Qara Bayraq Ordusu
Naviqasiyaya keç
Axtarışa keç
Qara Bayraq Ordusu | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Qara Bayraq Ordusu (çin. ənən. 黑旗軍, sadə. 黑旗军, pinyin: Hēiqí Jūn, heytsi çzyun; kuan ko den (vyet. Quân cờ đen)) — 1865-ci ildə Annam vilayətinin (indiki Vyetnam) bir hissəsi olan Yuxarı Tonkin ilə Çinin Quansi vilayətinin sərhədini keçən və 1885-ci ilə qədər fəaliyyətini davam etdirən, əsasən çjuanlardan ibarət quldur birləşməsi. Onlar Vyetnam və Çin hakimiyyət orqanları ilə əməkdaşlıq edərək Fransa müstəmləkə qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Komandir Lyu Yunfu qara bayraqlardan istifadə etməyi üstün tutmuşdu, buna görə də bu ad verilmişdi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lung Chang [龍章], Yueh-nan yu Chung-fa chan-cheng [越南與中法戰爭, Vietnam and the Sino-French War] (Taipei, 1993)