Sətiriçi altproqram
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sətiriçi altproqram (en. in-line subroutine ~ ru. встроенная подпрограмма ~ tr.satır içi alt yordam)– çağrıldıqları bütün yerlərdə deyimləri tamamilə proqrama yerləşdirilmiş altproqram. Sətiriçi altproqramdan fərqli olaraq, adi altproqramlar yalnız proqramın bir yerində yerləşdirilir və həmin altproqramı proqramın hansı yerində çağırmaq lazımdırsa, orada uyğun deyim yazılır. Sətiriçi altproqramlar bütövlükdə proqramın yerinə yetirilməsini yaxşılaşdırır, ancaq onlar proqram kodunun uzunluğunu da artırır. Sətiriçi altproqramlar adi altproqramlardan fərqlənsə də, onlar da həmin sintaktik və semantik qaydalara tabedir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.