Rasmus Lerdorf
RASMUS LERDORF | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Danimarka |
Təhsili | |
Fəaliyyəti | informatik |
lerdorf.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rasmus Lerdorf (ing. Rasmus Lerdorf; d. 22 noyabr 1968) — danimarkalı proqramçı. Kanadada yaşayır. PHP dilinin yaradıcısı. Hazırda Yahooda işləyir.
Lerdorf istifadəçilərin statistikasını aparmaq üçün Perl/CGI-də skript dəsti hazırlayıb və onu Personal Home Page (PHP) adlandırıb. Dilin istehsalçısının sözlərinə görə, PHP-nin ilk versiyası sözün əsl mənasında işgüzar görüşlər arasında, bir gün ərzində yazılıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rasmus Lerdorf 22 noyabr 1968-ci ildə Qrenlandiyada dünyaya gəlib.
1988-ci ildən 1993-cü ilə qədər Kanadada Vaterloo Universitetində texniki layihələndirmə sistemləri ixtisası üzrə bakalavr təhsili alıb.
Lerdorf hələ universitetdə oxuyan zaman ixtisaslaşdırılmış proqramların qrafik interfeyslərini hazırlayaraq müxtəlif korporasiyalarda işləyir. Təhsilini bitirdikdən sonra “Informática Nutec” şirkətində UNIX/DOS proqramçıları qrupuna qoşulur və Nutec Desktop interfeysinin hazırlanmasında iştirak edir. 1994-cü ildə Lerdorf Toronto Internet Service Provider üçün qrafik interfeysi yaradır. Daha sonra, həmin il, Rasmus Lerdorf Lerdorf “Consultants Inc.” özəl şirkətini yaradır.
Məlumdur ki, artıq o zaman çətin vizual redaktorlardan istifadə etmədən müxtəlif veb-məsələlər üçün interfeyslərin yaradılması texnologiyasının sadələşdirilməsi üzrə ideyalar mövcud idi. Nəticədə, 1990-cı illərin ortalarında ümumdünya şəbəkəsində Lerdorfun yazdığı “PHP-Tools for Personal Home Page” adlandırılmış skript meydana çıxdı. Bu, veb səhifənin ziyarət statistikanı toplayırdı. Məhz onu PHP mənşəyinin başlanğıcı hesab etmək olar. Skript açıq koda malik idi və Rasmus Lerdorf istifadəçilərin cavablarını yığırdı, şərhləri və səhvləri emal edirdi, şəxsi hazırlamanı genişləndirir və yaxşılaşdırdı.
Lerdorf PHP hazırlamasını və şəxsi firmanın işlərini icra etməklə yanaşı, 1996-99-cu illərdə həllərin internet-biznesini tətbiq etməklə məşğul olan Bell Global Solutions şirkəti ilə əməkdaşlıq edirdi. O, 1999-cu ildən "IBM Corporation"da işləməyə başlayır. Bir il sonra o, Linuxcare Inc şirkətində çalışır. Həmin vaxta qədər Rasmus Lerdorf eyni zamanda Apache HTTP Server hazırlamasının qrup üzvü və Apache Software Foundation-un direktorlar şurasının üzvü idi.
Lerdorf tələbələrə internetə çıxış verən dial-up sisteminin yaradılması ilə bağlı Toronto Universiteti ilə müqavilə bağlayır. Tələb inzibati veb interfeysin hazırlamasını və IBM meynfreymində saxlanılmış universitet kitabxana sisteminə tələbələrin giriş imkanlarını daxil edirdi. Lazım idi ki, kitabxananın administratorları tələbələrə internetə aparılmış ödənişlər əsasında giriş verə bilsinlər ki, bu informasiya real vaxt məlumat bazasında yenilənsin.
Lerdorf 2002-ci ildən 2009-cu ilədək Yahoo şirkətində çalışıb. 2010-cu ildə, o, API-nın inkişaf etdirilməsi məqsədilə WePay-ə qoşulub. 2011-ci boyunca o, startups üzrə məsləhətçi kimi çalışıb. Ötən il Etsy, bu ilin iyununda isə yeni texnologiyaların yaradılması üzrə baş məsləhətçi kimi Jelastic şirkətində işləyir.
