Qaraciyər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaraciyər
Qaraciyər preparatı (qoyun):(1) sağ pay, (2) sol pay, (3) quyruqlu pay, (4) kvadrat paz, (5) qaraciyər arteriyası və qapı venası, (6) Qaraciyər limfa düyünləri, (7) öd kisəsi.
Qaraciyər preparatı (qoyun):(1) sağ pay, (2) sol pay, (3) quyruqlu pay, (4) kvadrat paz, (5) qaraciyər arteriyası və qapı venası, (6) Qaraciyər limfa düyünləri, (7) öd kisəsi.
İnsanda qaraciyərin ön tərəfdən yerləşmə proyeksiyası
İnsanda qaraciyərin ön tərəfdən yerləşmə proyeksiyası
Latınca Jecur
Yunanca Hepar
İltihabı Hepatitis
Qrey subyekt 250 1188
Sistem Həzm
Arteriya Qaraciyərin xüsusi arteriyası – lat. art. hepatica propria
Vena Qapı venasılat. vena portae
Sinir Sol azan siniri – lat. n vagus sinister,
Günəş kələfindən (lat. plexus celiacus) ayrılan qaraciyər kələfi – lat. plexus hepaticus
Limfa lat. nodi lymphatici mediastinales posteriores et phrenici,
lat. nodi lymphatici hepatici et celiaci,
lat. nodi lymphatici gastrici dextri
Embrional Proenteron
MeSH Liver
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qaraciyər toxuması
Paycıqlar
Çoxguşəli ulduz şəkilli Kupfer hüceyrələri
Portal triada – Qlisson üçlüyü

Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.

Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat. pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və sol). Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae deyilir.

Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

Qaraciyər mürəkkəb borulu vəzilərdən olub, bir çox paycıqlardan – lat. lobuli hepatis ibarətdir. Paycıqları təşkil edən atmalar qaraciyər epitel hüceyrələrindən əmələ gəlmişdir. Qaraciyər paycıqları şəkilcə çoxbucaqlı olub, bir-biri ilə birləşdirici toxuma vasitəsilə birləşmişdir. Paycıqların daxilində retikulyar liflərdən təşkil olunmuş tor vardır; bu liflər, ehtimal ki, qaraciyər kapillyarları endotelinin törəmələridir. Həmin endotel faqositoz vəzifəsinə malik ulduzabənzər (Kupfer adlanan) hüceyrələrdən ibarətdir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazım gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin parçalanması, bağırsaqlarda yağların parçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Seqmentar quruluşu

[redaktə | mənbəni redaktə et]

Son zamanlar qaraciyərdə paylardan başqa seqment adlanan daha kiçicik hissələr ayırd edilir. Seqment (embrioloji yox) həndəsi bir anlayış olub qaraciyərin qapı venasının böyük bir şaxəsinə və bunu müşayiət edən qaraciyər arteriyası şaxələrinə və öd axacaqlarına müvafiq bir hissəsinə deyilir. Qaraciyər seqmentlərinin miqdarı çox müxtəlif olur, odur ki, başqa-başqa müəlliflər müxtəlif rəqəmlər göstərir. Əgər müəlliflər qaraciyərdə dörd – ön, dal, içəri və bayır seqment – lat. segmentum anterius, posterius, mediale et laterale qeyd edirlər. Ön seqment qaraciyərin sağ payının diafraqma səthinin ön və yuxarı hissələrini, dal seqment – həmin səthin dal hissəsini və sağ payın visseral səthini, içəri seqment – kvadrat və quyruqlu payları və bayır seqment- bütün sol payı tutur.

Qaraciyərin damar və sinirləri

[redaktə | mənbəni redaktə et]

Qaraciyərə qan iki damar ilə gəlir: qaraciyərin xüsusi arteriyası – lat. art. hepatica propriaqapı venasılat. vena portea. Art. hepatica propria qaraciyərin ümumi arteriyasından başlayaraq iki şaxəyə bölünür: lat. ramus dexter et sinister. Sağ şaxədən ödlüyə məxsus lat. art cystica gedir. Qaraciyərin xüsusi arteriyasının sağ və sol şaxələri sağ və sol paylara daxil olaraq, orada bir çox şaxələrə – lat. art-ae interlobulares (rami arteriosi interlobulares – BNA) bölünür; bu şaxələr qaraciyər parenximasını, birləşdirici toxumanı və seroz qişanı qidalandırır.

