Saturn (raket ailəsi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SA-9 (Saturn I Blok II)

Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IBçox ağır daşıyıcı raket Saturn V.

Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi.[1]

Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi.[2][3]

Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı.[4]

1965-ci ildə Saturnun aylar üzrə ümumi uçuşlarını göstərən qrafik
Saturnun uçuş tarixi [5]
PROQRAM RAKET MİSSİYA UÇUŞ TARİXİ PLATFORMA
Saturn I SA-1 SA-1 27 oktyabr 1961 LC-34
Saturn I SA-2 SA-2 25 aprel 1962 34
Saturn I SA-3 SA-3 16 noyabr 1962 34
Saturn I SA-4 SA-4 28 mart 1963 34
Saturn I SA-5 SA-5 29 yanvar 1964 LC-37B
Saturn I SA-6 A-101 28 may 1964 37B
Saturn I SA-7 A-102 18 sentyabr1964 37B
Saturn I SA-9 A-103 16 fevral 1965 37B
Saturn I SA-8 A-104 25 may 1965 37B
Saturn I SA-10 A-105 30 iyul 1965 37B
Saturn IB SA-201 AS-201 26 fevral 1966 34
Saturn IB SA-203 AS-203 5 iyul 1966 37B
Saturn IB SA-202 AS-202 25 avqust 1966 34
Saturn V SA-501 Apollon 4 9 noyabr 1967 LC-39A
Saturn IB SA-204 Apollon 5 22 yanvar 1968 37B
Saturn V SA-502 Apollon 6 4 aprel 1968 39A
Saturn IB SA-205 Apollon 7 11 oktyabr 1968 34
Saturn V SA-503 Apollon 8 21 dekabr1968 39A
Saturn V SA-504 Apollon 9 3 mart 1969 39A
Saturn V SA-505 Apollon 10 18 may 1969 LC-39B
Saturn V SA-506 Apollon 11 16 iyul 1969 39A
Saturn V SA-507 Apollon 12 14 noyabr 1969 39A
Saturn V SA-508 Apollon 13 11 aprel 1970 39A
Saturn V SA-509 Apollon 14 31 yanvar 1971 39A
Saturn V SA-510 Apollon 15 26 iyul 1971 39A
Saturn V SA-511 Apollon 16 16 aprel 1972 39A
Saturn V SA-512 Apollon 17 7 dekabr 1972 39A
Saturn V SA-513 Skylab 1 14 may 1973 39A
Saturn IB SA-206 Skylab 2 25 may 1973 39B
Saturn IB SA-207 Skylab 3 28 iyul 1973 39B
Saturn IB SA-208 Skylab 4 16 noyabr 1973 39B
Saturn IB SA-210 ASTP Jul 15, 1975 39B
  1. Helen T. Wells; Susan H. Whiteley; Carrie E. Karegeannes. Origin of NASA Names. NASA Science and Technical Information Office. səh. 17.
  2. "Newsreel report of JFK with SA-1 (video)". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  3. "JFK Speech at Brooks AFB, 21Nov63 (video, on the last full day of his life)". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  4. "historicspacecraft.com, Saturn I & IB Rockets". 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  5. Saturn Illustrated Chronology, Appendix H. Moonport, Appendix A. Apollon Program Summary Report, Appendix A.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]