Sabir Hacıyev (siyasətçi)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sabir Hacıyev | |
---|---|
Vəzifədədir | |
2 dekabr 2005-ci ildən | |
Seçki dairəsi | III, IV, V və VI çağırış — 88 saylı Göyçay VII çağırış — 91 saylı Göyçay |
2003 – 22 may 2023 | |
Əvvəlki | Ayaz Mütəllibov |
Sonrakı | Vəzifə ləğv edildi. |
2000 – 2003 | |
Sədr | Ayaz Mütəllibov |
Əvvəlki | İqbal Ağazadə |
5 fevral 1991 – 24 noyabr 1995 | |
Seçki dairəsi | XII çağırış — Cəfər Cabbarlı adına 48 nömrəli |
1991 – 1992 | |
Sonrakı | İxtiyar Şirin |
1990 – 1991 | |
Əvvəlki | Vəzifə təsis edildi |
Sonrakı | Fazil Mustafa |
Şəxsi məlumatlar | |
Doğum adı | Sabir Kamal oğlu Hacıyev |
Doğum tarixi | 5 oktyabr 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Sabir Kamal oğlu Hacıyev (5 oktyabr 1954, Göyçay) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı (2005-ci ildən).
Həyatı
[redaktə | vikimətni redaktə et]Sabir Kamal oğlu Hacıyev 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik şurasının katibi vəzifəsi həvalə edilmişdir. Bir müddət müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət katibini vəzifə səlahiyyətlərini icra etmişdi.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
2 övladı var.
Partiya fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci ildə Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir.[2]
Vətəndaş Birliyi Partiyası 22 may 2023-cü ildə özünü buraxma qərarı almışdır və beləliklə Sabir Hacıyev bitərəf siyasətçi olaraq fəaliyyətinə davam etmişdir.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
- 5 oktyabrda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Göyçayda doğulanlar
- Vətəndaş Birliyi Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycanın dövlət müşavirləri
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Vətəndaş Birliyi Partiyasının sədrləri