Radionun tarixi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Radionun tarixi — radiodalğalardan istifadə etməyə imkan verən cihazların tarixi ilə əlaqədardır. Bir sıra alimlər öz nəzəri və praktiki bilikləri ilə bu sahənin inkişafına xidmət etmişlər. Radionun inkişafı naqilsiz teleqrafın kəşfindən sonra başlamışdır. Daha sonralar əsasən radioyayım məsələləri daha çox müzakirə edilmişdir.
Qısa xülasə
[redaktə | vikimətni redaktə et]Radionun kəşfi
[redaktə | vikimətni redaktə et]1830-cü illərdə naqilsiz rabitə ideyası üzrə təcrübələrin aparılması radionun kəşf edilməsində mühüm rol oynamışdır. Ceyms Maksvell nəzəri və riyazi üsullarla elektromaqnit dalğalarının fəzada sərbəst şəkildə yayıldığını 1864-cü ildə sübut etdi. Ehtimal edilir ki, elektromaqnit dalğaları vasitəsilə siqnalların ötürülməsi ilk dəfə David Hyuza tərəfindən 1880-ci illərdə sınaqdan keçirilmişdir. Lakin həmin dövrdə bu təcrübələr induksiya kimi dəyərləndirilirdi.
Alman fizik Rudolf Herz 1886-ci ildə sübut etdi ki, elektrik cərəyanın sürətli dəyişməsi radiodalğaların fəzada yayılmasını təmin edə bilər.
"Herz" dalğalarının kəşf edilməsindən sonra bir sıra alimlər həmin dalğalar vasitəsilə rabitə sistemlərinin yaradılması üzərində işlərə başladılar. Maksvell göstərdi ki, işıq və elektromaqnit dalğaları eyni olmaqla, müxtəlif dalğa uzunluqlarındadır.
1892-ci ildə ingilis fiziki Uilyam Kruks Herz dalğaları əsasında naqilsiz teleqrafın müxtəlif variantları barədə yazmışdır. Amos Dolbi, Oliver Loc, Recinald Fessenden və A.S.Popov elektromaqnit dalğalarının ötürülməsi və qəbulu üzrə nəzəriyyələrin hazırlanmasında iştirak etmişlər.
İlk dəgə Gilyermo Markoni 1894-cü ildən etibarən bir neçə il ərzində ilk naqilsiz teleqraf sistemini istifadəyə verdi.
Markoni radionun hərbi məqsədlərlə istifadə edilə biləcəyini nümayiş etdirdi.