Rifaə Təhtavi
Rifaə Təhtavi | |
---|---|
ərəb. رفاعة رافع الطهطاوي | |
Doğum tarixi | 15 oktyabr 1801[1][2] |
Vəfat tarixi | 27 may 1873[1][2] (71 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, jurnalist, arxeoloq, tarixçi, filosof, iqtisadçı, yazıçı, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي; 15 oktyabr 1801[1][2] – 27 may 1873[1][2], Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu.
Fəlsəfəsi
[redaktə | vikimətni redaktə et]İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Кирпиченко В.Н., Сафронов В.В. История египетской литературы XIX-XX веков в 2-х тт., т. 1, с. 57-71, 73-75, 158-160;
- Крачковский И.Ю., Избр. соч., т. 3, М.—Л., 1956, с. 367—374;
- Кахарова Н., Путешествие в Париж Рифаа ат-Тахтави, Душанбе, 1968;
- Левин З.И., Развитие основных течений общественно-политической мысли в Сирии и Египте, М., 1972;
- Наджар Х., Рифаат ат-Тахтави, Каир, 1966: El Tahtawi Fatny, Petit aperçu historique de la vie et de l’oeuvre de Rifaah EI-Tahtawi, Le Caire, 1958.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |