Səlhab Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səlhab Məmmədov
Doğum tarixi 4 yanvar 1943(1943-01-04) (81 yaş)
Doğum yeri
Uşaqları
Fəaliyyəti heykəltaraş, rəssam
Janr heykəltaraşlıq
Tanınmış işi
Mükafatları "Şərəf" ordeni — 2017 "Şöhrət" ordeni — 2012
"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlhab (Salxab) İsa oğlu Məmmədov (4 yanvar 1943, Nuxa) — Azərbaycan rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2006).

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Səlhab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!" (1969, Panno "İnturist" binasının ön tərəfindədir), "İnturist" binasının interyeri üçün hazırlanmış "Şərq motivləri" silsiləsi, metalda işlənmiş "Şərq melodiyası", "İçəri şəhər", "Qarabağ melodiyaları" kimi pannolar, "Bakı-Neft şəhəri" mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan" mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər" dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq" relyefi, Azadlıq rəmzi" və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı" abidəsinin, Roma şəhərindəki "Villa Borghese" parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq" abidəsinin həmmüəlifidir. Səlhab Məmmədov "Təsviri incəsənətdə rəsm", "Rəsm sənəti" kimi maraqlı elmi əsərlərin müəllifidir.[1]

Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.[1]

Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.[1]

Səlhab Məmmədovun yaradıcılığı milli bədii ənənələrin ən mühüm xətlərini kəsişməsinə, real mühitin dərk edilmiş, düşünülmüş təsvirinə və bədii axtarışların müasirliyinə əsaslanır. Monumental saxsı, panno, vitraj və nəqqaşlıq əsərləri Məmmədovun geniş bədii düşüncə dairəsinin nümunəsidir. Onun bədii yaradıcılığı milli mövzu və mənbələrlə bağlıdır. Abşeron küləyi əsərində arxa planda Xəzərin qaralmış, şahə qalxmış dalğaları fonunda, çiçəkləyən ağacı ilə baş-başa qalmış, keçmişdən bir xatirəyə dönmüş, tənha bir ev təsvir olunmuşdur[2].

Xurşudbanu Natəvan,ağ mərmər,Evian,Fransa

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
"Düşüncələrimiz və istəklərimiz" 2017, bürünc, Cenevrə, İsveçrə
Azərbaycan və Polşa arasında dostluq abidəsi. Gnezno, Polşa
kinorejissor Rasim Ocaqovun xatirə lövhəsi, Bakı, Azərbaycan
Nizami Gəncəvinin heykəli, travertin, qranit, bürünc, 2012, Roma, İtaliya

