Sarmaşıq Liqası
Naviqasiyaya keç
Axtarışa keç
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/West_College_Princeton.jpg/220px-West_College_Princeton.jpg)
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər.
Üzvlər
[redaktə | mənbəni redaktə et]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/IvyLeagueLocations.png/220px-IvyLeagueLocations.png)
- Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir.
- Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir.
- Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
- Yel Universiteti — 1701-ci ildə yaradılmışdır. Konnektikut ştatının Nyu-Heyven şəhərində yerləşir.
- Kolumbiya Universiteti — 1754-cü ildə yaradılmışdır. Nyu-York şəhərində yerləşir.
- Kornel Universiteti — 1865-ci ildə yaradılmışdır. Nyu-York ştatının İtaka şəhərində yerləşir.
- Pensilvaniya Universiteti — 1740-cı ildə yaradılmışdır. Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir.
- Prinston Universiteti — 1746-cı ildə yaradılmışdır. Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt. Arxivləşdirilib 2011-09-02 at the Wayback Machine ivyleaguesports.com