Seroz qişası və fiksasiya aparatı

[redaktə | mənbəni redaktə et]

Qaraciyərin xarici, arxa kənarından və üzərində olan şırımlardan başqa seroz qişalat. tunica seroza ilə örtülüdür. Bu qişa lat. tunica fibrosa (capsula fibrosa Glissoni – BNA) adlanan sərt birləşdirici toxuma qatı vasitəsilə qaraciyərə bitişmişdir. Seroz qişa olmayan nahiyyələrdə lifli qişa çox qalındır. Və qaraciyər qapısından qapı venasının şaxələri ilə bərabər qaraciyərə daxil olub onları müşayiət edir. Qaraciyərin seroz qişası diafraqmaya və qonşu üzvlərə keçdikdə bir neçə bağ əmələ gətirir:

  1. Qaraciyərin orağabənzər bağı – lat. ligamentum falciforme hepatis,
  2. Sağ və sol tac bağlar – lat. lig. coronarium hepatis dextrum et sinistrum,
  3. Sağ və sol üçbucaq bağlar – lat. lig. triangulare dextrum et sinistrum,
  4. Qaraciyər – böyrək bağı – lat. lig. hepatorenalis,
  5. Qaraciyər – mədə bağı – lat. lig. hepatogastricum,
  6. Qaraciyər – onikibarmaq bağırsaq bağı – lat. lig. hepatoduodenale,
  7. Qaraciyər – çənbər bağırsaq bağı – lat. lig. hepatocolicum.

Bunlardan üç əvvəlinciləri qaraciyəri diafraqmaya və yerdə qalanı mədəyə, onikibarmaq bağırsağa, sağ böyrəyə, çənbərbağırsağa təsbit edir. Tac bağlar ilə qaraciyər-böyrək bağı bir qatdan, başqaları isə iki qatdan əmələ gəlmişdir.

Qaraciyərin fiksasiya olunması: arxa kənarını diafraqmanın aşağı səthinə bitişdirən birləşdirici toxumadan, sıx surətdə öz şaxələri ilə qaraciyərin parenximasına birləşmiş aşağı boş venadan, qaraciyərin tac bağından, qarın basması təzyiqindən asılıdır.

Qaraciyər qarın boşluğunda yerləşmişdir. Sağ payı sağ qabırğaaltı nahiyəsini (lat. regio hypochondrica dextra) və qarınüstü nahiyəsini (lat. regio epigastrica) və sol payı sol qabırğaaltı nahiyəsini (lat. regio hypochondrica sinistra) tutur. Qaraciyərin yuxarı hüdudu sağ tərəfdə – lat. linea mamillaris et parosternalis üzərində – V qabırğa qığırdağının bərabərində, orta xətdə – lat. processus xiphoideus əsasında və sol tərəfdə – lat. linea parasternalis üzərində – VI qabırğa qığırdağı bərabərində olur. Beləliklə, qaraciyərin paylarının vəziyyəti diafraqma künbəzlərinə uyğundur və sağ pay sol paydan yuxarıdadır. Qaraciyərin yuxarı hüdudu arxada IX döş fəqərəsi bərabərinə, lat. linea paravertebralis dextra üzərində – IX qabırğaarası sahəyə və lat. linea axillaris media üzərində – VII qabırğaarası sahəyə uyğundur. Aşağı hüdudu arxada XI döş fəqərəsi bərabərindən başlayaraq, qabırğa qövsünün aşağı kənarı ilə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşən yerədək gedir; buradan yuxarı və sola qalxaraq, sol tərəfdə VIII vä VII qabırğa qığırdaqları bir-biri ilə birləşdiyi yerdə yuxarı hüduda keçir. Qadınlarda qaraciyər, ümumiyyətlə, bir az aşağı olur; qocalarda da bir qabırğa aşağı enir. tənəffüs və orqanizmin vəziyyəti qaraciyərin topoqrafiyasını dəyişdirir. Nəfəs alıb-verən zaman qaraciyər diafraqmanın hərəkətini təqib edir, belə ki, nəfəs aldıqda 2–3 sm aşağı enir və nəfəs verdikdə bir o qədər yuxarı qalxır. İnsan ayaq üstə durduğu və oturduğu zaman qaraciyər aşağı enir; uzandığı vəziyyətdə isə öz yerini tutur.

