Quzugüdən (Sərdarabad)
Kənd | |
Quzugedən | |
---|---|
40°04′ şm. e. 44°04′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 855 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3][4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur[5]. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır"[6]. Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında[5], Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında[7] qeyd edilmişdir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi[8] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur. Əsli Quzu-Kutan. Kənd qışlaq yerində quzuları saxlamaq üçün tikilmiş kutan əsasında yaranmışdır.[9]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və burada 1828–30-cu illərdə Türkiyənin Alaşkert, Sürməli, Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir[5]. XIX əsrin ortalarından əhalisi qarışıq kənd idi. 1886-cı ilə aid mə'lumata görə kənddə Azərbaycan türkləri və ermənilər yaşayırdılar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
- ↑ Садраддин Али Ал-Хусайна. Ахбар ад-даулат ас-Селджукиййа. Ииздание текста, перевод, введение, примечания и приложения З.М. Буниятова. М., 1980. .
- ↑ 1 2 3 Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.228
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.70
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.146
- ↑ Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.275
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гузуҝүдән // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Budaqov B.Ə. Türk uluslarının yеr yaddaşı. Bakı “Еlm”: Bakı, 1994. .
- ↑ Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985. .