Riçard Stoun
Riçard Stoun | |
---|---|
ing. John Richard Nicholas Stone | |
Doğum tarixi | |
Doğum yeri | London Birləşmiş Krallıq |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Kembric Birləşmiş Krallıq |
Vəfat səbəbi | ağciyər iltihabı |
Milliyyəti | Birləşmiş Krallıq |
Elm sahəsi | İqtisadiyyat |
İş yeri | Kembric Universiteti |
Təhsili |
|
Tanınır | Milli gəlir hesabları, Giriş-çıxış modelləri, İqtisadi böyümə |
Üzvlüyü | |
Mükafatları | 1984 İqtisadiyyat üzrə Nobel mükafatı |
Riçard Stoun (ing. John Richard Nicholas Stone) (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Riçard Stoun Kembric Universitetinin Qonville və Kayus kollecində oxumuş və 1936-cı ildə məzun olmuşdu. Sonra II Dünya müharibəsi başlayana qədər Londonda tanınmış Lloyds sığorta şirkətində sığorta brokeri olaraq fəaliyyət göstərmişdi. Müharibə dövründə dövlət məmuru kimi statistik və iqtisadçı olaraq işləmişdi. Bu müddət ərzində tanınmış iqtisadçı Ceyms Midlə birlikdə ikili yazılışlı mühasibat hesabına əsaslanan rəsmi Milli gəlir və xərcləmə statistikasını təkmilləşdirib 1941-ci ildə nəşr etdirdilər. Riçard Stoun müharibədən sonra 1945-1955-ci illərdə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsini qurdu və bu bölmənin direktoru olaraq işlədi. Eyni zamanda həmin universitetdə maliyyə və mühasibat professoru olaraq işləmiş və 1980-ci ildən sonra təqaüdə fəxri professor olaraq çıxdıqdan sonra da akademik fəaliyyətinə davam etdi.
Riçard Stoun 1984-cü ildə iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyi üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Riçard Stoun bəzən milli gəlir mühasibat sisteminin atası hesab olunur. Bundan başqa Riçard Stoun istehlakçı tələb statistikasını, riyazi tələb modelləri, iqtisadi böyümə və giriş-çıxış modelləri ilə bağlı çox önəmli nəzəri tədqiqatlar aparmış, kitablar və məqalələr yazmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- 1944 - Milli gəlir və xərclər.
- 1954 - İstehlakçıların qiymətləndirilməsi: Birləşmiş Krallıqda xərclər və davranış, (1920-1938). (Ceyms Midlə birlikdə)
- 1966 - Sosial elmlərdə riyaziyyat və başqa esselər.
- 1970 - İqtisadiyyatın riyazi modelləri və başqa esselər.
- 1971 - Demoqrafik mühasibat uçotu və model qurma.
- 1975 - Müşahidələrin tənzimlənməsinə birbaşa və dolayı maneələr.
- 1980 - Stasionarlığa meylli sadə böyümə prosesi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Riçard Stoun haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Riçard Stoun haqqında faktlar
- Riçard Stounun İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 30 avqustda doğulanlar
- 1913-cü ildə doğulanlar
- 78 yaşında vəfat edənlər
- 6 dekabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Kembric Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları