Rixard Kruspe
Rixard Kruspe | |
---|---|
alm. Richard Zven Kruspe | |
Ümumi məlumatlar | |
Doğum adı | Sven Kruspe |
Doğum tarixi | 24 iyun 1967[1] (57 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | gitaraçı, müğənni, bəstəkar, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 1985-ci ildən |
Janrlar | Neue Deutsche Härte[d], indastrial-metal |
Musiqi alətləri | gitara |
Səs tembri | bariton |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Rixard Kruspe — alman musiqiçisi və gitaristi.
Erkən həyatı
[redaktə | mənbəni redaktə et]Richard Kruspe Vittenberqedə (ADR) anadan olmuşdur. İki böyük bacısı və bir böyük qardaşı vardır — Gordon Kruspe. Hələ uşaq ikən valideynləri boşanır. Anası yenidən evlənir, ancaq o , ögey atası ilə uzun müddət qala bilmir və onlar Veizen kəndinə köçməli olurlar.Ögey atası ilə olan pis münasibətlərə görə, Kruspe yeniyetməlik vaxtında tez-tez evdən qaçır və park skamyalarında yatır. Daha sonra o, qəzəbini yönəltməsi üçün güləşlə məşğul olmağı bir yol seçir.
16 yaşındaykən Kruspe dostları ilə Çexoslovakiyaya gedir və oradan gitara alır. İlk əvvəl onu satmağı planlaşdırır, çünki gitaralar çox baha idi və düşünürdü ki, yaxşı gəlir əldə edə bilər. Daha sonra Almaniyaya qayıdır. Düşərgə ətrafında bir qız Kruspe gözləyərkən ondan gitara çalmağı xahiş edir. O isə qıza ifa edə bilmədiyini deyir, amma qız israr edir . Kruspe bundan çılğınlaşır və simləri dınqıldatmağa başlayır.Bu barədə Rixard belə deyir :"Qız olduğundan da artıq həyəcanlı idi. Həmin gün nəsə başıma dəydi və mən anladım ki, qızların gitara çalan oğlanlardan xoşu gəlir." Bu ona gitara çalma marağını artırır,nəticədə, o növbəti iki il ərzində hər gün, hər gecə gitara ifa edir.
Karyerası
[redaktə | mənbəni redaktə et]1989-cu ildə Rixard öz məmləkətində olan cansız musiqi səhnəsindən sıxılır. Şərqi Berlinə köçərək Lixener Strase-də yaşayır və bütün gününü musiqiyə sərf edir.[2] Rixard iki il bina evində yaşayır və burada musiqi bəstələyir.Ancaq o burada kimsəni tanımırdı. Kruspeyə görə kimsəsiz vaxtı idi və bundan musiqini kəşf etmək üçün yararlanırdı.
10 oktyabr 1989-cu il, Berlin divarının yıxılmasından öncə, Rixard metrodan çıxarkən özünü siyasi nümayişin ortasına görür. Başından vurularaq həbsə atılır və 6 gün həbsdə saxlanılır. Həbsdən çıxdıqdan sonra o, Doğu Almaniyanı tərk etmək qərarına gəlir.Macarıstan tərəfdən Almaniyaya keçir.Berlin divarının yıxılmasından sonra Şərqi Berlinə geri dönür.
1994-cü ildə Rixardın musiqinin yeni tərzini yaratmaq istədiyi yeni qrupu olan Rammsteini qurur. O yeni qrupun axtarışınaykən ilk qrupu olan "Orgasm Death gimmick"i tərk etmişdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Kruspe 1999-cu il oktyabrın 29-da Cənubi Afrika aktrisası Caron Bernsteinlə evlənir. Hətta Kruspe bunun üçün musiqi bəstələmişdi. O, evlilikləri boyunca Richard Kruspe-Bernstein adını götürür. 2001-ci ildə o Berlindən Nyu- Yorka to xanımı Karonun yanında yaşamaq üçün köçür . 2004-cü ildə ayrılırlar. Boşanma başa çatan kimi Kruspe əvvəlki adına qayıtdı. 2011-ci ildə Nyu Yorku tərk edir: "həyatımın geri qalanı üçün bura düzgün mühit deyil" deyərək Berlinə qayıdır.[3]
Bir qızı var, Khira Li Lindemann (d. 28 fevral 1991). Onun soyadı "Lindemann"dır. Çünki anasının keçmiş əri Till Lindeman olmuşdur. Khira-nın anası boşanarkən "Lindemann" soyadını saxlamışdı. Daha sonra, onun və Kruspenin Khira adlı qızları dünyaya gəlir. Oğlu Merlin Esra Besson 1992-ci ildə dekabrın 10-da anadan olmuşdur.
Kruspenin ikini qızı və üçüncü övladı Maxime Alaska Bossieux-dur. Sentyabrın 28 2011-ci ildə anadan olmuşdur. Anası Margaux Bossieux-dur.Keçmiş həyat yoldaşı Caron-la boşanma səbəblərindən biri də Rixardın vaxtilə ən yaxın dostu Margaux-la yaxın əlaqələri olmuşdur.[4] Bossieux Emigrate albomunun səsyazmasında da iştirak edib.
İngilis dilində səlis danşır və Emigrate qrupuna görə bu dildə ifa edir. AC/DC və Kiss fanatı olmuşdur
Albomları
[redaktə | mənbəni redaktə et]Rammstein ilə
[redaktə | mənbəni redaktə et]- Herzeleid (Motor Music, 25 sentyabr 1995).
- Sehnsucht (Motor Music, Slash, 22 avqust 1997).
- Mutter (Motor Music, 2 aprel 2001).
- Reise, reise (Motor Music, Republic Records, 27 sentyabr 2004).
- Rosenrot (Universal, 28 oktyabr 2005).
- Liebe ist für alle da (Universal, Vagrant, 16 oktyabr 2009).
Emigrate ilə
[redaktə | mənbəni redaktə et]- Emigrate (Motor Music, 31 avqust 2007)
- Silent So Long (2014)
Gitaraları
[redaktə | mənbəni redaktə et]- ESP RZK-1
- ESP RZK-2
- ESP KH-2
- ESP KH-4
- ESP 901
- ESP AKUDZUKUN
- ESP Eclipse I СТМ
- LTD EC-1000
- TAKAMINE EF3415C
- ESP TRUCKSTER(Emigrate
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Deutsche Nationalbibliothek Record #135479258 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Richard Z. Kruspe's Biography". Last.fm. 2012. 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2013.
- ↑ "Rammstein Interview". The Gauntlet. 2011. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
- ↑ "Richard Kruspe Dating History". Whosdatedwho.com. 2010. 25 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2013.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Emigrate-in rəsmi saytı Arxivləşdirilib 2013-04-06 at the Wayback Machine (ing.)
- www.motormusic.de/motormusic/artists/motor_music_artists/emigrate Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine (alm.)
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |