Qara Şlyapa Brifinqləri
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır.
Məqsəd
[redaktə | mənbəni redaktə et]Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.