Quntis Ulmanis
Quntis Ulmanis | |
---|---|
latış. Guntis Ulmanis | |
8 İyul 1993 – 8 İyul 1999 | |
Əvvəlki | Anatoli Qorbunov (s.i.) |
Sonrakı | Vayra Viqe-Freyberqa |
6 İyul 1993 – 8 İyul 1993 | |
2 Noyabr 2010 – 17 Sentyabr 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1939[1] (85 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], iqtisadçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939[1], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub.[2] Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir.[2] Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib.[2] Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb.[2]
Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib.[2] 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.[2]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu. Quntis Ulmanis 1965-ci ildə Kommunist Partiyasının sıralarına üzv oldu, 1989-cu ildə isə həmin partiyadan ayrıldı.
Quntis Ulmanis 1993-cü il iyulun 7-də baş tutan Prezident seçimlərinə yeganə namizəd oldu. Kəndçi İttifaqının namizədi olan Quntis Ulmanisin lehinə 53, əlehinə isə 26 deputat səs verdi. Səsvermənin nəticələrinə əsasən Quntis Ulmanis üç il müddətinə Latviya Respublikasının Prezidenti seçildi. Onun andiçmə mərasimi iyulun 8-də baş tutdu. O, dövlət müstəqilliyinin bərpa edən Müstəqil Latviya Respublikasının ilk Prezidenti oldu.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Quntis Ulmanis Ayna Ulmane ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Təltifləri
[redaktə | mənbəni redaktə et]Latviya təltifləri
[redaktə | mənbəni redaktə et]Xarici təltiflər
[redaktə | mənbəni redaktə et]- Almaniya : "Almaniya qarşısında xidmətlərə görə" ordeni
- Birləşmiş Krallıq : "Müqəddəs Mixail və Georgi" ordeni
- Danimarka : "Fil" ordeni
- Estoniya : "Mariya Torpağı Xaçı" ordeni
- Fransa : "Fəxri Legion" ordeni
- Finlandiya : "Ağ qızılgül" ordeni
- İslandiya : "İslandiya qızılquşu" ordeni
- İsveç : "Serafimlər" ordeni
- İtaliya : "İtaliya qarşısında xidmətlərə görə" ordeni
- Litva : "Müqəddəs Vitautas" ordeni
- Norveç : "Müqəddəs Olaf" ordeni
- Polşa : "Ağ qartal" ordeni
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Guntis Ulmanis // Munzinger Personen (alm.).
- ↑ 1 2 3 4 5 6 "Latviyanın 1-ci Prezidenti Quntis Ulmanisin bioqrafiyası (ing.)". www.president.lv (Latviya Prezidentinin rəsmi saytı). 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019-cu il.
- 13 sentyabrda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Riqada doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Latviya Universitetinin məzunları
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- "Müqəddəs Mixail və Georgi" ordeni ilə təltif edilənlər
- "Müqəddəs Olaf" ordeni kavalerləri
- Serafimlər ordeninin kavalerləri
- Fil ordeninin kavalerləri
- "Ağ qartal" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Latviya prezidentləri
- Latviya Seyminin V çağırış deputatları
- Latviya Seyminin X çağırış deputatları
- Latviya siyasətçiləri