39°50′54″ şm. e. 44°58′42″ ş. u.HGYO

Qaraxaç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Qaraxaç
39°50′54″ şm. e. 44°58′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831[1]
Sahəsi
  • 41,94 km²
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 478 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraxaç xəritədə
Qaraxaç
Qaraxaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraxaçİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[3]

Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə [6] xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur.

Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].

1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.

1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır[9].

1918-ci ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər.Qaraxaçda ermənilərlə yanaşı 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[9].

1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.98
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s. 119
  6. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.80-81
  7. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.555-556
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.156
  9. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157