Semyon Çelyuskin
Semyon Çelyuskin | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Həyat yoldaşı | Aqrafena Pavlova |
Atası | İvan Radionoviç, Çelyuskin |
Milliyyəti | Rus |
Fəaliyyəti | Hidtoqraf, səyyah, qütb tədqiqatçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Semyon İvanoviç Çelyuskin (rus. Семён Иванович Челюскин; təq. 1700, Belyov, Tula quberniyası[d] – noyabr 1764 və ya 1764[1]) — rus qütb dənizçisi. Belə ehtimal edilir ki, Tula quberniyasının Belevsk yezdi, Polyanka Mişina kəndində doğulmuşdur. Atası saray işçisi, Babası isə xidmətçi insan idi. Bu heçdə dəqiq məlumat sayılmır. Belə ki yezd arxivinə görə onlar 1616–1630-cu illərdə Belevsk yezdində kəndə sahib olmuşlar. Sonradan onların mülkü IV İvanın hakimiyyəti sltına keçir.
Həyatı
[redaktə | mənbəni redaktə et]1714-cü ilin payızında Semyon Moskvada Suxarev qalalasında yerləşən Riyaziyyat və naviqasiya elmləri məktəbinə yazılır. 1726-cı ilə Baltik donanmasında xidmət edir və 1733–1743-cü illərdə Böyük Şimal ekspedisiyasında iştirak etmişdir. Pronçişevin rəhbərlik etdiyi qrupda 1735–1736-cı illərdə Yakutsk qayığında ştrurman olmuşdur. sentyabr 1736-cı ildə Pronçişevin ölümü ilə əlaqədar komandanlığı öz üzərinə götürür və irəliləyərək Faddeya körfəzinə çıxır. Sonradan dekabrda qısa yolla Çekinlə Yakutska qayıdır. Yakuts qayığı təmir edildikdən sonra Xariton Laptevin ekspedisiyasında iştirak edir. 1741–1742-ci illərdə Taymır yarımadasının qərbinib tətqiq edir. Xatanqa, Pyasin və Yenisey çaylarının mənsəbi örgənilir. Üstəlik o, Avrasiya materikinin ucqar nöqtəsi olan Çelyuskin burnunu kəşf edir.
1742-ci ilin payızında Sankt-Peterburq şəhərinə qayıdır və miçman rütbəsi alaraq Baltik donanmasında xidmət edir. 1751-ci ildən sonra ona leytenant, üç ildən sonra isə isə kapitan-leytenant rütbəsi verilir. 18 dekabr 1756-cı ildə kapitan (üçüncü ranq) rütbəsində istehfaya göndərilir.
Onun nəşinin basdırıldığı dəqiq yer məlum deyil.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4