Sarayevonun mühasirəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sarayevo mühasirəsi
Bosniya müharibəsi
Tarix 6 aprel 1992 — 29 fevral 1996
Yeri Sarayevo Bosniya və Herseqovina
Münaqişə tərəfləri
Komandan(lar)

Mustafa Xayrulaxoviç
Vahid Karaveliç
Nicad Aynaciç
22px Şalko Jeliç

22px Mitulin Kukanyaç
Tomislav Şipçic
Stanislav Qaliç
22px Draqomir Miloşeviç

Tərəflərin qüvvəsi

34 500 - 40 500 nəfər
1500 əsgər

15 000 əsgər

İtkilər

Müsəlmanlar:
6110 əsgər
3389 mülki
Xorvatlar:
67 əsgər
682 mülki

2229 əsgər
1368 mülki
150 000 qaçqın[1]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarayevo mühasirəsiBosniya və Herseqovinanın paytaxtı olan Sarayevonun demək olar ki, dörd il ərzində Yuqoslaviya Xalq ordusu və sonradan Serb Respublikası ordusu tərəfindən (Serbiyada daxil olmaqla) mühasirədə saxlanılmasıdır. Mühasirə 5 aprel 1992-ci ildə başladılmış və 29 fevral 1996-cı ildə başa çatdırılmışdır.

Öncəki hadisələr

[redaktə | vikimətni redaktə et]
Bosniya və və Herseqovinanın etnik xəritəsi (1991)

Müharibə öncəsinə qədər Bosniya və Herseqovinada 1 905 829 nəfər müsəlman (43,7%), 1 369 258 nəfər serb (31,4%), 755 892 nəfər (17,3%) xorvat yaşayırdı. Ölkədə olan 106 icmadan 35-də, 32-də serblər üstünlük təşkil edirdi. Serblər əsasən qərb və şərq icmalarda, boşnaklar isə mərkəzi incalarda üstünlük təşkil edir. Xorvatlar isə bir necə icmada üstünlük təşkil edir. 240 min nəfər isə özünü yuqoslav hesab edir. Onlar əsasən serb və onların digər xalqlara qarışığından ibarətdir. 1991-ci il məlumatına görə ölkədə olan nikahların 27% qarışıq nikahlar idi.

18 noyabr 1990-cı ildə respublikada ilk çoxpartiyalı seçkilər keçirilmişdir. Skupşində olan yerlərin böyük hissəsinə müsəlmanlar sahib olmuşdurlar (86 yer). İkinci yeri isə Serb Demokrat partiyası (72 yer) və üçüncü yeri isə Xorvat Demokratik ittifaqı (44 yer) tuturdu.

Sarayevonun etnik xəritəsi 1991 il

Seçkilərdən sonra üç milli partiyadan ibarət olan koalisiya hökuməti qurulmuşdur. Müsəlmanların lideri İzetbeqoviç Bosniya və Herseqovinanın Prezidium katibi, xorvat Yore Pelivan baş-nazir, serb Momçilo Kraişnik isə Skpuoşinin spikeri seçilir. Ancaq ilk günlərdən parlamentdə ortaq məxrəcə gəlmək mümkünsüzləşmişdir. Bundan sonra Müsəlman-Xorvat koalisiyası qurulur. Onlar müstəqillik deklorasiyası parlamentə çıxarırlar. Buna cacab olaraq Serb Demokrat Partiyası bütün serb icmalarını birləşdirməyi qərara alırlar.

12 oktyabr Bosniya və Herseqovina parlamentində serblərin iştirakı olmadan səsvermədə "Bosniya və Herseqovinanın istiqlaliyyatı haqqında bəyamnamə" səs çoxluğu ilə qəbul edilmişdir[2][3]. Burada serblər və xorvatlar milli azlıqlar kimi qəbul edilir. Bu serblərin muxtariyyətləşməsi üçün inpuls olmuşdur. Parlamentdə Serb diyarının Serbiya və Monteneqro ilə birləşməsi tələbini irəli sürmüşlər. Bosniya rəhbərliyi bunu qanunsuz elan etmiş və unitarlığın saxlanmasını tələb etmişdir. Ölkədə Herseq-Bosna vilayətinin təşkil edilməsini isə xorvatlar tələb edirdilər. Bu isə vəziyyəti dahada gərginləşdirirdi.

9 yanvar 1992-ci ildə serblər parlamentdə Bosniya və Heseqovina Serb Respublikası təşkil etdiyini bəyan etmişdir. 24 martda serblər hökumət, parlament və prezidium təşkil edirlər. 27 martda isə konstitutsiya qəbul edilir. Bununla yanaşı Bbosniya və Herseqoninanın Komfederativ ölkə olması ideyası ortaya atılmışdır. Burada üç xalqın ərazi subyektləri təşsil olunmalı idi.

25 yanvar 1992 ildə Bosniya və Herseqovina Skupşinası Bosniya və Herseqovinanın müstəqilliyi haqqında referendum keçirməyi qərara alır. 1 mart 1992-ci ildə ölkədə referendum keçirilir. Ölkədə seçiçilərin 63,4% (2 073 932 nəfər) iştirak edir. Seçicilərin 62,68% isə müstəqilliyə səs verir. Bundan sonra idə Avropa İttifaqına müstəqilliyin tanınması ilə bağlı müraciət edilir.

1991-ci il siyahıya alınmasına görə Sarayevoda 527 049 nəfər yaşayırdı. Onların 49,2% müsəlman, 29,8% serb, 10,7% yuqoslav, 6,6%[4] isə xorvat idi.

Tərəflərin güçü və mövqeyi

[redaktə | vikimətni redaktə et]
Serb geyimi

Serb dəstələr ilk əvvəllər serblərin kompakt yaşadığı ərazilərin müdafiəsini təşkil etməyə çalışırdılar. Ərazi müdafiəsini Serb Demokratik Partiyası öz üzərinə götürdükdən sonra "Böhran qərargahları"[5] təşkil edir. Yuqoslaviya ordusu ölkədən çıxarıldıqdan sonra bir hissəsi Serb Respublikasının ordusunu təşkil edir. Onlar əsasən serblərdən ibarət idi.

Sarayevo rayonu ərazisində serblərin əsas qüvvəsi Sarayevo-Roman korpusu idi ki, oda 22 may 1992-ci ildə təşkil edilmişdir. Bu ordunun balansında 15 000 nəfər əsgər, 80 tank, 72 artilleriya qurğusu, 12 raket qurğusu və bir necə yüz mina atandan ibarət idi. İlk əvvəllər orduya general-mayor Tomislav Şipçiç rəhbərlik edirdi. 10 sentyabr 1992-ci ildən ona polkovnik Stanislav Qaliç rəhbərlik etmişdir. 10 avqustdan korpusa general Draqomir Miloşeviç rəhbərlik etmişdir.

Sarayevo korpusunun tərkibində Rusiya könüllülər dəstəsi belə vuruşurdu. RKD-2 1993-cü ilin yaz-yay ayları[6], RKD-3 1993-cü ilin payızından 1994-cü ilin sentyabrına qədər vuruşmuşdur. Sonra da rus və ukraynlar müharibənin sonuna qədər "Ağ canavarlar" dəstəsi olaraq vuruşmuşlar.

BMT ekspertlərinin məlumatına görə serblərin qüvvə çatışmazlığı səbəbindən şəhər ətrafı dağ və təpələrdən şəhərin atəşə tutulması taktikasını gerçəkləşdirirdilər[7].

Sarayevo və onun ətrafında olan icmaların onundan yarısını serblər əlində saxlayırdı. Onlar bu ərazini "Serb Sarayevosu" adlandırırdılar. Burada 120 min serb yaşayırdı.

Müsəlman və xorvatlar

[redaktə | vikimətni redaktə et]
Şevron

Müsəlman və Xorvatların Sarayevoda ümumilikdə 10 000 "Vətənpərvərlər liqası" dəstələri və özünü müdafiə dəstələrindən təşkil edilirdi. Xorvatlar "Kral Tvrtko" briqadasını təşkil etmişlər. 1993-cü ildə bu briqada 1-ci müsəlman ordu korpusuna birləşdirilmişdir. 1992-ci ildə müsəlmanlar və xorvatların münaqişəsi zamanı onlar serblərlə birlikdə müsəlmanlara qarşı vuruşurdular.

Şervon

İlk əvvələrindən tutmuş 1992-ci ilin avqustuna qədər müsəlman briqadaları ərazi prinsiplərinə əsasən bölünmüşdür. Avqust ayında orduna modernləşmə həyata keçirilmişdir. Nəticədə ordu 1-ci korpusu təşkil edilmişdir. Bura piyada, mobilləşdirilmiş və dağ briqadaları daxil idi. Onun mövcudluğu dövründə korpusa Mustafa Xayrulaxoviç, briqada generalı Vahid Karabeliç və briqadir Nicad Aynacic rəhbərlik etmişdir. Korpusa ümumilikdə 34 500[8][9] — 40 500 nəfər əsgər daxil idi.

1993-cü ilin payızına qədər müsəlman ordusunda kriminal qruplar fəaliyyət göstərirdi. Onlar serblərlə əlaqədə idilər. Bu qruplar 1993-cü ilin oktyabrında müsəlman ordusu tərəfindən aradan qaldırılmışdır.

