Reyhan Camalova
Reyhan Camalova | |
---|---|
Reyhan Rauf qızı Camalova | |
| |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rauf Camalov |
Milliyyəti | azərbaycanlı[1] |
Təhsili | Gənclik İstək Liseyi |
Fəaliyyəti | 2017 — |
Mükafatları | ClimateLaunchpad Azərbaycan 2017 - "Auditoriyanın Favorit Startapı" |
Vikianbarda əlaqəli mediafayllar |
Reyhan Rauf qızı Camalova (17 noyabr 2002, Quba) — Azərbaycanlı ixtiraçı.
O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.[2] 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A. Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Reyhan Camalova 2017-ci ildə "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının məzunudur və məhz "ClimateLaunchpad" proqramı çərçivəsində öz "Rainergy" layihəsinə start verərək proqramın dəstəyi ilə öz layihəsini inkişaf etdirmişdir. 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad" startap akselerasiya proqramına öz "Rainergy" layihəsi ilə qatılıb. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır.[2] "Rainergy" layihəsi "ClimateLaunchpad" 2017 proqramının Azərbaycan finalında ən yaxşı 3 startap arasına girə bilməsə də, "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən "Yeni Fikir" müsabiqəsinin finalında iştirak edib.[4]
Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib.[5][6][7] Reyhan Camalova həmçinin bildirib ki, "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifi alıb.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Yeni Avaz TV. "Reyhan Camalova: "Ən böyük məqsədim Nobel mükafatı qazanmaqdır"" (az.). Youtube.com. 29.01.2019. İstifadə tarixi: 2019-01-29.
- ↑ 1 2 "REYHAN CAMALOVA AZƏRBAYCANI DÜNYADA TANIDIB". cbc.az. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
- ↑ "Azərbaycanlı 9-cu sinif şagirdi Reyhan Camalova "Forbes"in siyahısında". www.bbc.com. www.bbc.com. 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2018.
- ↑ 1 2 "Trampın qızının heyran qaldığı Reyhan Camalova kimdir?". 2018-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
- ↑ "Azerbaijan teen girl is CEO of company converting rainwater into electricity". www.tribuneindia.com. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
- ↑ "Energy from rainwater, a 15-year-old's innovation". www.thehindubusinessline.com. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
- ↑ 1 2 "Reyhan Camalova: "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifi almışıq". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.