Salih Omurtak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Salih Omurtak
Şəxsi məlumatlar
Doğum tarixi 1889[1]
Doğum yeri
Vəfat tarixi 23 iyun 1954(1954-06-23)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1907-ci ildən
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir .

Həyatı və hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur. 61-ci Piyada Diviziyası Komandiri olduğu müddətdə Afyonkarahisarın şimalındakı Yunan hücumlarını dəf etməkdə və Yunan sağ cinahına əks hücumda uğur göstərdi. 1926-cı ilə qədər müxtəlif bölmələrə rəhbərlik etdi.

1926-cı ildə (Mirliva) general-leytenant, 1940-cı ildə dörd ulduzlu general olmuşdur. 9-cu və 3-cü Korpus Komandiri vəzifəsini icra etdi.29 iyul 1946-cı ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edildi və 8 iyun 1949-cu ilə qədər Baş qərargah rəisi vəzifəsində çalışdı. Ali Hərbi Şuranın üzvü, Baş Qərargahın 2-ci rəisi və General rütbəsində 1-ci Ordu Komandiri vəzifələrində çalışıb. Xəstəliyi səbəbiylə 1 yanvar 1950-ci ilə qədər tibbi səbəblərdən məzuniyyətdə idi. Ali Hərbi Şuranın üzvü olarkən 6 iyul 1950-ci ildə istəyi ilə təqaüdə çıxdı.

Salih Omurtak 43 illik hərbi xidməti dövründə "Məcidiyyə", "Osmaniyyə" nişanları, "Hərb", "Ləyaqət", "İmtiyaz" və "İstiqlal" medalları ilə təltif edilmişdir.

Ölümü və dəfni

[redaktə | mənbəni redaktə et]

23 iyun 1954-cü ildə vəfat etdi. Ankara Hava Şəhidliyində dəfn edildi. Atatürk Meşə Fermasının yaxınlığında yerləşən Türkiyə Dövlət Məzarlığına Mustafa Kamal Atatürkün silahdaşı olduğuna görə köçürülmüşdür.[2]

  1. サーリフ・オムルタク // https://mairi.me/-/1040594.
  2. T.R. Baş Qərargah Hərb Tarixi Rəisliyi Nəşriyyatı, Türkiyə İstiqlal Müharibəsinə qatılan tümən və daha üst mövqelərdəki komandirlərin bioqrafiyaları, Baş Qərargah Rəisliyi nəşriyyatı, Ankara 1972, s. 231.