Qibtilər
Qibtilər اقباط ⲛⲓⲣⲉⲙⲛ̀ⲭⲏⲙⲓ | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili |
Ərəb dili Qibti dili |
Dini | Xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Qibtilər (ərəb. أقباط; qibt. ⲛⲓⲣⲉⲙⲛ̀ⲭⲏⲙⲓ) — Misirdə yaşayan Xristianlıq dininə mənsub xalq.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Hut-ka-Ptah
|
Tarixi
[redaktə | vikimətni redaktə et]Dini baxımdan Qibtilərin tarixi ərzində baş vermiş ən önəmli hadisələrdən biri 416-cı ildə keçirilmiş IV Okuman kilsə məclis hesab edilir. Kilsə məclisi zamanı, Qibtilərin Xristianlıq tarixi və adətləri haqqında, digər məzhəblərlə fərqi düşüncələri olduğu məlum olur. Digər məzhəblər Qibtilərin heç bir kilsə məclisinə çağrılmamaları və onlarla bir yerdə ibadət edilməsinin qadağan edilməsi barədə təklif irəli sürürlər. Qısa zaman ərzində Qibtilərin Xristianlıq dininin əsas inancalarını şəxsi məqsədlərə görə dəyişdirilməsi adı ilə digər məzhəblər onlarla olan əlaqələrini kəsirlər. Bizans İmperiyası dövrü Qibtilər üçün ağır keçmişdir. Bizans İmperiyasının rəsmi məhzəbi katoliklik idi.
Həmin zamanlarda bu iki məhzəb arasında ciddi fərqlər vardı. Katoliklər Xristianlıq dinindən uzaqlaşdığına görə Qibtiləri kütləvi formada təqib etməyə başlayırlar. Sayları çox olmasada təxminən minə yaxın Qibtinin bu təqiblər zamanı həlak olduğu dini qaynaqlarda qeyd edilmişdir. Qibtilərlə Katoliklər arasında olan mənfi münasibət o qədər kəskin olmuşdur ki, hətta Ərəb Xilafəti ilə Bizans İmperiyası arasında baş vermiş müharibələr zamanı Qibtilər eyni dindən olan Katoliklərə heç bir yardım etməmişdilər.
Qibtilər 300 yüz il ərzində Ərəblərin rəhbərliyi altında yaşamışdılar. Tarixi mənbələrdə bu illərdə qibtilərin xilafət tərəfindən təziqə məruz qalmadıqları və sakit həyat tərzi keçirdikləri qeyd edilmişdir. Ərəblərlə olan normal münasibətlər Xaç yürüşləri zamanı pozulmuşdur. Ərəblər səlibçilərlə qibtilərin eyni dindən olduqlarını əsas qətirərək, onların əlbir fəaliyyət göstərdiklərini iddia etmişdilər. Qısa zaman ərzində Ərəbistan yarımadasında yaşayan Qibtilərə münasibət dəyişmişdir. Qibtilər iki əsrə yaxın Osmanlı İmperiyasının rəhbərliyi altında yaşamışlar, bu müddət ərzində Xristianlıq dinindən olduqları üçün vergiləri digər xalqlara nisbətən çox verdikləri məlumdur. Qibtilərin ilk dəfə olaraq dövlət orqanlarında fəaliyyət göstərməsidə Osmanlı İmperiyası zamanına təsadüf edir. Hal-hazırda dünyada 7 milyondan çox Qibti yaşayır.
Makedoniyalı İsgəndərin Misiri işğal etdiyi zamanlarda Qibtilər Misir əhalisinin bir qismini təşkil edirdilər. Qədim tarixə malik olan Qibti dili dilinin yaranması Qədim Misir zamanında baş vermişdir. Bu dilin yazılmasında yunan əlifbasında olan həriflərdən istifadə edilir. Tarixən Qibtilər dini inancalarına görə müxtəlif təziqlərə məruz qalmışlardır. Qibtilər Xristianlıq dinini qəbul etmələri, eramızın 46-cl ilində baş vermişdir. Roma İmperiyasının qoyduğu ağır vergiləri ödəyə bilmədikdə, Xristian təbliğatcısı Markın tərəfinə keçən, Qibtilər II və III əsrlərdə Roma İmperiyasının təzqilərinə məruz qalırlar. Qibtilərin dini görüşünün Xristianlıq olaraq bu günə qədər formalaşmasında, Konstantinin rolu böyükdür. Onun Xristianlıq dinini mühafizə etməsi və ölümünə yaxın özünündə bu dini qəbul etməsi, digər xristian təriqətləri kimi Qibtilərində Konstantin dövründə mövqeylərinin güclənməsinə səbəb olmuşdur.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- St Taklahimanot Coptic Orthodox Church – Egypt
- Coptic Museum Arxivləşdirilib 2006-04-14 at the Wayback Machine
- Egypt's Copts After Kosheh
- Egypt: Minorities and the State
- International Religious Freedom Report: Misir