Ram-Ki
Ram-Ki | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 6 m[1] |
Əhalisi |
|
Yerləşməsi | |
23°40′56″ şm. e. 74°52′08″ q. u.HGYO | |
Ölkə | |
|
Ram-Ki (ing. Rum Cay — Baham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]San Salvador adasından 32 kilometr (20 mil) cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən 37 metr (121 ft) yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir. Odur ki, indiki dövrdə əsas məşğuliyyət ada turizmdir. "Mərzlər" adlanan plantasiya sərhədləri adanın hər yerində görünə bilər. Bu plantasiyalar XIX əsrin əvvəllərinə, loyalistlərin orada məskunlaşdığı vaxta təsadüf edir. İndi demək olar ki, bütün ada sakinləri Port-Nelson kəndində yaşayır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Adanın şimalında lukayan təsvirləri və yazıları olan bir mağara var. Hindilərin yarasa nəcisi ilə mayalandırdıqları adanın münbit torpağında kəndlilər aravak dövrünə aid müxtəlif əşyalar tapmışlar.