Seçilmiş əsərlərin və sərgilərin siyahısı

[redaktə | mənbəni redaktə et]
  • 2017 — Düşüncələr və arzular, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 25 illiyi münasibətilə hədiyyə edilmişdir, Cenevrə, İsveçrə
  • 2016 — Xurşidbanu Natəvanın heykəli, ağ mərmər, Evian, Fransa
  • 2016 — Məhsəti Gəncəvinin heykəli, ağ mərmər, Konyak 2016, Fransa
  • 2014 — Çiçəklənmə, bürünc, 2014 il, Avropa Şurası, Strasburq, Fransa
  • 2012 — Roma şəhərinin mərkəzində Villa Borgeze parkında Nizami Gəncəvinin heykəli, travertin, tunc, qranit (Əli İbadullayevlə birgə)
  • 2012 — Polşanın qədim paytaxtı Gnezdo şəhərində Azərbaycan-Polşa arasındakı dostluq münasibətlərinə həsr olunmuş, üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş monumenti qoyulmuşdur (Əli İbadullayevlə birgə)
  • 2011 — Berlin şəhərində ucaldılmış Xocalı faciəsinə həsr olunmuş "Xocalı" memorial abidə, tunc (Ə.İbadullayev, A.Əsgərov, İ.Ehrari ilə birgə)
  • 2011 — "Marriott-Abşeron" mehmanxanasının girişi önündə və eyvanında ucaldılan 3 "Alov" kompozisiyası, bürünc (Əli İbadullayevlə birgə)
  • 2010 — Budapeşt şəhərində Macarıstanın tanınmış ictimai xadimi Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsi (A.Əsgərovla birgə)
  • 2010 — Nizami kinoteatrı üçün 4 "Dərviş maskaları" kompozisiyası, latun, boz qranit (Əli İbadullayevlə birgə)
  • 2009 — Fərman Salmanovun heykəli, tunc, Xantı-Mansiysk şəhəri, Rusiya (Ə.İbadullayev, C.Qadirovla birgə)
  • 2008 — Xırdalan şəhərində Böyük Vətən müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin heykəli, bürünc, qranit (A.Əsgərovla birgə)
  • 2008 — Milli Məclisin binasının dəhlizində qoyulmuş Heydər Əliyevin abidəsi, qranit (A.Əsgərovla birgə)
  • 2008 — "Muğam" teatrının qarşısında muğam mövzusunda 7 kompozisiya: "Cahargah", "Şüştər", "Şur", "Humayun", "Bayatı-şıraz", "Rast", "Seygah", latun, Bakı (Əli İbadullayevla birgə)
  • 2008 — Azərbaycanın tarixi abidələri, qobelen, Ali Məhkəmənin binası, Bakı, (Ə. Yusubovla birgə)
  • 2007 — Misirin paytaxtı Qahirə şəhərində Heydər Əliyevin heykəli, bürünc, qranit (Akif Əsgərov, Natiq Əliyevlə birgə)
  • 2007 — Xırdalan şəhərində Əliağa Vahidin heykəli, bürünc, qranit (Akif Əsgərovla birgə)
  • 2006 — Xırdalan şəhərində Heydər Əliyevin parkında Heydər Əliyevin heykəli, bürünc, qranit (A.Əsgərov, Ə.İbadullayev ilə birgə)
  • 2005 — Şamaxı şəhərində Heydər Əliyevin heykəli, bürünc, qranit, (A.Əsgərovla birgə)
  • 2004 — "Tarazlıq" kompozisiyası, vitraj, Konsitusiya məhkəməsinin foyesi, Bakı
  • 1998 — "Azərbaycan tarixi", metal, mis, qravirovka, döymə, mina, 70x70 sm. Azərbaycan Respublikası adından Moskvanın meriyasına hədiyyə
  • 1997 — Beynəlxalq sərgi, Böyük şəhər bələdiyyəsi, İstanbul
  • — Respublika təsviri sənət sərgisi, Bakı
  • 1996 — Nizami Gəncəvinin "Xəmsə" toplusuna həsr olunmuş 16 keramik relyef kompozisiyası ilin ən yaxşı əsəri nominasiyasında "Humay" mükafatına layıq görülüb
  • 1995 — "Bakı motivləri", 6 vitraj, rəngli şüşə, mis, ağac, 350x180 sm, Hyatt Regency Hotel, Bakı
  • 1990 — "Mənim Azərbaycanım", 6 kompozisiya, mis, oyma, döymə, Düsseldorf, Almaniya
  • 1984 — Oslo şəhərində keçirilən sərginin baş rəssamı, Norveç
  • 1980–1982 illərdə Azərbaycan Tarix muzeyində yeni bədii ekspozisiyanın tərtibatı. Bir neçə tarixi mövzuda pannoların müəllifi və ekspozisiya tərtibatın baş rəssamı E.Əhmədov və A.Mehdiyevlə birgə
  • 1980 — N.Gəncəvinin 840 illik yubileyi ilə bağlı tərtibatlar və bədii ekspozisiya tərtibatının baş rəssamı, Moskva İttifaqlar Evinin Sütunlu salonu
  • 1971 — "Qobustan nağılları", 16 kompozisiya, döymə, mis, latun
  • 1971 — "Azərbaycan", dekorativ kompozisiya, mis, oyma, mina, Y.Qaqarin adına park, Moskva, (E.Əhmədov və A.Mehdiyevlə birgə)
  • 1971 — "Birgə ailədə", ÜİXTNS-nin Azərbaycan pavilyonu, Moskva
  • 1971 — Beynəlxalq sərgilərin tərtibatlarında baş rəssam, Riqa, Tokio, İzmir, Tallin
  • 1969 — "Bakıya xoş gəlmişsiniz", dekorativ keramik panno, 4×6 m, "İnturist" binasının fasadı, (E.Əhmədovla birgə)
  1. 1 2 3 "Məmmədov Salxab". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  2. "Əsrlərin qovuşağında: Səlhab Məmmədov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  3. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  4. "S. İ. Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 dekabr 2017. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  5. "S. İ. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 19 dekabr 2012. 2013-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  6. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 17 iyun 2008. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  7. S.İ.Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine