-
1804-cü ilə aid möhür
-
Qaradordeviç sülaləsinin gerbi
-
Serbiya Krallığı (1882–1918)
-
Ağ Qartal ordeni (1915–1918-ci ilə aid nümunə)
-
Yuqoslaviya Krallığının gerbi (1918-1941)
-
Serbiya Milli Qurtuluş Hökumətinin gerbi (1941-44)
-
Serb Respublikasının gerbi (1992–2006)
-
Yuqoslaviya Federal Respublikası (1992-2003) və Serbiya və Monteneqro (2003-2006)
-
Serbiya gerbi (2004–2010)
-
Serbiya gerbi (2010-indiki)
Müasir bələdiyyələrdə istifadə
[redaktə | vikimətni redaktə et]-
Belqradın gerbi
-
Nişin gerbi
-
Nişin köhnə gerbi
-
Ujitsenin gerbi
-
Priopolenin gerbi
-
Mionikanın gerbi
-
Kurşumliyanın gerbi
-
Savski-Venatsın gerbi
-
Stari-Qradın gerbi
-
Valevonun gerbi
-
Velika-Plananın gerbi
-
Leskovatsın bayrağı
-
Surdulikanın gerbi
-
Despotavatsın bayrağı
-
Derventanın gerbi
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Serbiya Milli Futbol Komandası, "Qartallar" ləqəbli (Orlovi)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Atlagić, 2009
- ↑ 1 2 3 4 5 Solovjev, 1958
- ↑ Ivić, 1910
- ↑ Jahrbücher für Geschichte Osteuropas, vol. 8, Osteuropa-Institut München, F. Steiner Verlag, 1960, p. 511.
- ↑ "Ethnic Groups". 10. New York: Gordon and Breach. 1993. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
- ↑ Atlagić, 2009. səh. 183
- ↑ Atlagić (2009), citing M. Atlagić (2006), Културни споменици у Србији и суседним земљама и двоглави орао као национални српски хералдички симбол, in: Духовност писане културе Срба у контексту културе балканских Славена, Pristina-Leposavic: Institute for Serbian Culture, 223–259.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Atlagić, Marko. "Određivanje nacionalnih heraldičkih simbola na primjeru Srba i Hrvata [Étude des symboles nationaux héraldiques à l' exemple des Serbes et des Croates]" (PDF). Zbornik radova Filozofskog fakulteta u Prištini, no. 39, pp. 179–188. 2009.
- Ivić, Aleksa. Stari srpski pečati i grbovi: prilog srpskoj sfragistici i heraldici. Natošević. 1910.
- Ivić, Aleksa; Mrđenović, Dušan; Spasić, Dušan; Palavestra, Aleksandar. Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele. Belgrade: Nova knjiga. 1987.
- Novaković, Stojan. "Хералдички обичаји у Срба: у примени и књижевности". Београд: Краљевско-српска државна штампарија. 1884. 2015-04-22 tarixində orijinalından arxivləşdirilib.
- Solovjev, Aleksandar Vasiljevič. Istorija srpskog grba. Srpska misao. 1958.