Qustav Radde
Qustav Radde | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qdansk, Prussiya krallığı |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Tiflis, Rusiya İmperiyası |
Elm sahələri | coğrafiya, zoologiya, botanika |
İş yeri | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Canlı təbiətin sistematiki | ||
---|---|---|
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Radde.». Bu cür taksonlar IPNI saytında Şəxsi səhifə IPNI saytında Tədqiqatçı, zoologiya taksonlarını təsnif edən. Taksonlarda müəllifliyi qısaca bu cür göstərilir: «Radde».
|
Qustav Radde (15 (27) noyabr 1831[1], Qdansk[2] – 3 (16) mart 1903[2], Tiflis[3]) — alman təbiətşünası və tədqiqatçısı. Radde yarpaqgüdəni və bir neçə başqa növ onun adını daşıyır.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Radde Qdansk şəhərində bir məktəb müdirinin ailəsində dünyaya gəlib. O, karyerasına əczaçı kimi başlayıb. Erkən yaşlarında alman entomologist Anton Mengedən təsirləndi və getdikcə təbiət tarixi ilə maraqlanmağa başladı və 1852-ci ildə karyerasını dayandırdı və iki il Krımda botanik Xristian fon Stevenlə birlikdə həm bitkiləri, həm də heyvanları topladı. Daha sonra İohann Fridrix fon Brandt və Karl Ernst fon Ber ilə Rusiya imperiyasının cənubuna daha çox səfər etdi. 1855-ci ildə astronom Lüdviq Şvarsın rəhbərlik etdiyi Şərqi Sibir Ekspedisiyasına botanik və zooloq kimi qoşuldu.
1864-cü ildə Tiflisdə məskunlaşdı. Həmin il o, Elbrus dağının ətrafındakı bölgəni tədqiq etdi. O, bir çox bitki toplamaqla yanaşı, yerli tayfaların dillərini, mahnılarını və adət-ənənələrini qeyd etmişdir. Öz kəşflərini nümayiş etdirmək üçün Tbilisidə Qafqaz muzeyi və kitabxana yaratdı. Onun toplayıcı ekspedisiyalarına Qara dəniz sahili boyunca və Xəzər dənizinin qərb sahilindən Aşxabada səfərlər daxildir. 1890-cı ildə Qarabağ bölgəsini ziyarət edərək, Şuşa, Cəbrayıl, Meğri, Ordubad, Gədəbəy kimi şəhərləri gəzmiş, Hüseyn ağa Cavanşir, Əbdülsəməd bəy Cavanşir, Edmund Raytter və Hans Leder kimi şəxslərlə görüşməklə yanaşı Tatev monastırı və Məmmədbəyli türbəsini tədqiq etmişdir. 1895-ci ildə Qafqaz canişini Mixail Nikolayeviç Romanov ilə birlikdə Hindistan və Yaponiyaya getdi və iki il sonra o, Rusiya imperator ailəsinin üzvlərinin Şimali Afrikaya səfərində rəsmi təbiətşünas oldu.
Eponimlər
[redaktə | mənbəni redaktə et]Onun adını daşıyan heyvanlar arasında Radde yarpaqgüdəni[4] və Radde çərənçisi (Aladöş çərənçi)[4] kimi quşlar, monqol qurbağası[5](Pseudepidalea raddei), Azərbaycan kərtənkələsi[6] (Darevskia raddei), Radde girdəbaşı[6] (Phrynocephalus raddei), və Radde dağ gürzəsi[6] kimi sürünənlər var.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Reisen im Süden von Ost-Sibirien in den Jahren 1855–59 ("1855–59-cu illərdə Şərqi Sibirin cənubuna səyahət," 1862–1863)
- Vier Vorträge über den Kaukasus ("Qafqaz haqqında dörd esse," 1874)
- Die Chews'uren und ihr Land ("Xevsurlar və torpaqarı," 1878)
- Ornis Caucasica. Die Vogelwelt des Kaukasus ("Ornis Caucasica. Qafqazın quşlar dünyası," 1884)
- Bericht über die im Sommer 1890 im russischen Karabagh ("1890-cı ilin yayında Rusiya Qarabağından hesabat")
- Das Ostufer des Pontus ("Pontusun şərq sahili," 1894)
- Die Sammlungen des kaukasischen Museums ("Qafqaz muzeyi kolleksiyası")
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #116322055 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Радде Густав Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Beolens, Bo; Watkins, Michael (2003). Whose Bird? Common Bird Names and the People They Commemorate. New Haven: Yale University Press. 400 pp. ISBN 978-0-300-10359-5. ("Radde", p. 280).
- ↑ Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2013). The Eponym Dictionary of Amphibians. Exeter, England; Pelagic Publishing Ltd. xiii + 262 pp. ISBN 978-1-907807-41-1. ("Radde", p. 175).
- ↑ 1 2 3 Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. ISBN 978-1-4214-0135-5. ("Radde", p. 215).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 27 noyabrda doğulanlar
- 1831-ci ildə doğulanlar
- 71 yaşında vəfat edənlər
- 15 martda vəfat edənlər
- 1903-cü ildə vəfat edənlər
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Botanika taksonlarının müəllifləri
- Zoologiya taksonlarının müəllifləri
- Qdanskda doğulanlar
- 16 martda vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Alman alimlər