Qaraciyər bir çox qonşu üzvlərlə rabitədədir. Onun konsinstensiyası yumuşaq olduğu üçün hansı üzvə söykənirsə, o üzvün izi onun üzərində qalır və nəticədə aşağıdakı basıqlar əmələ gəlir:

  1. ürək basığı – lat. impressio cardiaca qaraciyərin sol payının diafraqma səthində;
  2. mədə basığı – lat. impressio gastrica sol payın visseral səthində olur və mədənin kiçik əyriliyi ilə ön səthinə məxsusdur;
  3. qida borusu basığı – lat. impressio esophagea sol boylama şırımın arxa ucunda yerləşir və qida borusunun qarın hissəsinə məxsusdur;
  4. mədə çıxacağı basığı – lat. impressio pylorica kvadrat payda olur;
  5. onikibarmaq bağırsaq basığı – lat. impressio duodenalis quyruqlu pay üzərində yerləşmişdir və onikibarmaq bağırsağın yuxarı ucuna məxsusdur;
  6. çənbər bağırsaq basığı – lat. impressio colica sağ payın visseral səthinin ön hissəsindədir və özü də çəmbər bağırsağın sağ əyriliyinə və köndələn çəmbər bağırsağın sağ ucuna məxsusdur;
  7. böyrək basığı – lat. impressio renalis çənbər bağırsaq basığından arxaya və sağ tərəfdə olur və sağ böyrəyə məxsusdur;
  8. böyrəküstü basıq – lat. impressio suprarenalis sağ payın visseral səthinin arxasında olur və sağ böyrəküstü vəziyə uyğundur.

Ödlük və öd axacaqları

[redaktə | mənbəni redaktə et]

Bax:Öd kisəsi

Qaraciyərin vəzifəsi

[redaktə | mənbəni redaktə et]

Qaraciyərin vəzifəsi çox müxtəlifdir. Birinci növbədə o, vəzi olduğu üçün məhsul – ödsidik cövhəri ifraz edir. Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. Bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir. Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.) Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur. Qaraciyəri toksinlərdən təmizləyən qidalar. Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır. NKPI. AZ AZƏRTAC-a istinadla qaraciyərin toksinlərdən təmizlənməsi prosesini sürətləndirən ərzaqların siyahısını təqdim edir. Su Təmiz içməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə — su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasının istəmirsinizsə, o zaman su için. Sarımsaq : Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar. Sarıkök Bu ədviyyatdan istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir. Limon: İlıq su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir. Alma : Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir. Çuğundur: Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir.

Qaraciyəri sağlam saxlamaq istəyirsinizsə, tez-tez bişmiş çuğundur yeyin. Çuğundurun qaraciyərə olan faydalı təsirini artırmaq üçün onu dilimləyib bir az sarıkök və istiot əlavə edin. Sarıkökdə olan kurkumin maddəsi qaraciyərdə iltihabı azaldır, istiot isə sarıkökün təsirini daha da artırır.

Avokado : Avokadonun tərkibindəki birləşmələr orqanizmi qaraciyər zədələnmələrindən yaxşı müdafiə edir. Xüsusən onlar orqanı zəhərli maddə olan qalaktozaminlə zədələnməkdən müdafiə edirlər. Keşniş : Bu göyərti orqanizmdən ağır metalları kənarlaşdırmaq xassəsinə malikdir. Ağır metalların təsirindən qaraciyərdə ciddi zədələr əmələ gəlir.

