Qaraçorlu eli
Bu məqalə Qaraçorlu eli haqqındadır. Digər mənalar üçün Qaraçorlu səhifəsinə baxın. |
Yaşadığı ərazilər | ||||||
---|---|---|---|---|---|---|
| ||||||
Dili | ||||||
Azərbaycan dili | ||||||
Dini | ||||||
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri",[1] Pyer Oberlin,[2] Mehrdad İzadi[3] və Qiyasəddin Qeybullayev[4] onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib.[5] Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi.[6]
Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar.
Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır.[7]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qaradağ
[redaktə | mənbəni redaktə et]Türkmənçay sülhünə qədər Qaraçorlu eli Qarabağda yaşamaqda idi. Jouanninə görə, 1809-cu ildə onlar Azərbaycanda və Qarabağda, Kür ilə Araz çaylarının arasında yaşamaqda idilər. O, onların sayının 12 min nəfər olduğunu bildirir. 1805-ci və 1806-cı ildə Qacarları ziyarət etmiş Amedee Jaubert Qaraçorlu elini ən önəmli türkdilli və Qarabağda yaşayan tayfalardan biri kimi təqdim edir.[8][9][10]
İran ordu qeydlərinə əsasən bəlli olur ki, Qaraçorlu elinin 1960-cı illərdəki hakim sülaləsinin əsasını təxminən 100 il əvvəl Cəfərqulu xan Əmir Tumar qoymuşdur. Onun yeganə oğlu olan SUrxay xan ondan əvvəl ölmüş və onu elin rəisliyində nəvəsi əvəz etmişdir. Rahidel xanın dövründə (1840–1841) tayfa şaha göstərdiyi xidmətlərə görə vergilərdən azad edilmişdir. 1868-ci ildə Rahidel xan sartip, yəni briqada generalı rütbəsinə yüksəldi və 20 il sonra isə iki medalla təltif edildi. Bu dövr ərzində Qaraçorlu eli Qaradağdakı ən böyük el idi və 4 min evdən ibarət idi. Sheil isə onların 1849-cu ildə 2500 çadırdan ibarət olduğunu yazır. Lakin Müzəfərrəddin şahın hakimiyyəti dövründə Qaraçorlu eli üsyanlara qarışdı və nəticədə oların bir çoxu Qoşaçay, Marağa, Ərdəbil və Xalxal tərəfə dağıdıldı.[11][8]
Xorasan
[redaktə | mənbəni redaktə et]Qacar dövlətində qaraçorlular adı ilə yaşayan xeyli tayfa var idi. Jouannin iddia edir ki, qaraçorluların xeyli hissəsi Xorasan və digər əyalətlərdə yaşamaqdadırlar.[9] Qaraçorluların kiçik bir qrupu İranın mərkəzində yaşamaqda idi. Onlar barədə həm Sheilin,[12] həm də Kayhanın kitablarında bəhs edilir. Kayhanın bildirdiyinə görə, onların sayı 120 evdən ibarətdir və yaylaqları Elburs dağlarında, qışlaqları isə Xavər bölgəsində yerləşir. Xorasanın Quçan bölgəsində yaşayan qaraçorlular XVIII əsrin birinci yarısında bir çox üsyana qarışmışdırlar.[13]
Tirələri
[redaktə | mənbəni redaktə et]Qaraçorlu elinin digər tayfalar ilə müqayisədə daha çox miqrasiya etdiyi və daha geniş əraziyə yayıldığı bildirilir. Onların əsas tirələrindən olan Kiçəkli, Qorhlu və Atmianlu əslində Bayburdlu tayfasından olsalar da, daha sonralar Qaraçorlu elinə qatılmışdırlar. Qaraçorlular yayları Qaşqadağ ətrafında, qışları isə Quruçay ətrafında keçirirdilər. Bu tayfaya 12 tirə daxildir. Qırlılı, Qaraçorlu, Kiçikli, Şablu, Garus, Bastamlı, Amalazərgər, İtmanlı, Qaçanlı, Kolanı, Banalı və Minçaşlı.[14]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (az.). Şuşa. 2000. səh. 471. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
- ↑ Oberlin, Pyer. The Tribes of Qaraca Dag: A Brief History (ingilis). 1964. səh. 77. doi:10.2307/1580019.
- ↑ "M. R. Izady: Khurasani Kurdish Exclave in the 19th Century". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ Гейбуллаев, Гиясаддин Аскер оглы. Топонимия Азербайджана (rus). Баку: Элм. 1986. səh. 101–102.
- ↑ Türk/Türklər Arxivləşdirilib 2018-10-01 at the Wayback Machine Encyclopaediaislamica
- ↑ "Qubadlı. Etnolinqvistik məsələlərə dair (I hissə)". BÜTÖV AZƏRBAYCAN OCAQLARI. 14 fevral 2015. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- ↑ Akın, Fatma. Tanzimat Döneminde Anadolu’da Konar-Göçer Aşiretler (1839-1876) (türk). Ankara. 2020. səh. 101.
- ↑ 1 2 Oberling, 1964. səh. 77
- ↑ 1 2 Dupre, 2010. səh. 460
- ↑ Jaubert, 1821. səh. 253-255
- ↑ Sheil, 1856. səh. 396
- ↑ Sheil, 1856. səh. 397
- ↑ Oberling, 1964. səh. 77=78
- ↑ Niknafs, 2016. səh. 95
Mənbə
[redaktə | mənbəni redaktə et]- Pierre Oberling. The Tribes of Qarāca Dāġ: A Brief History. Oriens 17. 1964. 60–95.
- Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
- Adrien Dupre. Voyage En Perse V1: Fait Dans Les Annees 1807-1809 (1819). Kessinger Publishing, LLC. 2010.
- Amedee Jaubert. Voyage en Armenie et en Perse. Paris. 1821.
- Hojjat Niknafs. Migration and Dwelling of Arasbaran Tribe in Iran. Research Journal of Humanities and Social Sciences. 2016.