Səsvermə
Səsvermə — debatlardan, müzakirələrdən və seçki kompaniyalarından sonra bir məsələ barədə seçicilərin və ya hər hansısa qrupun fikrini və ya qərarını bildirmə metodu.[1] Müəyyən edilmiş yerdə yaşayan şəxslər əvvəlcədən qeydiyyata alınır və müəyyən bir məsələnin səsverməsində iştirak edir. Bu şəxslər "seçici" adlanır. Demokratiyalarda səsvermələrin müxtəlif sistemləri mövcuddur.
Siyasətdə
[redaktə | mənbəni redaktə et]Demokratik dövlətlərdə hökumət səsvermələr vasitəsilə seçilir və qannuna görə birdən çox namizədin olması mütləqdir.[2] Nümayəndəli demokratiyalarda seçicilər hökumətdəki nümayəndələrini səsvermə vasitsilə müəyyən edirlər. Birbaşa demokratiyalarda isə səsvermə xalqın birbaşa səsvermələr vasitəsilə özünün qanunlar qəbul etməsində istifadə edilir.
Səsvermə fərdin hər hansıa bir şeyi seçməsi və ya hər hansısa bir şeyə qarşı olmasının ifadəsidir. bu şeylər təklif oluann qətnamə, müəyyən namizəd, təklif olunan məsələlər, seçilmiş namizədlər və ya siyasi partiya və s. ola bilər. Bir çox ölkə seçici məhrəmiyyətini qorumaq və ya siyasi seçimlərini gizli saxlamaq üçün gizli səsvermələrdən istifadə edir.
Səsvermə daha çox seçki məntəqələrində keçirilir. Bəzi ölkələrdə könüllü, bəzi ölkələrdə isə ( məsələn Avstraliya) məcburidir.
Seçki sistemləri
[redaktə | mənbəni redaktə et]Müxtəlif səsvermə sistemlərində müxtəlif seçki tiplərindən istifadə olunur. Majoritar seçki sistemində qalib olmaq üçün çoxluğun səsin qazanmağa və ya ümumi səslərin 50 faizindən çox toplamağa ehtiyac yoxdur. Bəzi seçki sistemində 2 namizəd yarışır və sonda qalib gələn ümumi səslərin 50 faizindən çox toplamalı olur.
Tək səs sisteminin yan təsiri odur ki, bu səs bölünməsinə səbəb olur. Nəticədə namizədlər mərkəzçiliyi dəstəkləmir və iki partiyalı sistem ortaya çıxır. Bu sistemə alternativ "qəbul edilmiş səsvermə"dir.
Tək səs sisteminin niyə mərkəzçi namizədlərin daha az sevilməsinə səbəb olduğunu başa düşmək üçün sadə təcrübəni yada salmaq lazımdır. Sinif uşaqları arasında onların ən sevimli mərmərini seçmək üçün namizəd olaraq 5 mərmər götürək. Bu mərmərlərin 3-nü yaşıl, 1-ni qırmızı, 1-ni isə göy olaraq rəngləyək. Keçirilən səsvermədə yaşıl rənglə rənglənənlərdən 1-nin qalib gəlməsi çox nadir hallarda olur. Səbəb odur ki, 3 yaşıl mərmərin olması yaşıl mərməri sevənlərin səslərinin bölünməsinə səbəb olur. Bu nümunədə yaşıl mərmərin qalib gəlməsi üçün ən azı seçicilərin 60 faizi yaşıl mərmərə səs verməlidir. Fərz edək ki, hər üç rəngə olan mərmər eyni səs faizi almışdır. Belə olan halda hərəsində 33 faiz olacaq. Lakin yaşıl mərmər tərəfdarlarının səsləri 3 yerə bölündüyünə görə ( çünki yaşıl rəngdə olan mərmər 3 ədəddir) hər yaşıl mərməri 11 faiz səs toplayacaq. Bu isə onu xeyli geri mövqeyə düşməsinə səbəb olur. Bu təcrübəni digər rənglərdə də tətbiq etsək yenə eyni nəticə ilə qarşılaşacağıq. Bu tamamilə riyazi bir şeydir. Yəni tək səs sistemində bir şeyin (ideologiyanın, təlimin, siyasi cərəyanın) namizədi çox olarsa bu həmin icmaanın səslərinin bölünməsinə səbəb olur.[3]
Tək səs sisteminin inkişafı iki mərhələli seçki sisteminə gətirib çıxarmışdır. Bu sistem dünyada ən çox yayılmış seçki sistemidir. Bir çox hallarda qaliblər çoxluğun səsini toplayır və bu seçicilərin yarısından çox olmalıdır. Və əgər birinci mərhələdə səslərin 50 faizdən çoxunu heç bir namizəd toplaya bilmirsə, onda birinci mərhələdə ən çox səs toplayan iki namizəd ikinci mərhələdə yenidən seçkilərdə iştirak edir və onlardan biri qalib gəlir.
