Qara qoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qara qoz
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qara qoz
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır. Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır, ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır. Yarpaqları təklələkvari, 7-12 cüt ovalşəkilli–neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcığın alt üzü seyrək tükcüklü, üstdən çılpaqdır. Bəzən təpə yarpaqcığı zəif inkişaf edir və tez düşür. Erkəkcikli sırğaların uzunluğu 6-15 sm-dir. Dişicikli çiçəklərin 3-5-i bir yerdə yerləşir. Meyvəsinin diametri 6 sm, kürəvaridir. Meyvəyanlığı açılmır, quruyub meyvəyə yapışır. Qabığı çətin sınandır. Toxumla, qələmlərlə çoxaldılır. Aprel-may aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.

Tez böyüyən, şaxtaya və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar ağacdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Lənkəranda, Gəncədə, Dağlıq Qarabağda, Zaqatalada, Abşeronda az-az hallarda tək-tək və ya kiçik qruplarda rast gəlinir.

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Gözəl çətirli, iri, dekorativ ağacdır. Mebel istehsalında istifadə olunur.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.