Qatranlı likvidambar
Qatranlı likvidambar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qatranlı likvidambar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qatranlı likvidambar (lat. Liquidambar styraciflua) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin altingiyakimilər fəsiləsinin likvidambar cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Nyu-York ştatının cənub hissəsi, cənubda Floridanın mərkəzi hissəsi, Meksika körfəzinin şimal sahilinə və Şərqi Texasa qədər yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Qatranlı likvidambar hündürlüyü 20-35 m, gövdəsinin diametri 2 m-dək olan piramidal çətirli ağacdır.Qabığı boz-qonur, yarıqlıdır. Budaqları parlaq yaşıldan sarı-qonuradək müxtəlif çalarlıdır. Uc tumurcuğu iri, yaşıl və ya narıncı qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları əlvari-qanadlı, uzunluğu 7-25 sm, enli, kənarları xırda dişli, uzunluğu 6-10 sm olan saplaqda yerləşir. Yarpaqları 5-7 qanadlı, növbəlidir. Çiçəkləri birevli, xırda, az, qırmızı çalarlıdır. Dişi çiçəkləri saplaqda oturur və şarşəkilli başcıqla örtülmüşdür. Erkək çiçəkləri salxıma yığılmışdır. Bitki yazda çiçəkləyir. Meyvəsi iynəli, diametri 2,5-4 sm, çoxsaylı (20-50) qutucuqlardan ibarətdir. Hər qutucuqda 1-2 xırda toxumu vardır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Cənub bölgəsinin aşağı yaruslarda rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Turş, gillicəli və ya gilli torpaqda yaxşı bitir. Qələvili torpağı da sevir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Parlaq yarpaqlarına görə dekorativ bitki kimi becərilir. Balzamlı, sakitləşdirici və möhkəmləndirici vasitə hesab edilir. Vaxtilə Meksika imperatorlarının sarayında siqaret çəkmək üçün tütünlə qarışdırılaraq istifadə edilirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 999.