İki mərhələli səsvermə sisteminin alternativi tək mərhələli alternativ səsvermə sistemidir. Bu sistemdən Avstraliya, İrlandiya və ABŞ-da bəzi seçkilərdə istifadə olunur. Bu sistemə görə, seçicilər namizədləri öz istəklərinə görə ilk sıradan son sıraya doğru sıralayır. Və səsvermənin sonunda heç bir namizəd 50 faizdən çox səs toplaya bilmirsə ən az səs toplayan namizədin yığdığı səslər digərləri arasında bölünür. Bu proses bir namizədin 50 faizdən çox səs toplamasına qədər davam edir. Bu sistemin də əsası tək səs sistemi kimi seçilən namizədin 50 faizdən çox səs toplamasına əsaslanır.
Bir neçə səs verilə bilən ssəvermə sistemində seçici namizədlərin bir neçəsinə səs verə bilər. Yəni, seçici məsələn Əhməd, Gülnar və Mahirəyə səs verdiyi halda, Rəcəbin və Elnurun əleyhinə səs verə bilər.
Dərəcəli səsvermə sistemində seçicilər namizədləri müxtəlif dərəcələr üzrə seçirlər. Məsələn, onlar Əhmədi birinci sırada seçirlər, sonrakı sıralara isə digər namizədlər istədiyi dərəcələrə uyğun düzə bilər. Bu sistem Avstraliyada xeyli məşhurdur.
Qiymətli səsvermə sistemində seçicilər namizədlərə 1–10 arası qiymət verir (bu dəyişə bilər).
Referendumlar
[redaktə | mənbəni redaktə et]Dövlətlər çox zaman seçiciləri seçkilərdə iştirak etmək üçün çağırır. Lakin seçkilər referendumlar üçün də keçirilir. XVIII əsrin sonlarından günümüzə qədər dünyada 500-dən çox referendum keçirilmişdir.[4] Bunlardan 300-ü İsveçrədə keçirilmişdir. İsveçrə referendum keçirmə sayında dünyada birici yerdədir. İkinci yerdə isə onlarla referendum keçirən Avstraliya gəlir.
Ədalətli səsvermə
[redaktə | mənbəni redaktə et]Səsvermələrin nəticəsi qarışılığa, ən pis halda şiddətə və hətta vətəndaş müharibəsinə belə gətirib çıxara bilər. Xeyli alternativlər ola bilsin ki, insanlar tərəfindən nə rədd edilməz, nə də qəbul edilməz.
Ədalətli səsvermə və səsvermələrdə saxtalaşdırmaların qarşısını almaq üçün Tvitter xüsusi proqram hazırlamışdır. Seçicilər Tvitterdə onları aldatmaq və yanış yönləndirmək istəyən materialları bu proqam vasitəsilə şikayət edə bilərlər. Bu proqramın hazırlanmasının elanı Hindistanda və digər bəzi ölkələrdə seçkilərin keçirildiyi ərəfədə olmuşdu.[5]
Neqativ səsvermə
[redaktə | mənbəni redaktə et]Neqativ səsvermə bir namizədin qəbul edilməməsi üçün keçirilən səsvermədir. Məsələn, fərz edək ki, bir səsvermə sistemində neqativ səsvermə üsulundan istifadə olunur. Bu sistemdə yalnız bir namizədin əleyhinə və ya lehinə səs verməyə icazə veriləcəkdir. Bu səsvermədə hər pozitiv (müsbət) səs namizədə 1 səs qazandırarkən, bir neqativ (mənfi) səs isə onun topladığı səslərdən birini aparır. Sonda ən çox pozitiv səs toplayan namizəd qalib olur. Bu cür səsvermə sistemlərində hətta 0 səs ilə belə (rəqiblərin neqativ (mənfi) səs toplaması halında) qalib gəlmək mümkündür. əgər 2 namizəd varsa neqativ səsvermənin bu baxımdan pozitiv səsvermədən heç bir fərqi yoxdur. 3 və daha çox namizəd olduğu təqdirdə isə bir namizədə verilən mənfi səs digər namizəd üçün müsbət hesab edilir.
