Republic P-47 Thunderbolt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Republic P-47 Thunderbolt
Tipi Döyüşçü-bombardmançı təyyarə
İstehsalçı Buffalo
İlk uçuş 6 may 1941
İstismara verilmə tarixi 1942
İstimarının bitmə tarixi 1966
İstismarçılar
Buraxılış sayı 15.686
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

P-47 Thunderbolt, ABŞ istehsalı olan İkinci Dünya müharibəsi dövrünün qırıcı-bombardmançı təyyarəsidir.

Bolşeviklərdən qaçan iki gürcü, Alexander de Seversky və Alexander Kartveli tərəfindən hazırlanmışdır. P-47 böyük və kobud bir təyyarədir. Ən əhəmiyyətli xüsusiyyəti möhkəmliyi və yaxşı sürətidir. Su ilə vurulan mühərrikləri var. MüttəfiqlərSovetlər tərəfindən müharibə zamanı istifadə edilmişdir. İlk uçuşunu 6 may 1941 -ci ildə etmiş və cəmi 15677 ədəd istehsal edilmişdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin hərbi yardımı çərçivəsində Türkiyəyə ümumilikdə 180 ədəd P-47D gətirilmişdir. Bütün təyyarələr 1948 -ci ildə gətirilmişdir və 9, 5 və 8 -ci Hava Alaylarında yerləşdirilmişdirlər. 1951-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən təşkil edilməsi nəticəsində, “Hava Bazaları” (Hava Üssü — HÜ) sisteminə keçildikdən sonra, P-47-lər 5-ci Hava Bazasının 151/152 eskadronlarında, 8-ci Hava Bazasının 181/182 eskadronlarında və 9-cu Hava Bazasının 191/192 eskadronlarında xidmət etmişdirlər. Reaktiv təyyarələr dövrünə keçid təyyarələri sayıla bilən bu təyyarələrin ömrü çox qısa olmuşdur. 1952-ci ildən başlayaraq F-84G hərbi təyyarələri ilə əvəz olunmağa başlanmışdırlar. Son P-47D 1954-cü ildə xidmətdən çıxarılmışdır.