Sarayevoda vurulmuş avtomobil

1 mart 1992-ci ildə referendumun sonuncu günündə serb toyu keçirilərkən ərazidə öz milli bayraqlarını gəzdirmələri münaqişənin başlanması üçün qığılcım olmuşdur. Müsəlman kriminal qruplarından birinin rəhbəri Ramiz Delaliç toy karvanına atəş açmasına səbəb olur. Nəticədə keşiş yaralanır. Bəyin atası isə ölür. Bundan sonra serblər günahkarların tutularaq cəzalandırılmasını tələb edərək şəhərdə barikadalar qurmuşlar. Buna cavab olaraq müsəlmanlarda şəhərdə barikadlar qurmuşlar. Qarşılıqlı atışma zamanı dörd nəfər öldürülmüşdür. Bu hadisənin günahkarları cəzalandırılmamış qalmışdır. Serblərin barikat qurması isə haqlı olaraq müəlmanlar arasında serb silahlılarının əməliyyatları olaraq anlaşılmışdır.

Martda müsəlmanlar serb qüvvələri və Yuqoslaviya Xalq Ordusuna qarşı əməliyyatlara başlamışdır. Onlar Bstrikdəki 2-ci qərargahı 12 martda mühasirəyə almağa cəhd etmişlər. 23 martda isə ilk hücum gerçəkləşmişdir. 4 – 5 apreldə serblər və müsəlmanlar arasında döyüşlər gedir[10]. Serb milisləri ilə atışmada iki müsəlman milis və bir dinc sakin ölür. Bosniya və Herseqovinada növbəti gün fövqəlada vəziyyət elan edilmişdir.[11]. Araya ordu qüvvələri qatıldıqdan sonra əməliyyatlar dayanmışdır. "Xolidey İnn" dinc nümayişçilər atəşə tutulmuşdur. Burada Suada Dilberoviç və Olqa Suçiç öldürülür. Müsəlmanlar insidentdə serb snayperçiləri iddiham edərək binaya daxil olurlar. Burada altı nəfər həbs edilir. Onların snayper olması ehtimal edilir. Radovan Karadiç serblərin bu işə aiddiatlığını inkar edərək, vurulanların digər binalardakı snayperlər tərəfindən vurulmasını bildirir. 11 apreldə Bosniya və Herseqovina partiyaları vahid Sarayevonun yaradılmasına razılıq verirlər. 12 soreldə Lissabonda serb deleqasiyası Əli İzətnekoviçə Sarayevoda əməliyysatların tam dayandırılması təklifini irəli sürmüşlər.

5 fevral 1994-cü ildə Markale bazarında 120-mm-lik mərmi partladılır. Nəticədə 68 nəhər həyatını itirmiş, 144 nəfər yaralanmışdır. Bundan sonra NATO serblərə ultimatum göndərərək atrileriya zərbələrini kəsməyi tələb etmişdir. Əgər tələblər yerinə yetirilməyəcəyi təqdirdə serb mövqelərinə avia zərbələr endirələcəyi vurğulanmışdır. Serblərın geri çəkilmələri ilə əməliyyatlar baş tutmamışdır. 18 sentyabrda müsəlmanlar gözlənilməz həmlə ilə Qrdoni istiqamətdən Sedrenikə həmlə təşkil etmişlər. Onlar serbləri geri çəkilməyə məcbur etsələrdə serblər 20 sentyabra qədər itirilmiş mövqelərin bir hissəsini geri qaytara bilmişdilər

28 avqust 1995-ci ildə Markaledə ardıcıl partlayışlar baş verir. Buraya beş minaatan mərmisi düşmüşdür. Partlayış zamanı 37 nəfər ölmüş və 90 nəfər yaralamışdır. Növbəti dəfə serblərə ağır artilleriyanı şəhər ətrafından çıxarmağı tələb etmişlər. 30 avqustda NATO serb mövqelərinə artilleriya zərbələri endirmişlər.

Sarayevo tuneli

[redaktə | vikimətni redaktə et]
Sarayevo tuneli

1993-cü ildə gizli olaraq Sarayevo tuneli qazılır. Onun uzunluğu 760 metr olmuşdur. 30 iyunda artıq tunnellərin hər iki tərəfi birləşdirilmişdir. Artıq növbəti gün tunel istifadə olunmağa başlamışdır. Buradan hər gün qida məhsulları, qəzet, yanacaq və silah daşınırdı. Ən azı gün ərzində buradan 30 ton məhsul daşımaq mümkün idi[12]. Hər gün tunellə 4000 Bosniya və Herseqovina ordusu və NATO əsgəri keçə bilərdi[13]. Hər iki giriş bosniya güvvələrinin nəzarətində idi. Buradan hətta 400 kq yük daşıya bilən vaqonlar belə hərəkət edirdi. Tunel elektriklə və qrunt sularını xaricə vuran nasoslarla təmin edilmişdi.

