48°39′29″ şm. e. 65°45′10″ q. u.HGYO

Qaspe yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaspe yarımadası
en/Gaspé Peninsula
Kosmosdan görünüşü
Kosmosdan görünüşü
Ümumi məlumatlar
Sahəsi 31.075,36 km²
Yerləşməsi
48°39′29″ şm. e. 65°45′10″ q. u.HGYO
Ölkə  Kanada
Qaspe yarımadası xəritədə
Qaspe yarımadası
Qaspe yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaspe yarımadası (ing. Gaspé Peninsula) və ya Qaspesiya yarımadası — Müqəddəs Lavrenti çayının cənub sahilindən Kanadanın Kvebek əyalətində yerləşən Matapedia dərəsinə qədər uzanan, Müqəddəs Lavrenti körfəzi ilə əlaqələnən yarımada. Yarımada Nyu Brunsvikdən Şalor körfəzi və Restiquş çayı vasitəsilə ayrılır.

"Qaspe" sözü miqmaq dilindəki "gaspeg" sözündən gəlir və mənası "torpağın sonu"dur. Başqa bir versiyaya görə yarımada adını bask dilindəki "gerizpe" ("sığınacaq") sözündən götürüb.[1]

Yarımadanın sahəsi Belçikanın sahəsindən bir qədər böyükdür: 31.075 km2. 2011-ci ilə aparılan siyahıalmaya görə Qaspedə 140.599 nəfər yaşayır.[2]

Qaspenin bayrağı.

Yarımadanın şimal sahilində, Müqəddəs Lavrenti çayı boyunca sıldırım qayalar üstünlük təşkil edir.[3] Müqəddəs Lavrenti körfəzinə çıxan Kap Qaspe uçurumu yarımadanın ən şərq nöqtəsidir. Təbii tağ tərəfindən dəlinmiş kiçik ada olan Pers qayası yarımadanın sadəcə şərq sahilindən aralıda yerləşir. Yarımadanın daxili nahamardır. Şimala doğru uzanan və Appalaç dağlarının davamı olan Çik-Çoks dağlarında yarımadanın ən hündür nöqtəsi olan Cek-Karter zirvəsi yerləşir (1.268 metr).

1.151 metr hündürlüyə malik Albert dağı Çik-Çoks dağlarının digər hündür zirvəsidir.[4][5] Albert dağının yoxuşluğunun üstəsindən gəlmək müşküldür, amma Müqəddsə Lavrentinin və Kot Norun mənzərəsinə, çayın şimal sahilinə, Kanada qalxanına görə turistlərin diqqətini çəkir.

Daxili hissələri

[redaktə | mənbəni redaktə et]

Yarımadanın daxili hissələrinin çoxunu Appalaç dağlarının ardı — Notr Dam dağlarının hissəsi olan Çik-Çok dağları təşkil edir.

Dəniz səviyyəsindən 660 metr yüksəklikdə yerləşən Merdokvill şəhərinin maraqlı tarixi var və burada bir neçə külək turbinini görmək mümkündür. Şəhər 198-ci yolla yarımadanın şimal sahili əlaqələnir. 198-ci yol boyunca yarımadanın şərqindəki Qaspe şəhərinə qədər York çayı axır.

  1. According to Quebec's Commission de toponymie
  2. Statistics Canada Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine Population and dwelling counts, for Canada, provinces and territories, and economic regions, 2011 and 2006 censuses - 100% data
  3. Fernald, M.L. "Botanizing on the Gaspé sea-cliffs". Harvard Alumni Bulletin. 36. 1932: 1–7.
  4. Gouvernement du Québec. "Mont Albert" (French). Commission de toponymie. 2011. 14 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Jan 2011.
  5. Scoggan, H.J. The Flora of Bic and the Gaspé Peninsula, Quebec. Ottawa, Canada: National Museum of Canada. 1950. 399.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]