Bax: Öd

Qaraciyərin və ödlüyün inkişafı və variantları

[redaktə | mənbəni redaktə et]

Qaraciyər onikibarmaq bağırsağın ön divarından : entodermal epiteldən inkişaf edir. Onun mayası onikibarmaq bağırsağın ventral çözünün (müsariqəsinin) (lat. mesoduodenum ventrale) səfhələri arasına daxil olur. Qaraciyər inkişaf etdikcə onikibarmaq bağırsaqdan uzaqlaşır və onunla yalnız ümumi öd axacağı lat. ductus choledochus vasitəsilə rabitədə qalır. İlk dəfə qaraciyərin mayası onikibarmaq bağırsaq ilə qarnın ön divarı arasında intraperitoneal – periton daxili vəziyyətdə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq qaraciyər sağa və yuxarıya doğru yerini dəyişir. Arxa kənarında olan seroz qişasını itirərək mezoperitoneal vəziyyət alır. Öd kisəsi və onun axacağı ümumi öd axacağı divarından inkişaf edir.

Anamaliya variantları

[redaktə | mənbəni redaktə et]
  1. Qaraciyərin paylara bölünməsi və ya "əlavə qaraciyər";
  2. Qaraciyərin sağ qabırğa altında yerləşməsi;
  3. Öd kisəsinin zəif inkişaf etməsi;
  4. Qoşa öd kisəsinin olması;
  5. Öd kisəsinin arakəsmə fasitəsilə bölünməsi;
  6. Öd kisəsinin qaraciyərin sol payının visseral səthində yerləşməsi (bəzən öd kisəsiin dərində qaraciyər kütləsində ya da ön kənarından xeyli arxada yerləşməsi);
  7. Öd axacaqlarının miqdarının artması;

Yaş və fərdi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yaş xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3–4 dəfə artıq olur. Yetişmiş şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Topoqrafik cəhətcə ön kənarı lat. linea mamillaris dextra – sağ məmə xətti üzərində qabırğa qövsündən 2.6–3,8 sm aşağı çıxır, deləki qarın boşluğunun çox hissəsini tutmuş olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır.

Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir, sanki uzununa dartılmış olur; sonralar armud şəklini alır. 80% hallarda dibi qaraciyərinön kənarından xaricə çıxır.

Fərdi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qaraciyər paylarının ölçülərinin bir-birinə olan nisbətinə görə iki növə bölünür:

  1. Hipolobar qaraciyər: bu zaman sol pay sağdan kiçik olur.
  2. Hiperlobar qaraciyər: bu zaman sol pay sağ paya bərabər ya da ondan böyük olur.

Qaraciyərin peritondan azad olan arxa kənarı ya çox enli, bağlar qısa, qaraciyər qarın boşluğunun arxa divarına möhkəm bitişmiş ya da əksinə ensiz zolaq şəkində, bağlaq uzun və nəticədə qaraciyər zəif fiksasiya olunmuş olur. Melinikova görə qaraciyər iki cür yüksək və alşaq vəziyyətdə olur. Döş qəfəsinin aşağı dəliyi geniş və çanağı dar olan şəxslərdə qaraciyər yüksək vəziyyətdə, əksinə döş qəfəsi dəliyi dar və çanağı geniş olan şəxslərdə isə alçaq vəziyyətdə yerləşir. qaraciyər önə olan mailliyi dərəcəsinə görə iki: dorzopetal və ventropetal vəziyyətdə olur. Dorzopetal vəziyyətdə qaraciyərin aşağı kənarı qabırğa gövsündən yuxarı yerləşir və üzv dala çəkilmiş kimi görsənir. Ventropetal vəziyyətdə qaraciyərin aşağı kənarı aşağı sallanaraq qabırğa qövsündən xaricə çıxır və üzv önə çox mailli olur. Öd kisəsinin fprması Oqnevə görə silindrəbənzər, konusabənzər və ovalabənzər olur.

Xəstəlikləri

[redaktə | mənbəni redaktə et]