Hərbi itkilər və mülki əhaliyə qarşı törədilən cinayətlər

[redaktə | vikimətni redaktə et]

Bosniya müsəlmanlarının və xorvatların itkiləri

[redaktə | vikimətni redaktə et]

Döyüşlər zamanı müsəlmanlar 6110 əsgər və 3389 mülki əhali itirmişdir. Xorvatların itkisi 67 əsgər və 682 mülki şəxs olmuşdur. Müsəlman və xorvat əhaliyə qarşı hərbi cinayətlərinə görə isə Veselin Vlaxoviçə Sarayevoda ölüm hökmü verilmişdir[14]. Professor Smail Çekiç serblər Sarayevoda qeyri serblərə genosid həyata keçirmişlər[15]. Beynəlxalq tribunal serb qüvvələrinin komandirlərindən biri general Ratko Mladiçi snayperlərə rəhbərlik etməklə mülki əhalini öldürməkdə, yaralamaqda, terror törətməkdə ittiham etmişdir[16].

Bosniya serblərinin itkiləri

[redaktə | vikimətni redaktə et]

Serb ordusu döyüşlərdə 2229 əsgərini itirmişdir. Mülki itki isə 1368 nəfər təşkil etmişdir[17]

Şəhərdə serblərə qarşı 10–15 arası müharibəyə qədərki kriminal avtoritetlər[18][19][20][21] vuruşurdu. Quskova təsdiq edir ki, onlar tərəfindən 10–20 arası şəxsi həbsxanalar təşkil edilmişdi.

İndiyənə kimi bölgədə 400 serbin nəşi aşkarlanmışdır. Boşnaklar isə bunun bir hissəsinin elə serblərin atdığı artilleriya zərbələri zamanı həlak olmasını bildirirlər[22]. Serblərin vəziyyəti hökumət qüvvələri tərəfindən kriminal dəstələrə xüsusi Muşan Topaloviçə həyata keçirdi əməliyyatdan sonra yaxşılaşmışdır[23]. Serb Respublikası prezidenti Milorad Dodikin sözlərinə görə Sarayevo və onun ətraf ərazilərindən 150 000 srrb qaçmalı olmuşdur. Sarayevo hərbi dairə məhkəməsi 1994-cü ilin dekabrında 14 nəfəri ölüm hökmünə layiq görmüşdür.

  1. "Додик: Фашизам отерао Србе из Сарајева" (serb). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  2. Trbovich, Ana S. A Legal Geography of Yugoslavia's Disintegration. Oxford University Press. 2008. səh. 221. ISBN 9780195333435. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  3. Cook, Bernard A. Europe Since 1945. Taylor and Francis. 2001. səh. 140. ISBN 9780815340577. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  4. Ethnic composition of Bosnia-Herzegovina population, by municipalities and settlements, 1991. census, Zavod za statistiku Bosne i Hercegovine — Bilten no.234, Sarajevo 1991
  5. "Очерки военной истории конфликта в Югославии (1991—1995)" (rus). ArtOfWar. 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  6. "Кто они ? Добровольцы" (rus). Српска.ру. 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
  7. "Study of the battle and siege of Sarajevo - part 1/10" (ingilis). 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
  8. "Prvi korpus Armije R BiH" (serb). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  9. "Formiran Prvi korpus Armije RBiH" (serb). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  10. "Hronologija opsade" (serb). 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.
  11. Nizich, Ivana. War Crimes in Bosnia-Hercegovina. Helsinki Watch. 1992. 18–20. ISBN 1-56432-083-9.
  12. "Что делать на мусульманском Востоке в центре Европы: Мир: Путешествия: Lenta.ru". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  13. "The Sarajevo Tunnel". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  14. "Bosnia jails Serb Veselin Vlahovic for war crimes". 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  15. "CRIME OF GENOCIDE IN SARAJEVO UNDER SIEGE" (PDF). 2015-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-15.
  16. "THE PROSECUTOR OF THE TRIBUNAL AGAINST RATKO MLADIC" (PDF). 2021-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-15.
  17. "Činjenice ruše stereotipe o Srbima" (serb). Политика. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  18. "Juka Prazina 1992. pucao na mitingaše" (serb). 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.
  19. "January 10, 1994 Vreme News Digest Agency No 120" (ingilis). ArtOfWar. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  20. "Juka of Sarajevo" (ingilis). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.
  21. "Kriminalci kao ratni junaci" (serb). 2013-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.
  22. "Masovne grobnice u Sarajevu" (serb). 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  23. "Čemu služe izjave o poginulima" (serb). B92. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.