Söyün Sadıqov
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Söyün Sadıqov | |
---|---|
azərb. Söyün Qasım oğlu Sadıqov rus. Союн Касым оглы Садыков | |
Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, politoloq |
Dini | İslam |
Hərbi xidmət | |
Qoşun növü | SSRİ DİN-nin Daxili qoşunları[d] |
Rütbəsi | starşina[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Sadıqov Söyün Qasımoviç (Qasım oğlu) (5 mart 1960, Qardabani) — İqtisad elmləri namizədi, biznesmen, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti
Həyatı
[redaktə | mənbəni redaktə et]Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.
Karyerası
[redaktə | mənbəni redaktə et]1980–1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib[1]. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb[2].
Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.
Sui-qəsd cəhdi
[redaktə | mənbəni redaktə et]2005-ci ilin martında S. Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb. Sadıqov sifarişçinin onun çoxdandır münaqişədə olduğu qonşusu ola biləcəyinə dair istintaqa ifadə verib.
Putinə sədaqəti
[redaktə | mənbəni redaktə et]S. Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını "zombiləşdirib və dezinformasiya içərisində saxlayır". Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki, Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Şəxsi bioqrafiyasından:". 2012-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
- ↑ "Söyün Sadıqov: "Bakıda yeni tikilən binaların 90 %-i sökülməlidir"". 2013-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
- 5 martda doğulanlar
- 1960-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Qardabanidə doğulanlar
- Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının məzunları
- Elmlər namizədləri
- "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Rusiyanın fəxri inşaatçıları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı alimlər