Bu misala nəzər salaq: 3 namizəd eyni yer uğrunda yarışır. Pozitiv və neqativ səsvermə sistemləri əsasında iki səsvermə nəticəsi verilmişdir. Göstəricilər 100 faizlik sistem üzərindən əks edilmişdir.
Namizəd | Partiya | Səslər |
---|---|---|
A | I partiya | 40% |
B | II partiya | 30% |
C | III partiya | 30% |
Namizədlər | A seçiciləri | B seçiciləri | C seçiciləri | Xalis nəticə |
---|---|---|---|---|
A | +40 | +15 | 0 | +55 |
B | 0 | 0 | 0 | 0 |
C | 0 | +15 | +30 | +45 |
Namizədlər | A seçiciləri | B seçiciləri | C seçiciləri | Xalis nəticə |
---|---|---|---|---|
A | +40 | −15 | −30 | −5 |
B | 0 | 0 | 0 | 0 |
C | 0 | −15 | 0 | -15 |
Pozitiv səsvermənin seçki nəticələri: A-nın seçiciləri 40 faizlik gösətrici ilə aşkar üstün vəziyyətdədir. B-nin seçiciləri öz namizədlərinin şanslarından əmin deyillər. Ona görə də onun seçicilərinin yarisi A-a, yarısı isə C-ə səs verir. Nəticədə A 55 faiz, C 45 faiz, B isə 0 faiz səs toplayır. Seçkinin qalibi isə A olur.
Neqativ səsvermənin seçki nəticələri: A seçiciləri 40 faizlik göstərici ilə yenə də açıq aşkar üstün tərəfdir. B seçiciləri isə özləri tərəfindən ən az sevilən namizədə neqativ səs verirlər, çünki bu neqativ səslər digər iki namizədə pozitiv səslər olaraq qeyd edilir. C seçiciləri A əleyhinə neqativ səs vermək qərarına gəlirlər. Çünki oxşar nəticələrə sahibdirlər. Nəticədə B 0 göstərici ilə qalib gəlir. A namizədinin 40 faizlik səsi neqativ səslər hesabına silinərək −5 faiz olur, o, −45 faizlik səsləri B və C seçiciləri tərəfindən slır. C namizədi isə seçkini −15 faiz göstərici ilə bitirir.
Nümayəndəli səsvermə
[redaktə | mənbəni redaktə et]Bu səsvermə sistemində qeydiyyatda olan seçici öz səsvermə hüququnu digər seçiciyə və ya elektorata qanuni yolla ötürə bilər.
Anti-səsvermə
[redaktə | mənbəni redaktə et]Cənubi Afrikada kasib əhali tərəfindən yürüdülən üclü anti-səsvermə kompaniyası mövcuddur. Onlar bunu onunla əsaslandırırlar ki, heç bir siyasi partiya həqiqətən onları təmsil etmir. Bu kompaniya ölkənin gündəminə çox təsir etmişdir. Bu kompaniya Cənubi Afrikada bu günə qədər keçirilmiş kompaniyalar içində ən böyük 3 kompaniyadan biridir.[6][7]
Digər bu yöndəki sosial hərəkatlarda da oxşar səbəblər olmuşdur. Bunlara misal olaraq Zapatista Mili Azadlıq Ordusunu və müxtəlif anarxist hərəkatları göstərmək olar.
Səsvemə və informasiya
[redaktə | mənbəni redaktə et]Müasir siyasi elmlər orta hallı vətəndaşın səs verə bilmək üçün yetərli informasiyaya sahib olub-olmamasını sorğulayır. Miçiqan Universitetindən 1950 və 1960-cı illərdə aparılan seriya araşdırmalardan sonra bu qənaətə gəlmişdilər ki, seçicilər səs verə bilmək üçün lazım olan bilik və informasiyaya sahib deyillər. Onlar gündəmdəki məsələlər, ideoloji fərqləri və ideoloji dilemmaları yetəri qədər dərk edə bilmirlər.[8]
Digər bəzi inistitutlar tərəfindən aparılmış araşdırmalara görə seçicilərin bir şəxsə səs verməsinə səbəb olan şeylərdən ən əsası onun fiziki görünüşüdür.[9][10]
Dini görüşlər
[redaktə | mənbəni redaktə et]Kristadelfianlar, Yehovanın Şahidləri, Amişlər, Rastafari hərəkatı, Yayveh Assambleyası və s. dini qruplar səsvermə vasitəsilə siyasətə qarışmağı qadağan edir.[11][12] Bütün yəhudi məzhəblərindən hahamlar isə səsverməni təbliğ edir, hətta bəzilərinə görə səsvermələrdə iştirak dini məcburiyyətdir.[13]
Mitinqlər və toplantılar
[redaktə | mənbəni redaktə et]İnsanlar hamının razılaşdığı qərarı verə bilməyəndə, qərara gəlməyin ən sülhpərvər yolu səsvermədir. Səsvermə hüququ bəzən bəzi şəxslərə aid edilmir. buna misal olaraq cəmiyyətin bəzi üzvlərini, bəzi klub üzvlərini və ya şirkətin səhmdarlarını göstərmək olar. Lakin səsvermə yolu ilə məmurları seçmək, qanunları qəbul etmək, dəyişdirmək olar. Hakimlər komitəsi səsvermə ilə son qərar verə bilər, dostlar və ya bir ailənin üzvləri səsvermə vasitəsilə hansı filmin izlənəcəyini müəyyən edə bilər.
Seçkinin əsası
[redaktə | mənbəni redaktə et]General Henry M. Robertin "Rules of Order" kitabına əsasən parlamentar prosedürda səsvermənin qəbul edilməsinin 2 elementi mövcuddur. I-i seçicilərin faiz göstəriciləridir. Bu göstəricilərdən hər hansısa bir şeyin qəbulunda, ləğvində, bir şəxsin hansısa vəzifəyə seçilməsində v s. məsələlərdə istifadə edilir. Yəni, Henry Robertə görə seçilmək üçün ümümi səslərin yarısından çoxunu, 2/3-ni, 3/4-nü toplamaq lazımdır. II-i isə müraciət edənlərin sayı (yəni üzvlərin sayı və səs verənlərin sayı).[14]
Səsvermənin nəticəsi sadəcə daha çox səs yığanın qalib gəlməsi ilə də ola bilər. Həmçinin, səs birliyi ilə, rəsmi səsvermə keçirilmədən də hansısa nəticəyə gəlmək olar.
Deliberativ assambleyalarda səsvermə metodları
[redaktə | mənbəni redaktə et]Qərar qəbul etmək üçün özlərinin daxili qaydaları olan deliberativ assambleyalarda hər hansısa şey barədə qərar qəbul etmək üçün səsvermədən istifadə edilir. Yəni, müəyyən təklif bir qrup və ya şəxs tərəfindən təklif edilir və digərləri tərəfindən müəyyən qaydalara və üsula əsaslanaraq səsverməyə qoyuralaraq ya qəbul edilir, ya da rədd edilir. Müxtəlif strukturlarda müxtəlif səsvermə sistemləri mövcuddur. Səslər isə bülletenlə, sözlə, əl qaldırmaqla və s. yollarla verilir. Assambleya qanunvericilik təşəbbüsü ilə çıxış edərək səsvermə sistemini dəyişdirə bilər. Qanunverici orqanların müxtəlif səsvermə metodları vardır.
Səsvermə metodları
[redaktə | mənbəni redaktə et]Sənəd əsaslı səsvermə
[redaktə | mənbəni redaktə et]Ən geniş yayılmış səsvermə metodu sənəd və ya kağız üzərində seçicinin öz fikrini əks etdirməsidir. Bu zaman seçici dəstəklədiyi namizədin və ya partiyanın adını həmin sənədə və ya kağıza qeyd etməli ya da həmin namizədin (partiyanın) yanından işarə qoymalıdır. Əgər adlar yoxdursa onda dəstəklədiyi namizədin adını ora yazmalıdır. Alternativ sənəd əsaslı səsvermə sistemi vardır. Bu sistemdən İsraildə və Latviyada istifadə edilir.
Maşın səsverməsi
[redaktə | mənbəni redaktə et]Maşın səsverməsində səsvermə maşınlarından istifadə olunur. Bu maşınlar əllə idarə olunan və ya elektronik ola bilər. Belə səsvermə metodundan Braziliyada istifadə olunur. Beləki seçici səs verərkən ekrana gələn namizədinin şəklinin üstünə klikləyir və ona səs verir.[15]
Onlayn səsvermə
[redaktə | mənbəni redaktə et]Bəzi ölkələrdə onlayn formada səs verməyə icazə verilir. Bunu ilk tətbiq edən ölkələrdən biri Estoniyadır. Bu üsuldan ilk dəfə 2005-ci ildə məhəlli seçkilərdə istifadə olunmuşdur.[16]
Poçt səsverməsi
[redaktə | mənbəni redaktə et]Bəzi ölkələrdə müxtəlif növ səsvermələrdə poçt vasitəsilə səsvermələrdə iştirak edilməsinə icazə verilir. Bu üsulda səsvermə vərəqələri poçt vasitəsilə göndərilir və qəbul edilir.