Məlumat üçün bildirək ki, R.Lerdorf 2003-cü ildə dünyanın 100 ən yaxşı ixtiraçısından biri kimi “MİT Technology Review TR100” seçilib. O, PHP dili üzrə 15-dən artıq kitabın müəllifidir.
Lerdorfun 25 platformada işləyə bilən proqramlaşdırma dili
[redaktə | mənbəni redaktə et]1995-ci il ortasında PHP sintaktis analizatoru C dilinə köçürdüldü. Bundan başqa, Lerdorf HTML kodda yerləşdirmə üçün teqlərin bir hissəni yaratdı. Bu teqlər “Form Interpreters"” (formaların şərhçiləri) adlandırıldı.
O zaman veb-səhifələr və məlumat bazaları üçün “calama” alətləri mövcud deyildi. Buna görə Lerdorf nisbi məlumat bazalarına lazım olan veb-saytların hazırlamasını asanlaşdırmaq üçün PHP-da mSQL məlumat bazası dəstəyini əlavə etdi.
Lerdorf PHP-nin PHP/FI adlandırılan ikinci versiyasını 1996-cı ildə təqdim etdi. PHP/FI-in 1996-cı ilin sonunda təqribən 15,000 veb-saytda təxminən istifadə olunurdu, 1997-ci il ortasında sayı 50,000-i ötmüşdü.
Qeyd edək ki, əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır.
PHP demək olar ki, hər platformada işləyə bilir. PHP eyni kod əsasını istifadə etdiyi üçün, UNIX, Windows və Mac OS daxil olmaqla 25 platformada yığılıb qurula bilər. Kodlar eyni olduğundan skript platformadan müstəqil olaraq çalışacaq.
PHP, fayl uzantısı ala bilməkdədir. Tətbiqin içərisində iştirak edən nüvə mühərrik, bir sıra sadə kod modullarından və kod uzantılarından ibarətdir. Buna görə də proqramçılara PHP uzadılmaları yaradaraq bəzi xüsusi əməliyyatlarını edə bilmələri üçün iki variant təqdim edilir; ya uzantı modullarını yazaraq tətbiq oluna bilən bir toplu etmək, ya da PHP-nin dinamik yükləmə mexanizmi yüklənə tətbiq oluna uzatmalar yaratmaq.
PHP bir çox HTTP server interfeysi saxlayır. PHP apache-yə, AOL serverə, Roxen və THTTPD-yə birbaşa yüklənə bilir. Alternativ olaraq CGI modulu olaraq da istifadə edilə bilər.
PHP bir çox məlumat bazası interfeysi saxlayır. PHP, MySQL, MS SQL, Oracle, Informix, PostgreSQL və digərləri birbaşa işləyə bilir. Bunlar ikili ədəd formasındakı interfeyslərdən ibarətdir və bu həllər üçün verilənlər bazasının dəstəklənmədiyi yerlərdə ODBC dəstəyi təmin edir.
Hazırda 244 milyon istifadəçisi olan proqramlaşdırma dili
[redaktə | mənbəni redaktə et]PHP elastik bir dildir, sürətli olaraq çətin saytlar hazırlana bilər. Açıq kod (OpenSource) olan dil könüllü istifadəçilər tərəfindən inkişaf etdirilir. Qeyd edək ki, Open Source-un tərəfdarı olaraq, Lerdorf hər gün PHP-nin bir çox proqramçıları ilə əlaqə saxlayır. Dili öyrənmək üçün mənbə tapmaq asandır. Müxtəlif istifadəçilər tərəfindən yazılmış çox sayda sinifləri və kitabxanaları var. Zəif tərəflərinə gəldikdə interpretasiya olunan bir dildir, bu da proqramın gec işləməsi ilə nəticələnir. Dil səviyyəsində yazılmış funksiyalar üçün xüsusi bir konvensiya yoxdur.
Netcraft analitik şirkətinin məlumatına əsasən, hazırda PHP proqramlaşdırma dili vasitəsilə yaradılan saytların sayı 244 milyonu ötüb. Onlar 1995-ci ildən etibarən saytlar üzərində nəzarət həyata keçirirlər, lakin 2004-cü ildən PHP ilə yaradılan saytların sayının kəskin artdığını qeydə alıblar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 29 (776), 2 avqust 2013, səh. 27. (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |