Sanada Yukimura
Sanada Yukimura | |
---|---|
yap. 真田 信繁 | |
Doğum tarixi | 1567 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1615 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sanada Yukimura (真田 幸村?, 1567, Yaponiya – 3 iyun 1615, Yasui Şrine[d], Osaka) və ya Sanada Nobuşiqe (真田 信繁?) – Senqoku dövründə yaşamış Yaponiya samurayı.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]O, Ueda[a] hakimi Sanada Masayukinin ikinci oğlu olmuşdur.[2] 1585-ci ildə atasının Tokuqava İeyasu ilə münaqişəsindən sonra o, Eçiqo daymyosu Uesuqi Kaqekatsu ilə müttəfiq olmuş, ondan torpaq almışdır.[1] Lakin 1587-ci ildə sədaqətini dəyişdirərək Toyotomi Hideyoşinin tərəfinə keçmiş, onun üçün 1590-cı ildə Odavara hərəkatına qatılmış, 1592-ci ildə Koreyanın işğalı hərəkatı zamanı Kyuşu qərargahında xidmət göstərmişdir.[1]
1600-cü ildə baş verən Sekiqahara döyüşünə gətirib çıxaran böyük konflik zamanı əvvəlcə İeyasunun Uesuqi Kaqekatsuya qarşı olan ekspedisiyasına qoşulmuş, lakin daha sonra İşida Mitsunarinin Qərb ordusuna keçmişdir.[1] Qardaşı Nobuyuki Sanada ailəsinin mənafeyini hər vəziyyətdə qorumaq üçün Tokuqavanın tərəfində qalmışdır.[1] Masayuki və Yukimuranın Şinanoda başlatdıqları döyüş İeyasunun oğlu olan Tokuqava Hidetadanın döyüşdə iştirakını gecikdirmişdir.[1] Tokuqava döyüşdə qalib gəlmiş, lakin Yukimuranın həyatını bağışlayaraq Koya dağında yaşamasına icazə vermişdir.[1]
1614-cü ildə Toyotomi Hideyorinin xahişi ilə Osakaya gəlmiş və müdafiə qurğusu tikdirmişdir.[2] 1614–1615-ci illərdə baş verən Osaka hərəkatında iştirak etməyə çağırılmış, Sumiyoşidə Tokuqava ordusuna qarşı döyüşmüşdür.[2] 3 iyun 1615-ci ildə məbəddə dincələrkən Nişio Kyusaku tərəfindən öldürülmüşdür.[1][2]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Müasir Naqano prefekturası.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 9. ISBN 0-87011-627-4. İstifadə tarixi: 19 dekabr 2022.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1307. İstifadə tarixi: 19 dekabr 2022.