Açıq bülleten
[redaktə | mənbəni redaktə et]Gizli səsvermənin əksinə olaraq aıq bülleten səsverməsində səsvermə açıq şkildə keçirilir və kimə və ya nəyə səs verildiyi əl qaldırılması yolu ilə bildirilir. Bu üsuldan İsveçrədə istifadə edilir və Landsgemeinde sistemi adlandırılır. Bu üsuldan hələ də İsveçrənin Appenzell İnnerhoden, Qlarus, Qrisons və Şvis kantonlarında istifadə edilir.
Digər metodlar
[redaktə | mənbəni redaktə et]Qambiyada səsvermələrdə mərmər lövhələrdən istifadə olunur. Bu üsuldan ilk dəfə 1965-ci ildə istifadə edilmişdir və insanların oxuma-yazma bacarığının çox aşağı olmasına görə istifadəyə verilmişdir.[17] Səsvermə məntəqələrində seçicilərə üzərində namizədlərin şəkli və partiyanın simvolu olan lövhə verilir. Seçici istədiyi namizədin lövhəsini səsvermə qutusuna saldığı zaman səs çıxır. Bu o deməkdir ki, səsvermə qeydə alındı. Bu səsvermələrdə qarışıqlığa mane olmaq üçün seçki məntəqələri yaxınlığında velosiped sürmək qadağan edilir. Əgər lövhələr səsvermə qutusuna salınmaq əvəzinə üstünə qoyularsa həmin səs keçərsiz hesab edilir.[18]
Oxşar sistemdən sosial klublarda da istifadə edilir. Orada nəsə səsverməyə qoyulanda razı olanlar ağ top, əleyhinə olanlar isə qara top qaldırır. Bu "blackballing" termininin yaranmasına səbəb olmuşdur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ R.M.Qarayev. Azərbaycanca - Rusca - İngiliscə Hüquq Lüğəti. Bakı. 2013. səh. 270.
- ↑ "Voting - GOV.UK" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ Mark Fey. May’s Theorem with an Infinite Population (PDF). Department of Political Science University of Rochester. 2002.
- ↑ Bruno S. Frey et Claudia Frey Marti. L'approche économique. Presses polytechniques et universitaires romandes. 2013. ISBN 978-2-88915-010-6.
- ↑ "Twitter adds feature for users to report content that misleads voters" (ing. ). 19 iyun tarixində arxivləşdirilib.
- ↑ "The 'No Land, No House, No Vote' campaign still on for 2009" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "IndyMedia Presents: No Land! No House! No Vote!" (ing. ). 2014-03-06 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Lupia and McCubbins: The Democratic Dilemma" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ Kesten C. Greene və J. Scott Armstrong and Randall J. Jones, Jr., and Malcolm Wright (2010). 'Predicting Elections from Politicians' Faces. 2010.
- ↑ Andreas Graefe & J. Scott Armstrong. Predicting Elections from Biographical Information about Candidates. 2010.
- ↑ JACOB LEIBENLUFT. "Why Don't Jehovah's Witnesses Vote?" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "Statement of Doctrine" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "Ask the Rabbis // Voting" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ Henry M. Robert. Rules of Order. Philadelphia: PA: Da Capo Press. 2011. səh. 402. ISBN 978-0-306-82020-5.
- ↑ "Making their mark" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "Voting methods in Estonia: Statistics about Internet Voting in Estonia" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "Gambians vote with their marbles" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- ↑ "Gambia election: Voters use marbles to choose president" (ing. ). 2019-06-19 tarixində orijinalından arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- A history of voting in the United States from the Smithsonian Institution.
- A New Nation Votes: American Elections Returns 1787–1825 Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine
- Can I Vote?—a nonpartisan US resource for registering to vote and finding your polling place from the National Association of Secretaries of State.
- Kanada Sivilizasiya Muzeyi — Kanadada səsvermə tarixi.
- Kisholm, Hyu, redaktorVote // Britannika Ensiklopediyası. 28 (XI). Cambridge University Press. 1911. 216–217. Qədim Yunanıstanın səsvermə tarixi barədə.]