Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar".
Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır.[1]
Digər fikirlər
[redaktə | mənbəni redaktə et]- "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar".
- "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar".
- "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar".[2][3][4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir. Onun tərəfindən səslənən "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar" fikir tarixə Qreşem Qanunu adı ilə həkk olundu.[5]
Qanun Qreşemin adını daşısa da, təsvir olunan fakt onun doğumundan təxminən iki min il əvvəl qeyd edilmişdir. Belə ki, eramızdan əvvəl V əsrdə "Qurbağalar" komediyasında Aristofan "pis" pulların "yaxşı" pulları sıxışdırma fenomenini qeyd etmişdir.[6] Bundan başqa bu fikirləri XII—XIII əsrlər İslam alimi İbn Teymiyyə, XIV əsr fransız filosofu Nikola Orem və həmçinin Nikolay Kopernikin əsərlərində rast gəlmək mümkündür.
Nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Qreşem qanunu pulları "yaxşı" və "pis"ə" bölür. "Yaxşı" dedikdə o pullar nəzərdə tutulur ki, onların qiyməti "daxili" dəyəri ya nominal dəyərdən, ya da dövriyyədə bərabər nominal dəyəri olan "pis" puldan yüksəkdir.
Gümüş və qızıl sikkələrin geniş istifadə olunduğu dövrdə bu qanun zəruri məna daşıyırdı. Belə ki, sikkələrin köhnə nominal dəyəri dəyişmədən onların tərkibindəki qiymətli metalların miqdarının azalanda, əvvəl buraxılmış sikkələr sürətlə istifadədən çıxırdılar. Bunun səbəbi insanların "pis" pullarla ödəniş edərək "yaxşı" pulları özlərində saxlamağa üstünlük verməsində idi.
Eyni zamanda, Qreşem qanunu yalnız "pis" və "yaxşı" pulların qanuni olaraq müəyyən edilmiş bərabər dəyəri olduqda ədalətli olur. Sərbəst bazarda, müəyyən nisbətdə mübadilə olunan iki müstəqil pul vahidi formalaşır. Bu məhdudiyyət Fridrix Hayek tərəfindən "Özəl pul" (1975) kitabında qeyd edilmişdir (ondan əvvəl bunu Mürrey Rotbard 1962-ci ildə məşhur "Dövlət və pul" kitabında etmişdir, Rotbarddan əvvəl isə Lüdviq fon Mizes 1912-ci ildə "The Theory of Money and Credit" əsərində qeyd etmişdir).
1999-cu il iqtisadiyyat üzrə Nobel mükafatı laureatçısı Robert Mandell Qreşem qanununu tamamladı, onun interpretasiyasında qanun belə səslənir: "Eyni qiymətə sahib olduqları təqdirdə, pis pullar yaxşı pulları dövriyyədən çıxardılar" (ing. Bad money drives out good if they exchange for the same price).[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Информационно-образовательный портал Phaeton". 2013-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ Ротбард, Мюррей. Государство и деньги. Как государство завладело денежной системой общества "Архивированная копия". 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
- ↑ "§ 1. Закон Грешема : Покупательная способность денег — Ирвинг Фишер: Учебники по экономике, финансам, менеджменту". 2018-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Генкин, Артём. Почему биткоины нужно не запрещать, а обложить налогом // РосБизнесКонсалтинг: Экономика. — 2014. — Выпуск от 10 октября". 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ ukr. Історія економічних учень. 1 (3-е). К.: Знання. Под ред. В. Д. Базилевича. 2007. 119. ISBN 966-346-149-7.
- ↑ Аристофан. Лягушки // Лисистрата. Библиотека античной литературы (4 000 nüs.). Харьков: Фолио. 2001. 358. ISBN 966-03-1037-4.
- ↑ Mundell, Robert. Uses and Abuses of Gresham's Law in the History of Money // Zagreb Journal of Economics . 2 (английский). № 2. 1998.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Хайек, Фридрих фон. Глава VI. Путаница вокруг закона Грэшема // Частные деньги / Пер. Б. Верпаховского под ред. Г. Г. Сапова [Авторы предисловия В. А. Найшуль, Г. Г. Сапов]. Б. М.: Баком. — 229 с. ISBN 5-900520-064.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nicolaus Copernicus: Monetae cudendae ratio Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine (ing.) (rus.)